Avropa Parlamenti çərşənbə axşamı keçirilən səsvermədə, aralarında “anti-Ukrayna, rusiyayönümlü və antisemit” baxışları ilə tanınan “Polşa Tacının Konfederasiyası” partiyasının lideri Qjeqoj Braun da olmaqla, dörd polşalı avrodeputatın deputat toxunulmazlığının ləğv edilməsinə səs verib.
Elchi.az xəbər verir ki, bu barədə TVP məlumat yayıb.
Braundan əlavə, Avropa Parlamenti Daniel Obaytek, Patrik Yaki (“Hüquq və Ədalət” partiyası) və Tomaş Buçekin (“Konfederasiya”) immunitetini ləğv edib.
Onların hər birinə qarşı ayrı-ayrı ittihamlar irəli sürülüb:
Qjeqoj Braun: Polşalı yəhudilərin xatirəsinə həsr olunmuş Edvabnodakı mərasimi pozmağa cəhddə şübhəli bilinir; iddia olunur ki, o, tədbir zamanı yolu bağlayıb.
Daniel Obaytek: Yalan ifadə verməkdə ittiham olunur.
Patrik Yaki: Hakimi təhqir etməkdə (böhtan atmaqda) ittiham olunur.
Tomaş Buçek: Bir qadının meqafonunu zorla əlindən alaraq onun fiziki toxunulmazlığını pozmaqda ittiham olunur.
Avropa Parlamentinin bu qərarı Polşa prokurorlarına və məhkəmələrinə deputatlara qarşı cinayət təqibinə başlamaq üçün yol açır.
Bu addım Avropa Parlamentinin Hüquq Məsələləri Komitəsinin tövsiyəsi ilə atılıb. Komitə belə qənaətə gəlib ki, bu işlər cinayət xarakterlidir və deputatların birbaşa siyasi fəaliyyəti ilə bağlı deyil.
Məryəm





















