"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home GÜNDƏM

Avropa Şurasından Azərbaycana qarşı görünməmiş rəzalət – AŞPA Qarabağın işğalını qətnamədən çıxardı

24 İyun 2015 - 12:17
in GÜNDƏM
FacebookVatsap

Bunu da oxuyun

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

 

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) yay sessiyasının bugünkü son plenar iclasında qurumun Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Pedro Aqramunt və Tadeuş İvinskinin hazırladıqları “Azərbaycanda demokratik institutların fəaliyyəti” adlı 13801 saylı qətnamə layihəsi üzrə müzakirələr keçirilir.
APA-nın Avropa Şurasındakı əməkdaşının verdiyi xəbərə görə, bu hesabat Azərbaycanda bu ilin payızında keçiriləcək parlament seçkilərindən öncə ölkədəki demokratik təsisatlarının fəaliyyətinin öyrənilməsi və Assambleyanın 2013-cü ildə Azərbaycan üzrə qəbul etdiyi tövsiyələrinin yerinə yetirilməsi və onların dəyərləndirilməsi ilə əlaqədar hazırlanıb. Hesabat daha çox icraedici, qanunverici və məhkəmə hakimiyyətlərinin tarazlığı, məhkəmələrin müstəqilliyi və seçki məsələlərini əhatə edib. Həmməruzəçilər Azərbaycan hökumətinin şəffaflığın təşviq edilməsi və korrupsiya, terrorizmin maliyələşdirilməsi, çirkli pulların yuyulmasına qarşı mübarizəsindəki səylərini yüksək qiymətləndirib, həmçinin Avropa İnsan Hüquqları Konvensiyası ilə təmin olunmuş sərbəst birləşmə və söz azadlığı hüquqları arasında tarazlığın yaradılmasına çağırıblar.
Bundan başqa, hesabatda 2014-cü ilin avqustunda Avropa Şurası baş katibi ilə Azərbaycan prezidenti arasındakı razılığa əsasən, İnsan Hüquqları üzrə birgə işçi qrupunun bərpa olunmasını müsbət qiymətləndirilir. Bu gün plenar iclasda keçirilmiş müzakirələrdə isə avropalı parlamentarlar Azərbaycandakı vəziyyətlə bağlı öz fikirlərini bildiriblər.
Qeyd edək ki, Azərbaycan üzrə məsələnin AŞPA-nın plenar iclasdakı müzakirələrindən qabaq, hesabat artıq bu gün səhər saatlarında qurumun Monitorinq Komitəsində də müzakirəyə çıxarılıb. Komitə hesabata təklif edilmiş əlavə və dəyişiklikləri müzakirə edərək öz rəyini bildirib. Komitədə əsas müzakirələr hesabatın Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi haqqındakı birinci paraqrafı – “Parlament Assambleyası Avropa İttifaqı, Türkiyə, İran Xəzər dənizi hövzəsindəki digər qonşuları, eləcə də Rusiya Federasiyası və ABŞ ilə tarazlaşdırılmış münasibətlər qurmağa cəhd edən Azərbaycanın geopolitik vəziyyətinin mürəkkəbliyini tanıyır. Azərbaycan müstəqil və çoxşahəli xarici siyasət aparmağa müvəffəq olub və buna, əsasən özünün mühüm enerji ehtiyatları və Xəzər dənizi üstündəki strateji yerinin sayəsində nail olub. Assambleya Azərbaycanın xarici siyasi gündəminin böyük əksəriyyətinə hakim olan Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə tam məlumatlıdır” – ətrafında aparılmışdı. Erməni tərəfi və onları müdafiə edən bəzi avropalı deputatlar bu paraqrafın tam şəkildə və yaxud onun işğala aid son cümləsinin sənəddən çıxarılmasını və ya son cümlənin “…hakim olan Dağlıq Qarabağ münaqişəsinin nəticələri” cümləsi ilə əvəz olunmasını tələb edən əlavə və dəyişikliklər irəli sürüblər. Monitorinq Komitəsinin iclasındakı səsvermələrdə 22 səs lehinə, 21 səs əleyhinə olmaqla yuxardakı paraqrafın sonuncu cümləsinin çıxardılmasını nəzərdə tutan 3 nömrəli dəyişiklik komitə tərəfindən təsdiq olunub. Xatırladaq ki, prosedura uyğun olaraq həmin iclasda iştirak edən Azərbaycan nümayəndə heyətinin səsvermə hüququ olmayıb.
Plenar iclasda da ən çox müzakirə edilən məsələ bu paraqraf ətrafında aparılıb.
Plenar iclasda ilk çıxış edən Azərbaycan üzrə həmməruzəçi Pedro Aqramunt bu hesabatın hazırlanmasının çox mürəkkəb olduğunu deyərək, Avropa Şurası və AŞPA-nın prinsip və dəyərlərinə uyğun hazırladıqlarını bildirib: “Bu dəyərlərdən olan ölkələrin ərazi bütövlüyü məsələsinə də xüsusi diqqət ayırmışıq”
P. Aqramunt çıxışında qeyd edib ki, ölkələrin ərazi bütövlüyünə riayət edilməməsi ortalıqda olan problemlərin həll olunmasına gətirib çıxarmayacaq.
Polşalı həmməruzəçi Tadeuş İvinski isə Azərbaycanla Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsi haqqında danışıb və Azərbaycan ərazilərinin 20% Ermənistan tərəfindən işğal edildiyini, Azərbaycanın 1 milyon qaçqın və məcburi köçkün olduğunu deyib.
