“Avro-2020” Azərbaycan idmanının inkişafında yeni mərhələnin başlanğıcı olacaq.
Bu fikri AFFA-nın baş katibi Elxan Məmmədov AzərTAc-ın xüsusi müxbirinə müsahibəsində deyib.
E.Məmmədov bildirib ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin Bakıda keçiriləcək 4 oyunu ölkəmizdə idmanın, o cümlədən futbolun inkişafı üçün böyük imkan yaradacaq. O deyib: “Azərbaycanlı idmansevərlər bu mötəbər tədbiri səbirsizliklə gözləyirlər. “Avro-2020” ölkəmizin idman sahəsindəki potensialını bütün dünyaya nümayiş etdirmək üçün yaxşı fürsətdir”.
Qeyd edək ki, 2020-ci ildə təşkil olunacaq Avropa çempionatının final mərhələsinin 4 oyunu UEFA-nın İcraiyyə Komitəsinin qərarına əsasən Bakıda keçiriləcək. Bunlardan üçü qrup, biri isə dörddəbir final mərhələlərinin oyunları olacaq.
Kvaratsxeliya “Qızıl top”un təqdimetmə mərasimində iştirak etməyəcək
Gürcüstan millisinin və Fransanın PSJ klubun futbolçusu Xviça Kvaratsxeliya bu gün Londonda keçiriləcək “Qızıl top” mükafatının təqdimetmə mərasimində iştirak edə...



















Son şərhlər