"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Atatürklə kral oğlunun imzaladığı – Gizli saziş

04 Avqust 2016 - 10:48
in XƏBƏR LENTİ
FacebookVatsap

Mustafa Kamal Atatürk müsəlman dövlətlərə və Türk İslam Birliyinin qurulmasına çox önəm verib. O, belə bir birliyin qurulması üçün önəmli addımlar atıb. Atatürk ayrı-ayrı vaxtlarda yayımladığı bəyannamələrində bütün islam dünyasına xitab edərək, birləşmənin mütləqliyini bildirib və ingilislərin islami birliyi pozmağa, xalqı hökuməti və şeyxülislamı milli mübarizə əleyhinə çevirməyə çalışdığını göstərib. 

Bunu da oxuyun

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

Sabah 22 dərəcə isti olacaq

 

Axar.az Səudiyyə Ərəbistanının kralı Əbdüləziz İbn Səudun oğlu Əmir Faysal və Mustafa Kamal tərəfindən imzalanan türk və ərəb hökuməti arasındakı gizli sazişdən bəzi maddələri təqdim edir:

 

Maddə 1.

 

Razılaşmada iştirak edən tərəflər – türk milləti və möhtərəm ərəb milləti bu an islam dünyasındakı parçalanmanı təəssüflə görür, bu parçalanmanı yox eləməyi özlərinə müqəddəs bir vəzifə hesab edirlər. Bir-birinə dini, əxlaqi və ictimai cəhətdən bağlı iki millətin əməkdaşlıq etməsini təmin edirlər. İki millət qarşılıqlı olaraq köməkləşməli, güclərini birləşdirərək dini və torpağı müdafiə etməlidirlər.

 

Maddə 2.

 

İndi ərəblərin müstəqilliyi, türklərin hürriyyəti və vəhdəti təhlükədədir. Xarici qüvvələr öz aralarında İraqı, Fələstini, Suriya və ətrafını, Anadolunun önəmli qismini bölüşmək istəyirlər. Paris Sülh Konfransının bizim haqqımızda bir qərar verməsinin ertəsi günü dini və torpağı müdafiə etmək üçün cihad elan etmiş olacağıq. Bu hədəfimizə çatmaq üçün razılaşmada iştirak edən tərəflər aşağıdakı maddələr mövzusunda həmfikirdirlər.

 

Maddə 3.

 

Tərəflər türk və ərəb imperatorluğunun bölünməsi və əcnəbi qüvvələr tərəfindən işğal edilməsini qəbul eləməzlər.

 

Maddə 6.

 

Cihada başlamaq və türklərin birliyini təmin etmək üçün Şərif həzrətləri bütün ərəb ölkələrində məsləhətə uyğun bir dillə xarici qüvvələrin islam torpaqlarına düşmən kimi davranışlarını göstərən bir fərman yayımlayacaq. Cihadı başlatmaq üçün Şərif ərəb qəbilələrinin bütün liderlərini və şeyxlərini bir yerə toplayaraq müqavilə və əhdlər imzalayacaq. Şərif bir işarə ilə dərhal cihadda iştirak eləməyə hazır olacaq şəkildə Anadoludakı milli birliklərə bənzər milli ordular quracaqdır.

 

Maddə 7.

 

Şərif bu mətnin əslini yalnız Hicaz ərəblərinə və qəbilə liderlərinə bildirməyəcək, eyni zamanda, İmam Yəhyaya, Said İdrisə, Trablus, Əlcəzayir, Fas, Binqazi, Tunus və Hindistan müsəlmanlarına xəbər verəcək, həmçinin onların da hərəkata qoşulması üçün əlindən gələni əsirgəməyəcək. Şərif bu hədəfə çatmaq üçün bütün lazımi tədbirləri görməyə söz verir.

 

Digər tərəfdən, 1 mart 1921-ci ildə Türkiyə ilə Əfqanıstan arasında müqavilə imzalanıb. Müqavilənin mətninə görə, müstəqil Türkiyə Əfqanıstanın müstəqilliyini tanıyıb. Tərəflər bütün Şərq millətlərinin, xüsusilə də Hivə və Buxara xalqının azad və müstəqilliyini qəbul edib, hansısa imperialist hücum edərsə, hücumu tərəflər şəxsən özlərinə edilmiş kimi qəbul eləməyi və bütün gücü ilə qarşı çıxmağı üzərinə götürüb; tərəflər düşmən dövlətlə müqavilə imzalamamağı və başqa dövlətlərlə əhdləşməzdən əvvəl digər tərəfə məlumat verməyi öhdəliyinə götürüb.

