Avropa Parlamentinin saytı xaker hücumuna məruz qalıb

34

Avropa Parlamenti Rusiyanı “terrora sponsorluq edən dövlət” elan etdikdən sonra qurumun saytı xaker hücumuna məruz qalıb.

Elchi.az xəbər verir ki, bu barədə qurumun sözçüsü Yaum Daş Tvitterdə bildirib.

Sözçü qeyd edib ki, sayt DDOS hücumuna məruz qalıb. Hadisəyə görə məsuliyyəti kremlmeylli qrup üzərinə götürüb.