“Bu bizim xoşumuza gəlsə də, gəlməsə də, biz bu işğal faktını qeyd etməliyik”-deyə həmməruzəçi bildirib.
T. İvinski bu yaxınlarda Avropa İnsan Hüquqları Məhkəməsinin də  Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal edilməsini təsdiqləyən qərar qəbul etdiyini xatırladıb.
Çıxış edən hollandiyalı deputat Tini Koks Azərbaycanın Avropa Şurası dəyərlərindən uzaqlaşdığını iddia edib. Makedoniyalı deputat Nikoloski Aleksandar və türkiyəli millət vəkili Egemen Bağış öz çıxışlarında hesabatda Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi maddəsinin hesabatda saxlanılmasının vacibliyini bildiriblər. Hər iki deputat AİHM-nin son qərarını misal gətirərək, Ermənistanın Azərbaycan əraziləri üzərində effektiv nəzarət etdiyini söyləyib.
Egemen Bağış Azərbaycanda ilk Avropa Oyunlarının keçirilməsi mühüm tarixi bir hadisə kimi dəyərləndirərək, Azərbaycanın Avropa üçün vacib bir ölkə olduğunu bildirib.
Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov Avropada Azərbaycanı istəməyən qüvvələri, bu ölkəyə hər cür ləkə atmağa çalışanları ittiham edibş O qeyd edib ki, “bu, məhz indi, Azərbaycanın Avropa Oyunlarını keçirdiyi vaxtda edilir”.
Azərbaycan üzrə keçmiş həmməruzəçi Jozef Debono Qrex isə bu ölkə ilə 9 il işlədiyini bildirib: “Mən anlaya bilmirəm, o qədər postsovet ölkəsində problemlər olur, amma mən burada həmişə Azərbaycanın adını eşitmişəm. Niyə? Məgər bizə Azərbaycanda xaos lazımdır, yoxsa stabil bir ölkə?”
“Biz Azərbaycanla işlədikdə elə qüvvələrlə rastlaşmışıq ki, onlar bizimlə söhbətlərində bu ölkədə hökuməti devirməyə çağırışlar edirdilər. Məgər Avropa Şurası belə fikirlərin müdafiəçisidirmi? Azərbaycandan bu gün Qərbi Avropadakı demokratiyanı həmən olmasını gözləməməliyik. Biz bu ölkəyə demokratiyanın inkişaf etdirilməsində öz yardımımızı göstərməliyik” deyə J.Qrex qeyd edib.
Azərbaycanın Assambleyadakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov isə AŞ PA üzvlərindən ”Dağlıq Qarabağda öldürülən, qanunsuz saxlanılan azərbaycanlıların hüquqları haqda nədən danışmadıqlarını” soruşub.
O deyib ki, avropalı deputatlar öz ölkələrində olan insan hüquqları pozuntularını görmürlər, amma başqalarını tənqid edirlər: “Bu gün bizi tənqid edənlərin öz ölkələrində insan hüquqları pozulur”.
S. Seyidov deyib ki, Azərbaycan beynəlxalq hüquq prinsiplərinə riayət etmək üçün əlindən gələn hər bir şey edir: “İşğal edilmiş ərazilərin artıq fakt kimi qəbul olunması bu məsələni təsdiqləyir.  Siz isə Dağlıq Qarabağın işğalına dair müddəaları ləğv etməyə cəhd edirsiz”.
Çıxış edən avropalı deputatların bəziləri də Azərbaycanın çox həssas və mürəkkəb geopolitik vəziyyətdə olduğunu bildirərək, bu ölkədə stabillik, dünyəvilik prinsiplərinin hökm sürdüyünü xüsusi qeyd ediblər.
Ermənistan nümayəndə heyətinin üzvü Hovannisyan Arpin Azərbaycanın Dağlıq Qarabağ və digər yeddi rayonunun Ermənistan tərəfindən işğal olunması terminologiyasının “indiyə kimi heç bir beynəlxalq sənəddə əks edilmədiyini” bildirib. O, Assambleyanı bu ifadəni işlətməməyə çağırıb.
Onun çıxışından dərhal sonra söz alan ispaniyalı deputat Diaz Teyera isə Azərbaycan ərazilərinin işğal olunması faktının BMT-nin 4 qətnaməsi və AŞPA-nın qətnamələrində əks olunduğunu bildirib. “Fikrimcə, bu müzakirələrdə ərazi bütövlüyü məsələsi elə ən vacib məsələlərdəndir. Krımdan danışarkən deyirik ki, anneksiya olub, Dağlıq Qarabağın işğal edilməsinin bircə fərqi bunun 20 il bundan əvvəl baş verməsidir. Nə vaxt baş verir versin, işğal elə işğaldır”.
Daha sonra müzakirə bitib və hesabata təklif edilən 32 dəyişiklik səsverməyə çıxarılıb.
Səsvermə nəticəsində hesabata təklif edilən “Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə…” cümləsi “Dağlıq Qarabağ münaqişəsi barədə..” cümləsi ilə əvəz olunub.
Qeyd edək ki, Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ və digər yeddi rayonu barədə paraqrafın çıxarılması ilə bağlı təklifin müəlliflri Pyeter Omtzigt, Mailis Reps, Bernar Paskye, Andreas Qros, Röne Ruke və erməni deputat Hovannisyan Arpin olub.
Previous Post

