İspaniyanın “Atletiko Madrid” Klubu üzvlərinin səsləri ilə 2024-2025-ci il mövsümündən başlayaraq son 6 ildə istifadə etdiyi klub loqotipini yığışdıraraq köhnə loqosuna qayıtmaq qərarına gəlib.
Elchi.az xəbər verir ki, klub üzvlərinin iştirakına açılan 28-30 iyun tarixləri arasında keçirilən səsvermənin ardından açıqlama verən İspan klubu, referendumun sonunda qutudan çıxan səslərin 88,68 faiz olduğunu açıqlayıb. Üzvlərin 56 faizi köhnə loqonu seçim edib.
1 iyul 2024-cü il tarixindən etibarən Atletico Madrid bütün klub köynəkləri və döş nişanlarında köhnə 1947-2017 loqosundan istifadə edəcək.
Nuranə Məmmədova