"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Avropa Şurası Parlament Assambleyası ilə Azərbaycan arasında münasibətlər: son dövrün siyasi qiymətləndirilməsi

26 İyun 2026 - 19:29
in SİYASƏT
FacebookVatsap

Azərbaycan 2001-ci ildə Avropa Şurasına üzv olarkən bu təşkilatı Avropa məkanında hüququn aliliyi, insan hüquqları və parlament diplomatiyası prinsiplərinin qorunduğu mühüm platformalardan biri kimi qəbul etmişdi. Uzun illər ərzində Azərbaycan Avropa Şurasının müxtəlif institutları ilə əməkdaşlıq etmiş, üzərinə götürdüyü öhdəliklərin yerinə yetirilməsi istiqamətində islahatlar aparmış və təşkilatın fəaliyyətində fəal iştirak etmişdir.

Bunu da oxuyun

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

Lakin bu qurumla xüsusilə, 2020-ci ildə 44 günlük Vətən müharibəsindən sonra münasibətlərdə yeni mərhələ başladı. Azərbaycanın beynəlxalq hüquq çərçivəsində ərazi bütövlüyünü bərpa etməsi fonunda bəzi Avropa institutlarında ölkəmizə münasibətdə daha sərt və seçici yanaşmanın formalaşdığı müşahidə olundu. Azərbaycan cəmiyyətində belə bir fikir geniş yayıldı ki, otuz ilə yaxın davam edən işğal dövründə beynəlxalq hüququn kobud şəkildə pozulmasına lazımi siyasi reaksiya göstərməyən bəzi dairələr, müharibədən sonra isə Azərbaycana qarşı daha fəal tənqidi mövqe nümayiş etdirməyə başladılar.

Bu prosesin kulminasiya nöqtəsi 2024-cü ilin yanvar ayında baş verdi. Avropa Şurası Parlament Assambleyası Azərbaycan nümayəndə heyətinin mandatını qərəzli olaraq təsdiqləmədi və bunu seçkilər, insan hüquqları, hüququn aliliyi, hakimiyyət bölgüsü, eləcə də Qarabağ hadisələri ilə bağlı irəli sürdüyü narahatlıqlarla əsaslandırdı.

Azərbaycan isə bu qərarı siyasi motivli, ikili standartlara əsaslanan və parlament diplomatiyasının mahiyyətinə zidd addım kimi qiymətləndirdi. Rəsmi Bakı bildirdi ki, Assambleya müxtəlif ölkələrə münasibətdə fərqli meyarlar tətbiq edir və Azərbaycanın suveren hüquqlarına hörmət prinsipi gözlənilmir. Bu səbəbdən Azərbaycan nümayəndə heyəti AŞPA ilə əməkdaşlığını dayandırdığını açıqladı.

Son bir il ərzində münasibətlərdə ciddi normallaşma baş vermədi. Əksinə, tərəflər arasında siyasi dialoq daha da zəiflədi. 2026-cı il üçün Azərbaycan parlamenti AŞPA-da iştirak etmək üçün yeni nümayəndə heyəti təqdim etmədi ki, bu da münasibətlərdə yaranmış institusional böhranın davam etdiyini göstərir.

Bununla yanaşı, mühüm bir məqamı da qeyd etmək lazımdır. Avropa Şurası Parlament Assambleyası ilə münasibətlərdə yaranmış gərginlik, Azərbaycanın bütövlükdə Avropa ilə münasibətlərinin kəsilməsi anlamına gəlmir. Son dövrdə enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri, Orta Dəhliz, yaşıl enerji və regional təhlükəsizlik kimi istiqamətlərdə Azərbaycan ilə Avropa İttifaqının icraedici qurumları arasında əməkdaşlıq davam etmişdir. Bu isə göstərir ki, parlament platformalarında müşahidə olunan siyasi gərginlik bütün Avropa institutlarını əhatə etmir.

Bugünkü reallıq ondan ibarətdir ki, Azərbaycan beynəlxalq münasibətlərdə qarşılıqlı hörmət, suverenlik və bərabərhüquqlu tərəfdaşlıq prinsiplərini əsas prioritet hesab edir. Parlament diplomatiyası da məhz dialoq, qarşılıqlı etimad və obyektiv yanaşma üzərində qurulduqda öz məqsədinə çatır. Seçici yanaşmalar, ikili standartlar və siyasi qütbləşmə isə istənilən beynəlxalq təşkilatın nüfuzuna mənfi təsir göstərir. Məhz bu ikili standartların nəticəsi idi ki, Azərbaycanın suveren ərazisi olan Dağlıq Qarabağ problemi uzun illər sülh yolu ilə öz həllini tapmadı. Prezident İlham Əliyevin də vurğuladığı kimi belə bir yanaşmanın əsas məqsədi işğal faktını əbədiləşdirmək, mövcud status-kvonu qoruyub saxlamaq idi. Lakin Azərbaycan xalqı və dövləti bu işğalla heç vaxt barışmadı, öz tarixi və hüquqi haqqından geri çəkilmədi. Digər məsələlərdə də ölkəmizə qarşı irəli sürülən ittihamlar əsassız və qərəzlidir. Ölkəmizə, xalqımızın seçiminə hörmətlə yanaşmayan yerdə Azərbaycan ola bilməz! Ölkəmiz yalnız qarşılıqlı hörmətin, ehtiramın və ədalətli münasibətin hakim olduğu mühitdə öz yerini görür.

