ATƏT-ə sədrlik edən Polşanın xarici işlər naziri Zbiqnev Rau fevral ayının ortalarında Moskvaya səfər etməyi planlaşdırır.
TASS-ın verdiyi məlumata görə, bu barədə şənbə günü Polşa mətbuat agentliyinə Polşanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Lukaş Yasina bildirib.
Onun sözlərinə görə, Rau ilk olaraq Ukrayna və ABŞ-a səfər edəcək.
“Gələn ayın ortalarında, çox güman ki, fevralın 15-də ATƏT sədri Rusiyanın xarici işlər naziri Sergey Lavrovla görüşəcək. Moskvaya səfər ATƏT sədri üçün normal prosedurdur, ona görə ki, Rusiya bu təşkilatın ən mühüm üzvlərindən biridir”, – Yasina qeyd edib.