Asiya-Sakit Okean regionunda kibermüharibə

71

Çin hökuməti tərəfindən idarə olunduğu iddia edilən casusluq qrupu, Quam adası da daxil olmaqla, ABŞ-ın bir çox yerində kritik sistemləri sındırıb. Microsoft müxtəlif telekommunikasiya sistemlərində görünən sirli kompüter kodu aşkar edib.
Elchi.az xəbər verir ki, “Microsoft” və “Beş Göz” kəşfiyyat alyansı ,Çin dövlətinin dəstəklədiyi bir qrupun Quam bölgəsi də daxil olmaqla ABŞ-ın kritik infrastrukturuna müdaxilə etdiyi barədə xəbərdarlıq edib.
ABŞ-ın Kibertəhlükəsizlik və İnfrastruktur Təhlükəsizliyi Departamenti Böyük Britaniya, Kanada, Avstraliya və Yeni Zelandiyadakı “Beş Göz” tərəfdaş təşkilatları ilə birgə xəbərdarlıq edib ki, “Volt Tayfun” hakerləri bütün beş ölkə üçün təhlükə yaradır.
Quamda ABŞ-ın üç hərbi bazası yerləşir və ABŞ Çinin Tayvana qarşı hər hansı mümkün hərbi hücumuna və ya Tayvanın blokadasına cavab verərsə, Sakit okeanın qərbindəki adası mühüm strateji rol oynaya bilər.
Microsoft-a görə, “Volt Typhoon 2021-ci ilin ortalarından aktivdir və Quamda və ABŞ-ın başqa yerlərində kritik infrastruktur təşkilatlarını hədəf alıb.”
“Bu kampaniyada təsirə məruz qalan təşkilatlar rabitə, istehsal, xidmət, nəqliyyat, tikinti, dənizçilik, hökumət, informasiya texnologiyaları və təhsil sektorlarını əhatə edir.

Nuranə Məmmədova