"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Avropa Parlamentinin siyasi idiotizmi – Fuad Ələsgərovun məqaləsi

11 Sentyabr 2015 - 20:07
in MANŞET
FacebookVatsap

 

Bunu da oxuyun

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

Prezident Administrasiyasının Hüquq Mühafizə Orqanları ilə İş Şöbəsinin müdiri Fuad Ələsgərovun “1news.az” saytında “Avropa Parlamentinin siyasi idotizmi” adlı məqaləsi dərc olunub. AzVision.az həmin məqaləni oxucularına təqdim edir.

Ötən gün Avropa Parlamenti Azərbaycanla bağlı növbəti qətnaməni “partlatdı”. Ardıcıl olaraq bu növ sənədlər ştamplayan təşkilatın əvvəlki fəaliyyətinin analizi belə bir qətnaməni gözləməyə əsas verirdi. Avropa Parlamentinin bizim ölkəyə olan “marağı” hər dəfə vacib beynəlxalq və ya ölkədaxili siyasi hadisələr ərəfəsində pik həddinə çatır. Bu, “Avroviziya” və tarixdə ilk Avropa Oyunları ərəfəsində olub, indi də parlament seçkiləri ərəfəsində baş verir.

Avropa Parlamenti – Qərbin bəzi dairələrinin müstəqil, ağıllı siyasət yürütmək istəyən ölkələrə qarşı hərtərəfli təzyiq mexanizminin yalnız bir hissəsidir. Bu fakt çoxdandır ki, heç kimdə şübhə yaratmır və ona görə də ötən günkü kağız parçasına məhz bu perspektivdən yanaşmaq lazımdır.

Bir qayda olaraq Azərbaycanla bağlı bütün qətnamələr eyni qruplar tərəfindən hazırlanır. Ulrike Lunaçek, Mariya Şaake, Kati Piri, Anna Qomeş kimi deputatlar hər dəfə bu qətnamələrin “müzakirə”sində iştirak edirlər. Yeri gəlmişkən, həmin müzakirələr ən yaxşı halda cəmi 20 dəqiqə davam edir.

Bu deputatlar Avropa Parlamentinin divarları daxilində anti-Azərbaycan strategiyasının bələdçiləri və icraçılarıdırlar. Təəccüblü deyil ki, bu cür qiymətli kadrlar rahat şəkildə təşkilatın yeni heyətinə daxil olublar. Belə deputatların xidmətləri bu gün də çirkli oyunların təşkil edilməsi üçün olduqca böyük əhəmiyyət kəsb edir.

Qətnamənin özü köhnə reseptlər (üstüörtülü fikirlər, faktların təhrif olunması və açıq yalan) əsasında hazırlanıb. Belə ki, qətnamə müəllifləri utanmadan jurnalist Rasim Əliyevin ölümünə siyasi çalar qatırlar. Bu, ikrah doğuran bir cinayətdır, lakin bizim ölkədə hamıya məlumdur ki, cinayət məişət zəminində törədilib. Bu arada qətnamə müəllifləri “unudurlar” ki, bu cinayəti törətməkdə şübhəli bilinən şəxslər həbs olunublar və hazırda bu iş üzrə ciddi istintaq işi aparılır.

Qətnamə müəllifləri, həmçinin hökumətin Avropa İttifaqının Azərbaycanda rahat şəkildə qrant paylamasına mane olmasından da şikayətlənirlər. Lakin əslində bütün vətəndaş cəmiyyətinin dəstəklənməsinə hesablanan bu qrantların illər boyunca yalnız çox məhdud çevrədən olan “etibar edilən şəxslər” tərəfindən alınması faktı onları qətiyyən maraqlandırmır.

Bu korrupsiya mexanizmi vasitəsilə on milyonlarla avro dövriyyə edib ki, onların da əksəriyyəti sonradan harasa yoxa çıxırdı. Qrant alan `seçilmiş` adamlar qanunvericiliyin tələblərinə məhəl qoymurdular və onların fəaliyyətində xeyli sayda qanun pozuntularının aşkarlanması, həmçinin şəffaflığın olmaması hüquq-mühafizə orqanlarında əsaslandırılmış iddialarının yaranmasına səbəb olub.