 

10 yanvar 1922-ci ildə əfqan bayrağının Ankaradakı səfirlik binası üzərinə qaldırıldığı tədbirdə Atatürk Türkiyə ilə Əfqanıstan arasında olduğu kimi, Türkiyə ilə bütün islam dünyası arasında da güclü əlaqələrin olduğunu, hər iki ölkənin ortaq əməkdaşlığının, dünya siyasətində bir tarazlıq yaratması cəhətdən mühümlüyünü bildirib və aşağıdakı fikri əlavə edib:

 

“Hər islam dövlətini Əfqanıstan kimi azad və müstəqil görməkdən qürur duyuruq. Şərqdə təzyiq altında yaşayanlar Türkiyə və Əfqanıstan arasındakı ittifaqdan sevinc hissi keçirirlər”.

 

Atatürk nə etmək istədiyini dilə gətirdiyi arzusunda da bəyan edib. “Türk birliyini görmək istəyirəm”, – deyən Atatürk NATO kimi çox böyük birlik yaratmaq istəyib.

 

Previous Post

Atatürklə kral oğlunun imzaladığı – Gizli saziş

Next Post

Bakının iki rayonunda su olmayacaq

Bənzər yazılar

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41

Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. Elchi.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti...

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39

Azərbaycan Prezidenti İlham Əliyev əlcəzairli həmkarı Abdelmacid Tebbuna bu ölkənin 1 Noyabr – İnqilab Günü münasibətilə təbrik məktubu ünvanlayıb. Elchi.az...

Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36

Bakıda və Abşeron yarımadasında sabah hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gecə bəzi şəhərətrafı...

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

ABŞ Ukraynaya 500 ədəd “Patriot” raketi satacaq

30 Oktyabr 2026 - 23:33

ABŞ hakimiyyəti Ukraynaya "Patriot PAC-3" zenit-raket kompleksi üçün 500 ədəd PAC-3 raketinin və müvafiq avadanlıqların 2,1 milyard dollara satışını təsdiqləyib....

Next Post

Bakının iki rayonunda su olmayacaq

Brent markalı neftin qiymətinin 43 dolları ötüb

Son xəbərlər

Azərbaycan sərhədindən narkotik keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb

Azərbaycan sərhədindən narkotik keçirməyə cəhd göstərən İran vətəndaşları saxlanılıb

02 Noyabr 2026 - 11:45
Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirib

Dövlət Yanğından Mühafizə Xidməti Gəncədə “açıq qapı günü” keçirib

02 Noyabr 2026 - 11:27
BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib

BŞTİ müəllim vakansiyaları üzrə işə qəbul elan edib

02 Noyabr 2026 - 10:50
FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib – VİDEO

FHN: Ötən həftə 143 yanğına çıxış olub, 38 nəfər xilas edilib – VİDEO

02 Noyabr 2026 - 09:25
Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

Prezident: Azərbaycan-Əlcəzair münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur

01 Noyabr 2026 - 12:41
İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

İlham Əliyev Əlcəzairi İnqilab Günü münasibətilə təbrik edib

01 Noyabr 2026 - 12:39
Sabah 22 dərəcə isti olacaq

Sabah 22 dərəcə isti olacaq

01 Noyabr 2026 - 12:36
Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

Zəfər Günü münasibətilə Bakı bulvarında konsert və atəşfəşanlıq olacaq

31 Oktyabr 2026 - 19:06
Zelenski Türkiyəyə səfər edib

Zelenski Türkiyəyə səfər edib

31 Oktyabr 2026 - 18:44
Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

Abbas Əraqçi: Müharibənin olacağını istisna etmirəm

31 Oktyabr 2026 - 18:15
Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

Bəhreyn və İordaniya hərbi əməkdaşlığı genişləndirmək barədə razılığa gəlib

31 Oktyabr 2026 - 18:11
Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

Xarici işlər naziri Polşa Konstitusiya Məhkəməsi ətrafında baş verənləri dəstəklədi

31 Oktyabr 2026 - 18:00
Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

Sabah meteohəssas insanlar üçün hava əlverişli olacaq

31 Oktyabr 2026 - 17:52
Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

Arsen Venger: Hamı Bakıda keçirilən turnirin yenidən təşkil olunmasını istəyir

31 Oktyabr 2026 - 17:37
Polşa Prezident Şurası təcili iclas keçirəcək

Polşa Prezident Şurası təcili iclas keçirəcək

31 Oktyabr 2026 - 17:13
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.