NATO üzvləri iyulun 11-dən 12-dək Vilnüsdə keçiriləcək NATO sammitindən sonra Qərb müdafiə blokuna daxil olan ölkələrin hərbi-dəniz və hərbi hava qüvvələrinin əhəmiyyətli qüvvələrinin dəstəyi ilə ümumilikdə 300 min hərbçi yerləşdirəcək. Elchi.az TASS-a istinadən xəbər verir ki, bunu təşkilatın baş katibi Yens Stoltenberq deyib.
“Vilnüs sammitində alyans əhəmiyyətli hava və dəniz qüvvələrinin dəstəyi ilə 300 mindən çox əsgərin yerləşdirilməsi planını qəbul edəcək”, – deyə alyansın baş katibi mətbuat konfransında deyib.
Bundan əvvəl bildirilmişdi ki, NATO ölkələrinin liderləri NATO-nun baş katibi Yens Stoltenberqi ən azı bir il vəzifəsində saxlamaq, baş katibin yeni namizədliyi ilə bağlı fikir ayrılıqları səbəbindən onun səlahiyyət müddətini uzatmaq barədə düşünüblər. Stoltenberqin varisinin namizədliyi ilə bağlı alyansdakı fikir ayrılıqları o deməkdir ki, norveçli sentyabrın 30-dan sonra səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsində qala bilər.
Havar Şəfiyeva