"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Avropa Məhkəməsinin hicabla bağlı qərarı etiraz doğurdu

16 Mart 2017 - 09:47
in CƏMİYYƏT
FacebookVatsap

 

Kənan Rövşənoğlu: “Bu, Avropada anti-İslam meyllərinin gücləndiyini göstərir”; Mehriban Zeynalova: “Yaxşı olar ki, terrorizmlə mübarizənin başqa yollarını axtarsınlar”
Avropa Məhkəməsi iş yerində hər hansı siyasi və ya dini simvolların, o cümlədən hicab taxılmasının qadağan edilməsini qanuni hesab edib. Qərarda bildirilir ki, qadağa müştərilərin deyil, beynəlxalq şirkətlərin işçilərin “neytral geyinməsi” ilə bağlı tələblərinə əsaslanmalıdır. Xatırladaq ki, Belçikada G4S şirkətinin resepşnı hicabsız işləmək istəmədiyi üçün qovulmuşdu. Belçika kasasiya məhkəməsi işi Avropa Məhkəməsinə göndərmişdi. Bu, Aİ-nin ali məhkəmə instansiyasının iş yerində hicab taxılması ilə bağlı çıxardığı ilk qərardır.
Avropa Məhkəməsinin bu qərarı təkcə müsəlman ölkələrində deyil, qeyri-müsəlman dindarların da narazılığına səbəb olub. Avropa Ravvinlər Şurasının sədri Pinxas Qoldşmidt Avropa Ədalət Məhkəməsinin (ECJ) iş yerlərinə işçilərin “dini rəmz” xarakterli geyimləri qadağan etməsinə icazə verən qərarının Avropadakı dini azadlıqları məhdudlaşdıran bir mesaj olduğunu deyib.
Qoldşmidt açıqlamasında belə qeyd edib: “Bu qərar Avropanın dini azlıqları üçün dostca olmayan bir mesaj olacaq. Bu da cəmiyyət daxilində nifrət və əcnəbi düşmənçiliyinin artmasına yol aça bilər. İstər müsəlman geyimi, istər yəhudi kipası və ya tsitsiti, istərsə də sikxlərin baş örtüyü olsun, hər hansı bir dini xarakterli əşyaların daşınmasının qadağan edilməsi, imanlı insanların hüquq və azadlıqlarını məhdudlaşdırmaq cəhdidir”.
Bu qərar Azərbaycan ictimaiyyətində tərəfindən də birmənalı qarşılanmayıb.
Dini məsələlər üzrə ekspert Kənan Rövşənoğlu “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, bu, Avropada anti-İslam meyllərinin gücləndiyini göstərir: “İlk baxışdan da görünür ki, qitədə artan irqçilik və İslam düşmənliyin təsiri var. Çünki daha əvvəl belə hal olmayıb.

Bunu da oxuyun

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Image result for Kənan Rövşənoğlu
Doğrudur, ayrı-ayrı yerlərdə çağırışlar var idi. Amma bir məsələni dəqiqləşdirmək lazımdır ki, bu qərar baş örtüsü barədədir, yoxsa niqab. Çünki niqab daha əvvəl Fransada qadağan olunmuşdu və bunu təhlükəsizlik məsələləri ilə izah edirdilər. Bu müəyyən mənada anlaşılan idi. Terrorçular daha çox niqabdan istifadə etdikləri üçün yoxlama tədbirləri zamanı üzün görünməsi vacibdir”.
Ekspert hesab edir ki, bu qərar Şərqlə Qərb arasında bir uçurumun yaranmasından xəbər verir: “Mənə görə bu, Şərqlə Qərb arasında növbəti uçurumdur. Avropada bir neçə milyon müsəlman yaşayır, onların içərisində hicablılar da var. Eyni zamanda Avropa bütün müsəlman aləmi ilə əməkdaşlıq edir. Məsələn, bir yəhudinin və ya sinkxin, özünəməxsus geyim və ya başörtüsü ola bilər. Bunu qadağan etmək, Avropanın özünün də müsəlman aləmi ilə əlaqələrinə zərbə olacaq. Bu qərar demokratiya, ifadə və vicdan azadlığının olması ilə bağlı arqumentləri əzir. Bu da tədricən mədəniyyətlər arasında uçurumu dərinləşdirəcək”.

