Türkiyənin Antalya şəhərində müxtəlif yaş qrupları arasında şahmat üzrə Avropa çempionatında VII tura yekun vurulub.
Federasiyadan Elchi.az-a verilən məlumata görə, 12 yaşlı oğlanların mübarizəsində Azərbaycan şahmatçısı Əhməd Xaqan 7 oyundan 6,5 xal toplamaqla liderliyini davam etdirir. İkinci pillədəki Türkiyə təmsilçisi Yigit Karaca ondan yarım xal geri qalır.
16 yaşlı oğlanların yarışında Cahandar Azadəliyev 5,5 xalla ikinci pillədə qərarlaşıb. Bu yaş kateqoriyasında lider olan polşalı Jan Malek onu 1 xal qabaqlayır.
10 yaşlı qızların yarışında iki iştirakçı eyni xal toplayıb. Yunanıstanlı Marianta Lampou və Azərbaycan şahmatçısı Leyla Mirzəliyeva hərəyə 6,5 xal toplayaraq ilk pillələrdə qərarlaşıblar.
Qeyd edək ki, Avropa çempionatına noyabrın 15-də yekun vurulacaq. Ümumilikdə yarışda 46 ölkədən 1000-ə yaxın şahmatçı mübarizə aparır.
Azərbaycanın U-17 millisi Kosovaya uduzdu
Azərbaycanın 17 yaşadək qızlardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsindəki növbəti oyununu keçirib. Elchi.az xəbər verir ki, B Liqasında yer...






















Son şərhlər