“Avropa İttifaqı daxilində tamhüquqlu müdafiə ittifaqının yaradılması üçün şərtlər artıq mövcuddur”.
Elchi.az xəbər verir ki, bunu Avstriya xarici işlər naziri Beate Maynl-Rayzinqer deyib.
“Bütün əlamətlər Avropada müdafiə ittifaqının formalaşacağını göstərir. Böyük Britaniya yenidən Avropa İttifaqı ilə yaxınlaşıb. “Könüllülər Koalisiyası”nın yaradılması Avropa İttifaqını (Macarıstan və Slovakiya istisna olmaqla) ideya birliyi olan ölkələrlə – Kanadadan Avstraliyaya, Norveçdən Yaponiyaya qədər koordinasiyalı əməkdaşlığın yaranmasına imkan verib”, – o qeyd edib.





















