Son zamanlar Avropada İslama və müsəlmanlara qarşı irqçilik və nifrət nitqinin artması sülh şəraitində birlikdə yaşamaq mədəniyyətini təhdid edir.
Elchi.az xəbər verir ki, Almaniya Daxili İşlər Nazirliyinin iyun ayında dərc etdiyi “Müsəlman əleyhdarı Müsəlmanlar üzrə Müstəqil Ekspertlər Qrupu”nun hazırladığı hesabata görə, Almaniyada sayı 5,5 milyon olan müsəlmanların üçdə biri dinlərinə görə hücumlara məruz qalır.
Hesabata görə, Almaniyadakı müsəlman əhali irqi ayrı-seçkiliyə və nifrət nitqinə ən çox məruz qalan dini azlıqlardan biridir.
Danimarkanın paytaxtı Kopenhagendəki Hamed bin Xəlifə Sivilizasiya Mərkəzinin İdarə Heyətinin sədri Əbdülhəmid əl-Həmdi AA müxbirinə verdiyi açıqlamada, “Almaniyadakı müsəlmanlar üçün xüsusi olaraq hazırlanmış bu hesabat, demək olar ki, bütün Avropadakı oxşar vəziyyəti əks etdirir” deyib.
Şayəstə Hüseynova