Təbii ki, məsələnin bu tərəfi də qətnamədə əksini tapmayıb. Bunun əvəzində qətnamədə Leyla Yunusun “vəziyyətinin pisləşməsi” və “siyasi partiyaların məhkum edilmiş rəhbərləri” yer alıb. Hərçənd, sənəddə adı çəkilən avropalı həkimlər vurğulayırlar ki, Leyla Yunusun vəziyyəti sabitdir. İittiham olunan mifik “siyasi partiya rəhbərləri”nin adlarını çəkməyi isə qətnamə layihəsinin müəllifləri təkrar unudublar.

Qətnamənin bəzi bəndləri isə Ermənipərəst mövqenin açıq nümayişinin və ikiüzlüyün zirvəsidir – o bəndlər ki, Avropa Parlamenti Azərbaycandan İnsan Haqları üzrə Avropa Məhkəməsinin bütün qərarlarının, o cümlədən, 16 iyun 2015-ci il tarixli qərarının icrasını tələb edir, həmçinin təəssüfləndiyini bildirir ki, Azərbaycan hökuməti “Ermənistanla Azərbaycan arasında düşmənçiliyin aradan qaldırılması baxımından son dərəcə vacib olsa da, iki ölkənin vətəndaş cəmiyyətinin qrupları, ziyalılar və gənc fəallar arasında təmaslara maneəçilik törədir”.

Qətnamə müəllifləri qəsdən “Sarkisyan Azərbaycana qarşı” işi üzrə qərarın Avropa Məhkəməsinin 16 iyun 2015-ci ildə qəbul edildiyini göstərməyiblər. Bizim ölkəmizdən Ermənistan vətəndaşının lehinə qəbul edilən qərarın yerinə yetirilməsini tələb edirlər. Lakin heç kim Ermənistandan Avropa Məhkəməsinin elə həmin gün – 16 iyunda Çıraqov və bizim digər vətəndaşlarımızla bağlı verdiyi qərarı yerinə yetirməyi tələb etmir.

Avropa Parlamentinin deputatlarını heç bu da hiddətləndirmir ki, qərarlarına böyük əhəmiyyət verdikləri Avropa Məhkəməsi ermənilər tərəfindən girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin, həmçinin qətlə yetirilən Həsən Həsənovun qohumları adından bu ilin yanvar ayından verilmiş şikayətləri qəbul etmir.

Vəziyyət o yerə gəlib çatıb ki, erməni kökənli italyan deputat Laura Adcea öz çıxışında nəinki Azərbaycanı “demokratiyanın bütün formaları ilə mübarizə aparmaqda”, hətta “daim qonşu Ermənistan və Dağlıq Qarabağı atəşə tutmaqda” ittiham etdi.

Belə iyrənc manipulyasiyalar nəticəsində 20 ildən çox müddətdə təcavüzdən əziyyət çəkən Azərbaycan təcavüzkar kimi göstərilir, atdığı addımlar nəticəsində bir milyon insanın qaçqın və köçkünə çevrilməsinə səbəb olan Ermənistan isə günahsız qurban kimi qələmə verilir.

Erməni lobbisi Laura Adcea və qətnamənin digər təşəbbüskarlarının vasitəsilə Avropa ictimaiyyətinin şüurunda Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyinin əsassızlığı haqqında fikri gücləndirməyə çalışır. Ermənistan və Azərbaycan arasında uzun müddət davam edən düşmənçiliyin aradan qaldırılması tezisini unudan bu insanlar Ermənistanın Dağlıq Qarabağ və Azərbaycana məxsus digər rayonların işğalının nəticələrini də möhkəmləndirməyə çalışırlar. Bizim isə hər bir dövlətin hüququ olan işğal edilmiş torpaqlarını güc yolu ilə azad etmək hüququmuzu tanımaq istəmirlər. Bax, ermənipərəst qüvvələrin və milli maraqlara xəyanət edən şəxslərin birgə məqsədləri bu qədər uzağa gedir!

Hərçənd, bu cür çirkli metodlar heç kimi təəcübləndirmir. Demokratiya və insan hüquqlarına bu cür münasibət Avropada humanitar böhrana səbəb oldu. Məhz “humanitar bombalamalar”, xaos, dağıntılar, kütləvi qətllər yolu ilə demokratiyanı yaymaq istəyi yüz minlərlə qaçqını dağıdılmış evlərini tərk etməyə və insan hüquqları müdafiəçilərinin onlara qarşı əsl soyqırım təşkil etdiyi “demokratiya beşiyi”ndə sığınacaqlar axtarmağa vadar edib.

