Beynəlxalq Kosmik Stansiyanın göyərtəsində olan astronavtlar sıfır cazibə qüvvəsində pivə hazırlamaq üzrə ilk təcrübəni keçirəcəklər.
Elchi.az xəbər verir ki, layihə mayaların mikroqravitasiyada və kosmik radiasiyanın təsiri altında necə davrandığını öyrənmək niyyətində olan Amerika pivə istehsalı şirkəti “Starbase Brewery” tərəfindən irəli sürülüb.
Avqustun 2-də göyərtəsində rusiyalı Oleq Platonovun olduğu “Crew Dragon” kosmik gəmisi BKS ilə uğurla birləşib.
“Biz NASA Crew-11 missiyasının bir hissəsi olaraq ilk iki faydalı yükümüzü BKS-ə göndərdik. MicroBrew-1 layihəsi kosmosda pivə fermenti etmək üçün ilk cəhddir”, – “Starbase Brewery”-nin rəsmi saytında deyilir.
Təcrübənin məqsədi təkcə pivəni orbitdə fermentləşdirmək deyil, həm də ekstremal şəraitdə mayanın davranışı haqqında məlumat toplamaqdır. Bu məlumatlar yeni nəsil içkilərin və qidaların yaradılması da daxil olmaqla, kosmosda uzunmüddətli qalmaq üçün uyğun qida texnologiyalarının inkişafı üçün faydalı ola bilər.
Bundan əlavə, şirkət kosmik mühitdə məhsul yetişdirməyə yönəlmiş daha bir layihə – OASIS-ə start verir. Təcrübənin bir hissəsi olaraq, pivə taxılı Mars reqolitinə qarışdırıldı və arpa əkmək üçün gübrə kimi istifadə edildi. Layihə uğurlu olarsa, bu, Yerdən kənarda tam hüquqlu kənd təsərrüfatının yaradılması istiqamətində mühüm addım ola bilər.
Yeni “Crew Dragon” heyətinə amerikalı astronavtlar – komandir Zina Cardman, pilot Maykl Finke və yapon mütəxəssisi Kimiya Yui (JAXA) daxildir. Onların orbitdə bir neçə ay qalması gözlənilir.
Yeganə


















