"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home SİYASƏT

Avrokomissar Ərdoğanla Putinin qaz sövdələşməsinə mat qalıb: “TANAP-a arxalanırıq…”

19 Yanvar 2015 - 14:09
in SİYASƏT
FacebookVatsap

putin_erdoganAvropa İttifaqının energetika məsələləri üzrə komissarı Maroş Şefçoviç Rusiya prezidenti Vladimir Putinlə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında razılaşdırılmış, Avrasiyanın enerji gündəmini dəyişdirən “Türk axını” kəməri planına təəccübləndiyini bildirib.

Bunu da oxuyun

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Virtualaz.org saytı xəbər verir ki, komissar Şevçoviç RBC agentliyinə müsahibəsində bu planının Avropa İttifaqı ilə müzakirə olunmadığını, onun detallarından xəbərsiz olduqlarını deyib.

Şefçoviç ötən həftə Azərbaycan prezidenti İlham Əliyevin Türkiyəyə enerji gündəmi ilə zəngin olan dövlət səfərindən cəmi bir gün əvvəl Moskvaya səfər edərək Rusiyanın energetika naziri Aleksandr Novak və “Qazprom” rəhbəri Aleksey Millerlə danışıqlar aparıb. Bu danışıqlarda Rusiya tərəfi rəsmən elan edib ki, Qara dənizin dibindən keçməklə Bolqarıstana, oradan isə Mərkəzi və Şərqi Avropa ölkələrinə ildə 63 milyard kubmetr  qaz nəqli üçün çəkilən “Cənub axını” kəməri layihəsi bağlanır. Bunun əvəzində “Qazprom” eyni həcmdə qazı “Türk axını” adı verilən yeni kəmərlə Türkiyənin Yunanıstanla sərhədinə nəql edəcək.

Qaz daha sonra Türkiyə-Yunanıstan sərhədində tikiləcək paylayıcı məntəqədə avropalı müştərilərə təhvil veriləcək.

A.Miller xəbərdarlıq edib ki, Avropa ölkələri Türkiyə-Yunanıstan sərhədindən qazı özləri öz ərazilərinə qədər nəql etməli olacaq və bu məqsədlə elə indidən başlayıb yeni kəmər çəkmək lazımdır. Əks halda həmin həcmdə Rusiya qazı başqa bazarlara gedəcək.

“Mən etiraf etməliyəm ki, Miller “Cənub axını”nın bağlandığını və Ukrayna üzərindən nəql olunan bütün qazın- ildə 50-60 milyard kubmetr həcmdə ,-Türkiyəyə yönəldiləcəyini elan edəndə buna çox təəcübləndim. O dedi ki, qaz Türkiyə-Yunanıstan sərhədinə çatdırılacaq, sonra onun necə istifadə olunacağı isə artıq bizim problemimizdir. Miller dedi ki, əgər biz həmin qazı almaq istəyiriksə, elə bu gündən başlayıb qaz nəqli infrastrukturu inşa etməliyik” – deyə komissar bildirib.

Şefçoviç deyib ki, o, A.Millerə nəyə görə belə qərar verdiklərini soruşub. Axı həmin həcmdə qaz təbii olaraq Türkiyənin və cənub-şərqi Avropanın tələbatını artıracaq. Ukrayna isə ağır vəziyyətə düşəcək və mərkəzi Avropa ölkələrində qaz təchizatı ilə bağlı problem yaranacaq. Həmçinin “Qazprom”un etibarlı təchizatçı kimi imici korlanacaq.

Komissarın bildirdiyinə görə, o, “Türk axını” layihəsinin detallarını bilmir və ümumiyyətlə, bu layihədən təəccüblənib.

“Hesab edirəm ki, bu cür ciddi qərarı elan etməzdən əvvəl onu müzakirə etmək lazım idi, xüsusən də Avropa İttifaqı ilə. Biz dünyada ən iri enerji ixracatçısıyıq, hər il 400 milyard avro enerji idxalına ödəyirik. Biz yaxşı alıcıyıq, aldığımızın pulunu vaxtında veririk, möhkəm valyuta ilə. Müqavilələrin şərtlərinə əməl edirik. Orada aydın yazılıb ki, “Qazprom” qazı bizə harada təhvil verməlidir. Və həmin yer dəqiq Türkiyə-Yunanıstan sərhədi deyil. “Cənub axını”na dair ikitərəfli müqavilələr üzrə öhdəliklər var, orada qazın hansı nöqtədə təhvil veriləcəyi dəqiq yazılıb” -deyə Şefçoviç bildirib.

Maroş Şefçoviç deyib ki, Rusiyanın Türkiyə-Yunanıstan sərhədindən mərkəzi Avropa ölkələrinə yeni qaz kəməri çəkilməli olduğu haqda şərtini indi eşidib və bu məsələyə şərh vermək imkanında deyil: “Biz bu haqda indi eşidirik. Mən energetika naziri Novaka dedim ki, Cənub-Şərqi və Mərkəzi Avropa ölkələrinin iştirakı ilə toplantı keçirib enerji planını müzakirə etmək lazımdır. Əlbəttə, bizim hesablamalarımız Azərbaycandan qazın Türkiyə və Yunanıstan üzərindən nəqlini, daha sonra şimala istiqamət almasını nəzərdə tutan “Cənub qaz dəhlizi”nədir” (TANAP və TAP kəmərləri bu dəhlizin əsasını təşkil edir-red.).

