AVRO-2020: Püşkatmanın vaxtı və yeri məlum oldu

181
SHARES
317
VIEWS

>

AVRO-2020-nin seçmə mərhələsinin püşkatma mərasiminin keçiriləcəyi yer və vaxt məlum oldu.

Bunu da oxuyun

Elchi.az xəbər verir ki, ilk dəfə bütün Avropa yığmalarının qatılacağı mərhələnin püşkü İrlandiyanın paytaxtı Dublində atılacaq.

Final mərhələsi 13 şəhərdə, həmçinin Bakıda keçiriləcək yarışın bütün iştirakçıları mübarizəyə seçmə oyunlarından qatılacaq. Azərbaycan da daxil olmaqla, 55 milli komanda İrlandiyada püşkü gözləyəcək.

Tədbir 2018-ci il dekabrın 2-də təşkil olunacaq. Həmin gün 55 komanda 10 qrupa bölünəcək. Beş qrupda 6, beş qrupda isə 5 komanda yer alacaq. Azərbaycan yığması da rəqiblərini dekabrın 2-də tanıyacaq.

Qeyd edək ki, seçmə mərhələnin oyunları 2019-cu il martından noyabrınadək keçiriləcək.

Bənzər yazılar

Next Post

Son xəbərlər