Son günlər gizli şəkildə Ukraynaya uzaqmənzilli ATACMS raketlərinin kiçik partiyası çatdırılıb.
Elchi.az Mk.ru-ya istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal” yazıb.
Oktyabrın 17-də daha əvvəl Ukrayna Silahlı Qüvvələrinin Berdyansk aerodromuna zərbə endirmək cəhdi ilə bağlı iddialar ortaya çıxıb. Eyni zamanda uzun mənzilli ATACMS-lərin, ehtimal ki, kaset hissəsi ilə istifadə edildiyi bildirilib. Ali Radanın deputatı Aleksey Qonçarenko bildirib ki, “ATACMS artıq bizimlədir”.
ABŞ hakimiyyəti əvvəllər mətbuat mənbələrinin Vaşinqtonun bu raketlərin Kiyevə tədarükünü koordinasiya etməyə hazırlaşdığı barədə xəbərləri təsdiqləməyib. Prezident Co Bayden Ukrayna prezident Vlolodimir Zelenski ilə görüşündən sonra onun administrasiyasının silah tədarükü ilə bağlı bütün müraciətləri icra etdiyini bildirib. Eyni zamanda, ABŞ bu növ silahların ötürülməsi niyyətini rəsmən təsdiqləməyib.
Yeganə