"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home DÜNYA

Avropa Rusiyadan yenidən nə zaman qaz alacaq?

10 Oktyabr 2022 - 12:04
in DÜNYA
FacebookVatsap

“Beynəlxalq aləmdə “şimal axını” boru xəttini kim partladıb” sualı aktual olaraq qalır. Əgər boru xətlərindən birində qəza olsaydı bunu təsadüf kimi qiymətləndirmək olardı. Ancaq qəza hər iki – “şimal axını – 1” və “şimal axını – 2” boru xəttində eyni zamanda baş verib. Deməli söhbət partlayışın qəsdən təşkil olunmasından gedir”.

Bunu da oxuyun

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Elchi.az xəbər verir ki, bu barədə politoloq Elxan Şahinoğlu FB hesabında qeyd edib.

Onun sözlərinə görə, Rusiya Qərbi və əsasən ABŞ-ı, Vaşinqton və onun Avropadakı tərəfdaşları isə Kremli ittiham edirlər:

“Rusiya Avropaya qaz nəqlini partlayışdan əvvəl azaltmışdı. Kreml Ukraynada apardığı işğalçı müharibə fonunda ABŞ və Avropa İttifaqının sərt sanksiyaları ilə üzləşib. Kreml də buna cavab olaraq Avropanı qazsız qoyub. Rusiya Avropaya sata bilmədiyi qazı Çinə satmağı planlaşdırır və “Sibirin gücü -2” boru xəttinin tikintisini planlaşdırır. Odur ki, Qərb ölkələrində belə bir inam var ki, boru xətlərinin partlayışını Rusiya təşkil edib.
Kremlin isə məntiqi belədir ki, boru xəttinin partladılması Rusiyanın maraqlarına cavab vermir. Kremlin məntiqini Pekin də dəstəkləyib. Çin Xarici İşlər Nazirliyinin nümayəndəsi “şimal axını” boru xətlərinin partlayışlarının arxasında Amerikanın ola biləcəyini deyib. Çinli diplomat bu zaman ABŞ prezidenti Co Baydenin vaxtilə dediyi “şimal axını boru xəttiylə qurtarmaq lazımdır” cümləsinə istinad edib. Bayden bunu Rusiyanın Ukraynaya qarşı başlatdığı işğalçı müharibənin ilk günləri zamanı demişdi.
Bu arada, bir qrup çinli siyasi ekspertin fikrincə, Krım körpüsünün partladılması “pandorra qutusunun” açılmasına şərait yaradıb. Həmin çinli ekspertlərin fikrincə, “şimal axını” boru xəttinin, o cümlədən Krım körpüsünün partladılması terror aktı olmaqla yanaşı bu hərbi etikaya uyğun deyil və bu münaqişənin genişlənməsinə şərait yaradacaq. Deməli, çinli ekspertlərin məntiqinə görə, Rusiyanın Ukraynaya qarşı işğalçı müharibəsi, öldürdüyü mülki insanlar, qəsəbələrdə törətdiyi qətliamlar (aşkarlanan kütləvi məzarlıqlar bundan xəbər verir) terror deyilmiş və hərbi etikaya uyğun imiş, ancaq Ukraynanın ərazisini azad etmək məqsədilə əks-həmlələri terror aktı imiş və hərbi etikaya uyğun deyilmiş. Bunu iddia edən çinli ekspertlər gərək onda İkinci Dünya müharibəsi zamanı alman faşistlərinə qarşı savaşan partizanları da terrorçu elan edələr, çünki onlar da dəmir yollarını partladır və faşistlərə qarşı diversiyalar həyata keçirirdilər. Elə hazırda hakimiyyətdə olan Çin Kommunist partiyasının fəalları da vaxtilə Yaponiyanın işğalına qarşı bütün mümkün üsullarla mübarizə aparırdılar, onda gərək çinli ekspertlər öz tarixlərindən də imtina edələr.
Əlbəttə, “şimal axını” boru xətləri ABŞ-ın təhlükəsizlik maraqlarına cavab vermir. Çünki Vaşinqton hesab edir ki, Rusiya bu boru xətləri vasitəsilə Avropaya qaz nəqlini artıracaq və Avropa dövlətləri Rusiyadan daha çox asılı vəziyyətə düşəcəkdilər. Ancaq Rusiyanın Ukraynaya qarşı başlatdığı müharibə Amerikanın müdaxiləsi olmadan da “şimal axını” boru xətlərinin fəaliyyətini dayandırıb. Avropa bu qış Rusiya qazı olmadan qızınmağa çalışacaq. Rusiya Ukraynaya qarşı işğalçı müharibədən imtina etməyənə qədər Avropaya qaz nəqli mümkün olmayacaq. Rusiya prezidenti Vladimir Putinin isə ordusuna Ukrayna torpaqlarını tərk etməsi barədə əmr verəcəyi ehtimalı azdır. Rusiyada hakimiyyətə başqa şəxs gəlib müharibəni dayandırmalıdır ki, “şimal axını” boru xətləri işə düşsün”.