Bu arada insan haqlarının pozulması arqumenti belə yalançı demokratların çıxışlarında ünvanlı işlədilən bir silaha çevrilir. Çətin ki, biz Avropa Parlamentinin sessiyasında nə vaxtsa ABŞ-da polis vəhşiliyi və irqçiliyi qınanması və ya amerikalı jurnalistlər Elison Parker və Adam Uordun “siyasi motivli` qətlləri ilə əlaqədar sanksiyaların tətbiq olunmasına dair çağırışları eşidək.

Qətnamə müəlliflərinin verdiyi mesaj aşkar olduğu qədər də absurddur – Enerji sektorunda Azərbaycanla əməkdaşlıq qarşılıqlı şəkildə sərfəlidir, lakin onun məmurlarına qarşı sanksiya tətbiq etmək lazımdır. Avropa xarici iqtisadi xidməti insan haqları sahəsi üzrə Azərbaycanla dialoqu inkişaf etdirməli, lakin qarşıdan gələn parlament seçkilərində müşahidə aparılması ilə bağlı hər hansı bir fəaliyyətdən çəkinməlidir.

Qeyd etmək lazımdır ki, Avropa Parlamentində Aİ və Azərbaycan arasında əsl dialoqun aparılmasının lehinə səs verən, müəyyən siyasi dairələrin təsirlərindən, ikili standartlardan uzaq olan sağlam düşüncəli deputatlar da çıxış ediblər. 200-dən çox deputat qətnamənin əleyhinə səs verib, 70-dən çoxu isə məsələ ilə bağlı fikir bildirməkdən imtina edib. Təəssüflər olsun ki, bu səslərin sayı Avropa Parlamentində siyasi praqmatizm və konstruktiv yanaşmanın üstün gəlməsinə kifayət etmədi.

Qətnamə müəllifləri sonda həyasızcasına ən yaxın zamanda insan haqları və Dağlıq Qarabağ münaqişəsi kimi məsələlərlə bağlı dialoqun həyata keçirilməsi üçün Azərbaycana parlament nümayəndə heyətinin göndərilməsinin vacibliyini xatırladıblar. Ötən günkü siyasi idiotizmin aşkar nümayişi, həmçinin qərəzli anti-Azərbaycan və ermənipərəst mövqe nəzərə alınsa, nəinki Avropa Parlamentinin nümayəndə heyətini Dağlıq Qarabağ probleminin həlli prosesinə yaxın buraxmaq olmaz, hətta ölkəmizin Şərq Tərəfdaşlığı və Avronest Parlament Assambleyasında iştirakının məqsədəuyğunluğu haqqında məsələni müzakirəyə çıxarmaq lazımdır.

Göstərilən hər hansı bir təzyiqə baxmayaraq bizim ölkəmiz Azərbaycan xalqının hərtərəfli inkişafı və müdafiəsinə istiqamətlənən müstəqil xarici və daxili siyasət yürüdür və bundan sonra da yürüdəcək.

Previous Post

Avropa Parlamentinin siyasi idiotizmi – Fuad Ələsgərovun məqaləsi

Next Post

Milli Şurada namizədlik davası

Bənzər yazılar

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

Vaşinqton NATO müttəfiqlərini “sədaqət testindən” keçirir

14 Avqust 2026 - 17:26

ABŞ, qoşunlarının Avropadakı hərbi iştirakını mümkün ixtisar etməzdən əvvəl NATO müttəfiqlərindən Prezident Donald Trampın siyasətinə nə qədər sadiq olduqları barədə...

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

Netanyahu Britaniyanı “İslam Respublikası” adlandırdı

14 Avqust 2026 - 15:00

İsrailin Baş naziri Benyamin Netanyahu Böyük Britaniyanın İsrailə qarşı siyasətini və miqrasiya miqyasını kəskin tənqid edərək, ölkəni "Britaniya İslam Respublikası"...

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

“Türkiyə başa düşür ki, heç vaxt Aİ-yə qəbul edilməyəcək” – Lavrov

14 Avqust 2026 - 14:00

Türkiyə həm NATO üzvü olmaq, həm də Avropa İttifaqı ilə münasibətləri qoruyub saxlamaq istəyir, halbuki daxilən Aİ-yə heç vaxt qəbul...

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

Ukrayna NATO ölkəsindəki parada dəvət olunmadı

13 Avqust 2026 - 15:00

Polşada respublikanın Silahlı Qüvvələr Günü münasibətilə keçiriləcək hərbi parada Ukrayna nümayəndələri dəvət olunmayıblar. Elchi.az xəbər verir ki, bu barədə Ukrayna...

Next Post

Milli Şurada namizədlik davası

Milli Şurada namizədlik davası

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.