Əgər “Türk axını” kəməri Türkiyə-Yunanıstan sərhədinə istiqamət alacaqsa, o zaman bu kəmər “Cənub qaz dəhlizi”inin tərkib hissəsinə çevrilə bilərmi?

Komissar bu suala cavab olaraq bir daha  deyib ki, “Türk axını”nın tikiləcəyi haqda ilk dəfə Millerdən eşidib: “Mən bilmirəm Türkiyənin bu məsələdə mövqeyi necədir, qaz paylayıcı operatorun mövqeyi necədir”.

Qeyd edək ki, “Türk axını” kəməri haqda Putinin Ankaraya səfəri zamanı “Qazprom” rəhbəri Miller elan etmişdi və kəmərin Türkiyə-Yunanıstan sərhədinə istiqamətləndiyini açıqlamışdı. İndi Avropa İttifaqının energetika məsələləri üzrə komissarının “bu haqda ilk dəfədir eşidirəm” açıqlaması xeyli təəccüblü görünür.

Previous Post

Avrokomissar Ərdoğanla Putinin qaz sövdələşməsinə mat qalıb: “TANAP-a arxalanırıq…”

Next Post

Türkiyədə "Kəlbəcər girovları" ilə bağlı imzatoplama kampaniyası başlayıb

Bənzər yazılar

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24

Azərbaycan regional əməkdaşlığın siyasi ambisiyadan praktiki icraya necə keçə biləcəyinin konkret nümunəsini təqdim edir. Elchi.az xəbər verir ki, bunu Birləşmiş...

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

Vilayət Eyvazov Qazaxıstan Prezidenti ilə görüşüb

10 Sentyabr 2026 - 17:21

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Türk Dövlətləri Təşkilatına (TDT) üzv dövlətlərin daxili işlər nazirləri ilə görüşüb. Elchi.az xəbər verir ki, bu...

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

Prezident Qaradağda kağız və gigiyenik məhsulların istehsalı müəssisəsinin açılışında iştirak edib

10 Sentyabr 2026 - 12:13

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 10-da paytaxtın Qaradağ rayonunda “Fabriora Group” Məhdud Məsuliyyətli Cəmiyyətin (MMC) kağız və gigiyenik məhsulların...

MM-də uşaqların sosial şəbəkələrdə zərərli təsirlərdən qorunması ilə bağlı ictimai dinləmə keçirilib

Parlamentin payız sessiyası çərçivəsində komitə iclasları başlayır

10 Sentyabr 2026 - 10:53

Milli Məclisin payız sessiyası çərçivəsində komitə iclasları başlayır. Elchi.az-ın xəbərinə görə, sentyabrın 11-də parlamentin Elm və təhsil və Ailə, qadın...

Next Post

Türkiyədə "Kəlbəcər girovları" ilə bağlı imzatoplama kampaniyası başlayıb

Türkiyədə "Kəlbəcər girovları" ilə bağlı imzatoplama kampaniyası başlayıb

Bir cavab yazın Cavabı ləğv et

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.

Son xəbərlər

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Binəqədidə yol təmiri ilə əlaqədar nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

10 Sentyabr 2026 - 23:09
İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

İranın zərbələri nəticəsində ABŞ-nin Bəhreyndəki obyektləri zərər görüb

10 Sentyabr 2026 - 23:02
İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

İranın hücumu zamanı İordaniyadakı ABŞ təyyarələri zərər görməyib

10 Sentyabr 2026 - 21:54
SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

SEPAH: Hörmüz boğazında ABŞ-yə məxsus pilotsuz kəşfiyyat gəmisi vurulub

10 Sentyabr 2026 - 21:37
Mesajların hökmranlığı

Mesajların hökmranlığı

10 Sentyabr 2026 - 21:24
AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

AFFA prezidenti Rövşən Nəcəf “Sabah”a Çempionlar Liqasında uğurlar arzulayıb

10 Sentyabr 2026 - 21:15
Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

Suraxanıda təmir işləri ilə əlaqədar nəqliyyatın hərəkətinə məhdudiyyət tətbiq edilib

10 Sentyabr 2026 - 21:12
Şəmkirdə istixanada yanğın olub

Şəmkirdə istixanada yanğın olub

10 Sentyabr 2026 - 19:15
“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

“Qalatasaray”ın sabiq ulduzu Braziliya klubuna keçdi

10 Sentyabr 2026 - 19:07
Britaniya polisi İran agentlərini ələ keçirib

Britaniya polisi İran agentlərini ələ keçirib

10 Sentyabr 2026 - 19:00
DİM 150 balla qəbul mümkün olan ixtisasları açıqlayıb

Bu imtahanın nəticələri elan olundu

10 Sentyabr 2026 - 18:53
Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

Azərbaycan cüdoçularının “Böyük Dəbilqə” turnirində ilk rəqibləri müəyyənləşdi

10 Sentyabr 2026 - 18:42
FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

FHN-in Aran Regional Mərkəzi seminar keçirdi

10 Sentyabr 2026 - 18:37
BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

BMT rəsmisi: Azərbaycan regional əməkdaşlığın praktiki icraya keçidinin konkret nümunəsidir

10 Sentyabr 2026 - 18:24
Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

Almaniya polisi təxribatçının qeyd dəftərini tapıb: Siyahıda 160-dan çox hədəf var

10 Sentyabr 2026 - 18:15
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.