Image result for Mehriban Zeynalova
“Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri, hüquq müdafiəçisi Mehriban Zeynalova da bildirdi ki, bu, Avropanın bütün dünyada təbliğ etdiyi insan hüquqlarına, vicdan azadlığına ziddir: “Avropa dövlətlərinin öz qaydaları və qanunları var. Digər tərəfdən, Şərq ölkələrində hicaba çox önəm verilir. Avropaya tutulan iradın səbəbi isə odur ki, Qərb insanların dini azadlığı, geyim seçimi və sairlə bağlı demokratik dəyərlər təbliğ edir. Avropada qısa geyinənlərə qadağa qoymurlar ki… Bu, insanların seçim hüquqi kimi dəyərləndirilir. Ancaq hicab məsələsinə münasibət fərqli olur. Bu bir qədər də təhlükəsizlik məsələsi ilə bağlı məqamdır. Ancaq Avropa Məhkəməsinin bu qərarı insan haqlarının pozulması kimi qiymətləndirilir. Çünki Avropanın ali sənədlərində də göstərilir ki, hər bir kəsin dini azadlığı var, o dini azadlıqdan irəli gələn azad geyim seçimi hüququ var. Terrorizmlə bağlı bu cür qadağaların tətbiq edilməsi anlaşılandır. Ancaq digər tərəfdən insan hüquq və azadlıqlarına ziddir. İnsan haqları məsələsi bəzi məqamlarda Avropa üçün problemlər yaradır. O baxımdan, Avropanın bu cür bəyanatları onun əsas strategiyası olan demokratiyaya, insan hüquqlarına ziddiyyət təşkil edəndə bütün dünya ona qarşı çıxır. Bəzi insanlar var ki, bu geyim onun gündəlik həyatıdır, bununla yaşayır. Onlar hicabı atmasalar, təhsil hüququndan, əmək hüququndan məhrum olunacaqlar. Görün burada nə qədər ziddiyyətli məqamlar ortaya çıxır. Ona görə də yaxşı olar ki, terrorizmlə mübarizənin başqa yollarını axtarsınlar. Hazırda bütün dünya terrorizmlə çalxalanır. Ona görə də yaxşı olar ki, terrorçunu müəyyən etmək üçün başqa alətlərdən istifadə olunsun”.

Image result for Səidə Qocamanlı
Hüquq müdafiəçisi Səidə Qocamanlı da bildirdi ki, bu qərar insan haqlarına ziddir: “Avropa ölkələri İnsan Hüquq və Azadlıqları üzrə Avropa Konvensiyasına qoşulublar və həmin konvensiyada da birmənalı şəkildə deyilir ki, irqi, dini, milli mənsubiyyətindən asılı olmayaraq hər bir kəsin hüququ var. Bu qadağa isə hicablı xanımların hüquqlarını pozur. Bu da sözsüz ki, insan hüquqlarının pozulmasının təzahürüdür”.

Previous Post

Avropa Məhkəməsinin hicabla bağlı qərarı etiraz doğurdu

Next Post

Yeganə uşaq qəbiristanlığı…

Bənzər yazılar

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18

Bakıda və Abşeron yarımadasında, eyni zamanda bəzi bölgələrdə avqustun 16-da güclü külək əsəcək. Elchi.az xəbər verir ki, Milli Hidrometeorologiya Xidməti...

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29

Sea Breeze ərazisindəki akvaparkda baş verən bədbəxt hadisə nəticəsində bir uşaq həyatını itirib. Elchi.az xəbər verir ki, bu barədə “Sea...

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

Bakıda külək əsəcək, rayonlarda leysan olacaq – SABAHIN HAVASI

15 Avqust 2026 - 12:55

Sabah Azərbaycanda hava necə olacaq? Avqustun 16-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

Metropoliten: “28 May” və “Cəfər Cabbarlı” arasında yeni keçid istifadəyə veriləcək

15 Avqust 2026 - 12:38

Bakı Metropoliteni bu gündən etibarən qatarların hərəkəti ilə bağlı monitorinqləri də davam etdirəcək. Elchi.az xəbər verir ki, bu barədə “Bakı...

Next Post

Yeganə uşaq qəbiristanlığı...

Yeganə uşaq qəbiristanlığı...

Son xəbərlər

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

Bazar günü söhbətləri – Əliməmməd Nuriyev yazır

16 Avqust 2026 - 12:49
İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.