Gələcəkdə münasibətlərin normallaşması yalnız qarşılıqlı hörmətə, beynəlxalq hüququn vahid şəkildə tətbiqinə və siyasi dialoqun bərpasına əsaslanan yanaşma ilə mümkün ola bilər. Azərbaycanın mövqeyi ondan ibarətdir ki, Avropa institutları bütün üzv dövlətlərə eyni hüquqi və siyasi meyarlarla yanaşmalı, regional məsələlərdə isə geosiyasi deyil, hüquqi prinsiplərə üstünlük verməlidirlər.

Rəşad Mahmudov
YAP İdarə Heyətinin üzvü

Previous Post

Kursantlarımız Qazaxıstanda hərbi vətənpərvəlik toplanışında iştirak edirlər – FOTO

Next Post

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Bənzər yazılar

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

Nərminə Mustafayeva Latviya XİN rəhbəri ilə görüşdü

09 Oktyabr 2026 - 18:17

Azərbaycanın Latviyadakı yeni səfiri Nərminə Mustafayeva bu ölkənin xarici işlər naziri Baiba Braje ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

Prezidentin Türkmənistan səfəri: Azərbaycanın regional nüfuzu və strateji mövqeyi möhkəmlənir – TƏHLİL

09 Oktyabr 2026 - 17:10

Prezident İlham Əliyevin oktyabrın 8–9-da Türkmənistana işgüzar səfəri çərçivəsində iştirak etdiyi yüksəksəviyyəli görüşlər, çıxışlar və əldə olunan razılaşmalar Azərbaycanın beynəlxalq...

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı

09 Oktyabr 2026 - 16:38

Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana işgüzar səfəri oktyabrın 9-da başa çatıb.  

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

Türkmənbaşıda İlham Əliyevin İran Prezidenti ilə görüşü keçirildi – YENİLƏNDİ

09 Oktyabr 2026 - 16:12

Oktyabrın 9-da Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin İran Prezidenti Məsud Pezeşkian ilə görüşü olub. Elchi.az xəbər verir ki,...

Next Post
Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

Vens ABŞ-nin Yunanıstandakı səfiri ilə bağlı çağırış edib

09 Oktyabr 2026 - 23:48
Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

Panamada 7,6 maqnituda gücündə zəlzələ olub, sunami xəbərdarlığı edilib

09 Oktyabr 2026 - 23:20
Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

Siciliyanın qərbində nadir ikili tornado müşahidə olunub

09 Oktyabr 2026 - 23:11
Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

Avropa İttifaqı Azərbaycanın Ukraynaya humanitar yardımını yüksək qiymətləndirib

09 Oktyabr 2026 - 23:07
İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

İran Hörmüz boğazından kənarda tankerlərə hücumları genişləndirib

09 Oktyabr 2026 - 23:01
Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

Hakan Fidan HƏMAS nümayəndə heyəti ilə görüşüb

09 Oktyabr 2026 - 22:59
“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun”-Qüdrət Həsənquliyev

“Yaxşı olardı ki, İran və Türkiyə MDB-yə tam hüquqlu üzv olsun” – Qüdrət Həsənquliyev

09 Oktyabr 2026 - 21:28
Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

Netanyahu Tramp administrasiyasının BCM-ə qarşı sanksiyalar tətbiq etmək qərarını dəstəkləyib

09 Oktyabr 2026 - 20:26
ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

ABŞ Prezidenti dizel yanacağının qiymətlərinin kəskin şəkildə aşağı düşəcəyini bəyan edib

09 Oktyabr 2026 - 20:22
Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

Çində mədənlərdə baş vermiş ağır qəzalarla əlaqədar 41 nəfər azadlıqdan məhrum edilib

09 Oktyabr 2026 - 20:20
Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

Ukraynanın 4 vətəndaşı Vyanada casusluq şübhəsi ilə saxlanılıb

09 Oktyabr 2026 - 20:17
Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

Bakı-Moskva-Bakı aviareysləri müvəqqəti dayandırılıb

09 Oktyabr 2026 - 20:13
Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

Azərbaycanda 9 ayda doğulan uşaqların sayı açıqlandı

09 Oktyabr 2026 - 19:26
Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

Dünyanın ən bahalı 10 futbolçusu açıqlandı

09 Oktyabr 2026 - 19:12
11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

11 uşaqda allergiya: TƏBİB araşdırmalara başladı

09 Oktyabr 2026 - 19:04
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.