Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək

🗓 23.05.2025 18:10 ✍️ "Elçi" qəzeti
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək
Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək. Elchi.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta bildirib. “Tiranada çox uğurlu Zirvə toplantısından sonra Avropa Siyasi Birliyi 2025-ci ilin oktyabrında Kopenhagendə yenidən toplanacaq. EPC Liderlər səviyyəsində ümumavropa siyasi dialoqu üçün vacib foruma çevrilib”, - Koşta qeyd edib. O, Avropa Siyasi Birliyinin Zirvə toplantısının 2028-ci ildə Azərbaycanda keçiriləcəyini vurğulayıb Qeyd edək ki, Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2026-ci ildə Ermənistan və İrlandiyada, 2027-ci ildə İsveçrə və Yunanıstanda, 2028-ci ildə isə Azərbaycan və Latviyada keçiriləcək.  

Bənzər yazılar