Avropa Parlamentinin (AP) deputatları Rusiyanın Avropa İttifaqı (Aİ) yanındakı daimi nümayəndəliyinin bağlanacağına şübhə ilə yanaşıblar. Onların fikrincə, Brüssel çətin ki, Moskva ilə diplomatik münasibətlərin pisləşməsini istəmir. Elchi.az xəbər verir ki, Parlamentarilərin fikirlərinə “İzvestiya” nəşri sitat gətirir.
Avropa Parlamentinin Almaniyadan olan deputatı Qunnar Bek hesab edir ki, indiki mərhələdə belə kəskin addımın atılması mümkün deyil. “Lakin Aİ bir çox Qərb hökumətlərinin uzun müddətdir etdiyi kimi hərəkət edə bilər: Rusiyanın xarici nümayəndəliklərinin işinə müdaxilə edə bilər”, o deyib.
Avropa Parlamentinin Rusiya ilə Əlaqələr Nümayəndəliyinin üzvü, Xorvatiyadan olan nümayəndə İvaan Vilibor Sinçiçin sözlərinə görə, çətin və gərgin münasibətlərə baxmayaraq, Brüssel həmişə Moskva ilə ünsiyyət kanalına ehtiyac duyur.
Fransadan olan deputat Thierry Mariani də onunla razılaşır. O, vurğulayıb ki, həm Aİ institutları, həm də Rusiyanın özü ikitərəfli dialoq imkanlarının saxlanmasında maraqlıdır.
Havar Şəfiyeva