Almaniya kansleri Fridrix Merz ilə Fransa prezidenti Emmanuel Makron arasında Avropada birgə nüvə sarsıdıcı qüvvələrin yaradılması barədə danışıqlar hələ erkən mərhələdədir və ABŞ-ın nüvə “çətirini” əvəz etmək məqsədi daşımır.
Elchi.az xəbər verir ki, “Reuters” agentliyi bunu Almaniya hökumətinin rəsmi nümayəndəsinə istinadla xəbər verir.
Rəsmi nümayəndə bildirib:
“Danışıqların məqsədi nüvə sarsıdıcı sahədə daha sıx əməkdaşlıq yollarını araşdırmaqdır. Hələ çox erkən mərhələdəyik. Burada ABŞ-ın nüvə “çətirini” əvəz etmək deyil, onu tamamlayıb gücləndirmək nəzərdə tutulur. ABŞ NATO-nun nüvə sarsıdıcı sistemində mərkəzi rol oynayır. Hazırda vəziyyət belədir və biz istəyirik ki, gələcəkdə də belə qalsın.”
Məryəm





