Avropa Şurasından Azərbaycana qarşı görünməmiş rəzalət – AŞPA Qarabağın işğalını qətnamədən çıxardı

Next Post

Azərbaycanda rekord istilərlə bağlı açıqlama

Bənzər yazılar

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

Mətbuat Şurasından 225 nömrəli məktəbdəki hadisəyə REAKSİYA

29 Oktyabr 2026 - 13:27

Bakı şəhəri Yasamal rayonunda yerləşən 225 nömrəli tam orta məktəbdə şagirdin ölümü ilə nəticələnən faciəli hadisə və bundan sonra baş...

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

Azərbaycan XİN İordaniyada kilsəyə silahlı hücumu pisləyib

24 Oktyabr 2026 - 12:07

Azərbaycan Xarici İşlər Nazirliyi İordaniyanın Kərək şəhərində kilsəyə silahlı hücumla bağlı bu ölkəyə başsağlığı verib. Elchi.az xəbər verir ki, bu...

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

Sabah Bolqarıstanda prezident seçkilərinə səsvermə keçiriləcək

24 Oktyabr 2026 - 11:39

Sabah Bolqarıstanda prezident və vitse-prezident seçkiləri üzrə səsvermə keçiriləcək. Elchi.az xəbər verir ki, prezident və vitse-prezident vəzifələri uğrunda 27 namizəd cütlüyü...

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib – SƏRƏNCAM

23 Oktyabr 2026 - 12:29

Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib. Elchi.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb....

Next Post

Azərbaycanda rekord istilərlə bağlı açıqlama

Azərbaycanda rekord istilərlə bağlı açıqlama

Son xəbərlər

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

31 Oktyabr 2026 - 17:00
Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

Yollarda görünüş məsafəsi 1000 metrədək məhdudlaşacaq

31 Oktyabr 2026 - 16:59
İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

İnfantino: Bu, FIFA-nın 120 illik tarixində ən yaxşı işimizdir

31 Oktyabr 2026 - 16:45
Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

Rusiya Ukraynada 280 min insanı işıqsız qoydu

31 Oktyabr 2026 - 16:17
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.