Avropa İttifaqı (Aİ) liderlərinin Reykyavikdə keçirilən sammiti başa çatdıqdan sonra Latviya Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi qəbul edib.
Elchi.az News.am-a istinadən xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
İslandiyanın xarici işlər naziri Tordis Kolbrun Gulfadottir səlahiyyətlərini Latviyadan olan həmkarı Edqars Rinkeviçiusa təhvil verib. O da öz növbəsində həmin dövrdə ölkəsinin prioritetlərini açıqlayıb. Əsas olanlar bunlardır: “Demokratiyanın və qanunun aliliyinin gücləndirilməsi”, “ifadə azadlığı, jurnalistlərin təhlükəsizliyi və Avropa Şurasının rəqəmsal gündəliyi”, “Avropa Şurasının islahatlarının irəlilədilməsi”.
Yeganə