Avropa Şurası Parlament Assambleyasının siyasi komitəsi qismən tanınan Kosovo Respublikasının quruma üzvlüyünü təsdiqləyib. Elchi.az xəbər verir ki, bu barədə AŞPA-nın “X” sosial şəbəkəsində rəsmi səhifəsində məlumat verilib.
“Parisdə keçirilən Siyasi Məsələlər Komitəsinin iclası Kosovonun Avropa Şurasına üzv olmağa dəvət edilməsini tövsiyə edib”, – deyə mətbuat xidməti qeyd edib.
Qeyd edək ki, bundan əvvəl AŞPA sədri Teodoros Russopulos rusların Olimpiya Oyunlarında iştirakına qarşı çıxış edib.
Havar Şəfiyeva