Yeganə

Previous Post

Avropa Rusiyadan yenidən nə zaman qaz alacaq?

Next Post

Surovikin Ukraynada nəyi dəyişəcək? – Putinin məqsədi

Bənzər yazılar

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01

Bu gün İsrailin Qəzza zolağına endirdiyi aviazərbələr nəticəsində azı 7 fələstinli ölüb. Elchi.az "Al Jazeera"ya istinadən xəbər verir ki, bu...

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34

ABŞ Prezidenti Donald Tramp sonuncu amerikalı hərbçilərin İraqdan çıxarılmasını təsdiqləyib. Elchi.az  xəbər verir ki, bu barədə o, "Truth Social" sosial...

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33

Rusiya Xarici İşlər Nazirliyi (XİN) Danimarka Hərbi Hava Qüvvələrinin (HHQ) "Fennec" tipli helikopteri ilə bağlı insidentə görə bu ölkənin səfiri...

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31

ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian"da iştirak edib, müdafiə,...

Next Post
Surovikin Ukraynada nəyi dəyişəcək? – Putinin məqsədi

Surovikin Ukraynada nəyi dəyişəcək? - Putinin məqsədi

Surovikin Ukraynada nəyi dəyişəcək? – Putinin məqsədi

Surovikin Ukraynada nəyi dəyişəcək? - Putinin məqsədi

Son xəbərlər

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

İsrailin Qəzzaya bugünkü zərbələri nəticəsində 7 nəfər ölüb

01 Oktyabr 2026 - 00:01
“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

“Neftçi” basketbol komandası FIBA Avropa Kubokunda əsas mərhələyə yüksəlib

30 Sentyabr 2026 - 22:36
Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

Tramp ABŞ qoşunlarının İraqdan tam çıxarılmasını administrasiyasının qələbəsi adlandırıb

30 Sentyabr 2026 - 22:34
Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

Danimarka səfiri HHQ helikopteri ilə bağlı insidentə görə Rusiya XİN-ə çağırılıb

30 Sentyabr 2026 - 22:33
ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

ABŞ səfirliyi: Bakı ilə müdafiə sahəsində tərəfdaşlığı genişləndiririk

30 Sentyabr 2026 - 22:31
Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

Azərbaycan məhsulları Minskdə beynəlxalq sənaye sərgisində vahid ölkə stendində nümayiş olunur

30 Sentyabr 2026 - 19:52
Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

Yakutiyada yeniyetmə məktəbdə terror aktı törətmək istəyib

30 Sentyabr 2026 - 19:50
Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

Həsənzadə: ABŞ SEPAH və “Bəsic” qərargahlarına hücumla heç nəyə nail olmayıb

30 Sentyabr 2026 - 19:48
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

30 Sentyabr 2026 - 19:44
FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

FHN kiçikhəcmli gəmi istifadəçiləri üçün tədbirlər keçirib

30 Sentyabr 2026 - 19:29
Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

Azərbaycan MN ilə Türkiyə müdafiə sənayesi şirkətləri arasında əməkdaşlığa dair müqavilələr imzalanıb

30 Sentyabr 2026 - 19:12
Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

Uşaqla nikah bağlamadan ailə qurmaq erkən evlilik sayılacaq

30 Sentyabr 2026 - 18:56
Bakıda və bölgələrdə külək güclənəcək

Külək güclənəcək – XƏBƏRDARLIQ

30 Sentyabr 2026 - 18:48
Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

Rutte Rusiyaya NATO-nun müdafiə məqsədlərini xatırladıb

30 Sentyabr 2026 - 18:39
Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

Prezidentin sosial şəbəkə hesablarında “ADEX 2026” sərgisi ilə bağlı paylaşım edilib

30 Sentyabr 2026 - 18:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.