Avropa Birliyi və G7 ölkələri Rusiyaya qarşı növbəti sanksiyalar paketi çərçivəsində rəsmi Moskvanın əvvəllər tədarükünü azaltdığı marşrutlar üzrə boru kəməri qazının idxalına qadağa qoymaq niyyətindədir.
Elchi.az xəbər verir ki, bu barədə “Faynənşl Tayms” G7 liderlərinin bəyanat layihəsinə istinadən məlumat yayıb.
Məlumata görə, G-7 liderlərinin Xirosima sammitində qəbul edəcəkləri qərar Rusiyadan Polşa və Almaniyaya boru kəməri vasitəsilə qazın ixracının bərpasının qarşısını almalıdır.
Qeyd edək ki, Rusiyanın bu istiqamətlərə qaz tədarükü 2022-ci ildə Ukraynaya genişmiqyaslı müharibədən sonra faktiki olaraq kəsilib.
Bakının bu yollarında sıxlıq var – SİYAHI/YENİLƏNDİ
Bakının bəzi yollarında nəqliyyatın sıxlığı müşahidə edilir. Elchi.az xəbər verir ki, bu barədə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) məlumat yayıb....




















Son şərhlər