"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Asif Əsgərov özünü “xalqın ağası” hesab edir

27 Fevral 2019 - 12:08
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET, SEÇMƏ, SEÇMƏ XƏBƏRLƏR, SOSİAL
FacebookVatsap

O, özünü prokonsul hesab edir və əlində tutduğu “Domokl qılıncı” ilə qarşısına keçəni əzməklə məğuldur. Amma unudur ki, o, nə Roma imperiyasında yaşayır, nə də Azərbaycan imperiya qanunları ilə idarə olunur.

Bunu da oxuyun

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Söhbət hər kəsin tanıdığı Asif Əsgərovdan gedir. Səbail Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Nəsimi rayonuna başçı təyin olunandan sonra öz “imperiya qanunlarını” bura da gətirib və əlindəki səlahiyyətlərlə rayon ictimaiyyətini, xüsusilə sahibkarları asıb-kəsir. Amma o, üzərində taxt qurduğu “imperiyanı” genişləndirmək üçün özünə yol açdığı “Domokl qılıncını” həm də dövlət başçısının ona göstərdiyi etibara, birbaşa ölkə rəhbərliyinin “azad və rifah Azərbaycan” ideyasına endirdiyini də unudur. Görünür, Asif Əsgərov Prezident İlham Əliyev “hər bir məmur xalqın xidmətçisidir” sözlərini eşitməyib, ya da qulaqardına vurur. İkinci versiya daha inandırıcıdır. Çünki “mən xalqın birinci xidmətçiyəm” deyə bəyan edən Prezident İlham Əliyev “Məmurlar yaddan çıxarmamalıdırlar ki, onlar xalq üçün işləyirlər, onlar xalqın xidmətçiləridir. Dəfələrlə demişəm ki, mən birinci xidmətçiyəm. Xalqın birinci xidmətçisi Prezident olmalıdır, çünki xalq bizə inanır, bizə bu missiyanı aparmağı həvalə edib, tapşırıb. Biz bütün məmurlar da bu yüksək etimadı doğrultmalıyıq. Məmurlar, dövlət qurumlarının nümayəndələri xalqla bir yerdə olmalıdırlar, onların qayğıları ilə yaşamalıdırlar, kobudluğa, yekəxanalığa yol verilməməlidir. Bəzi hallarda yekəxanalıq müşahidə olunur, bəzi hallarda məmurlar özlərini çox təkəbbürlü aparırlar. Buna yol vermək olmaz” deyəndə bunu bütün Azərbaycan eşitdi. Bu baxımdan, Asif Əsgərovun dövlət başçısının sözlərini qulaqardına vurduğu aydın görünür. Nəsimi rayonundan redaksiyamıza daxil olan çoxsaylı şikayət məktubları da bunu açıq şəkildə göstərir. Asif Əsgərovun Səbail rayonuna rəhbərlik etdiyi (2009-2015) dövrdə bir çox qanunsuzluğa yol verdiyinə dair mətbuatda kifayət qədər məlumatlar var. Təkcə Hesablama Palatasının Asif Əsgərovun Səbail rayonuna rəhbərliyi dövrlə bağlı açıqladığı hesabatda əksini tapan faktlar hər şeyi ortaya qoyur. “Mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərinin təxmini hesablamalara əsaslandığını, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorların nəzərə alınmadığını qeyd edib. Əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilməyib, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilməyib, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılmış və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilib, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilməyib, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilməyib, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilməyib. Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmadığı, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibinin müvafiq təlimatlara uyğun aparılmadığı, kreditor və debitor borcların auditlə əhatə olunan dövrdə mütəmadi artdığı diqqətə çatdırılıb”, – deyə Palatanın keçmiş hesabatlarının birində qeyd olunur. Mətbuatda yayılan informasiyalar isə Asif Əsgərovun dövlət büdcəsindən ayrılan vəsaitləri necə mənimsədiyi göstərir.

1. 2014-cü ildə Səbail Rayon İcra Hakimiyyəti və tabeliyində olan idarə, müəssisə və təşkilatlara dövlət büdcəsinin “Mənzil və kommunal təsərrüfatı” bölməsindən ayrılan vəsaitlərdən təxminən 350,000 manat “Dizayn Construction” MMC-nin vasitəsilə “silinib”.

2. “Unikal Suppley” MMC-inin hesabına keçirilmiş 120 min manat da xüsusi geyim formaları, mal-materiallar və avtoehtiyat hissələrinin satın alınması adı ilə “itib”.

3.Səbail rayonunda həyata keçirilən söküntü işləri də əsasən “JEK”-lərin hesabına həyata keçirilib. Lakin bu məqsədlə ayrılan vəsait Qusar rayonunda qeydiyyatda olan hüquqi şəxsin rəhbərlik etdiyi “Dəzgah Servis” Məhdud Məsuliyyətli Cəmiyyətin vasitəsilə yoxa çıxıb. Asif Əsgərovun dövlət büdcəsindən mənismədiyi pulları hara xərcləməsi haqda dəqiq faktlar olmasa da, onun Səbail rayonu ilə vidalaşmasının əsas səbəbi kimi göstərilən hadisə bəzi məqamlara aydınlıq gətirdi.

2014-cü ilin 27 sentyabr tarixində ölümlə nəticələnən yol-nəqliyyat qəzasını çoxlarımız xatırlayır.

Unudulmayan qəza: İlham Əsgərli Asif oğlu 2 sürücü ilə birlikdə “Mercedes S klass” markalı 90-AR-819 dövlət nömrə nişanlı avtomobili ilə Sənan Mirzəyevi yaşadığı General Həmidov kücəsində yerləşən “Grand Park”dan götürərək “paint ball” oynamaq üçün Mərdəkan istiqamətinə yollanırlar. Sürücülər maşının qabaq, Sənan və İlham isə arxasında əyləşirlər. Yolda sürücüdən biri başqa işə çağırıldığı üçün maşından düşür. Avtomobili Pərvin Fətullayev idarə edir. Qəzadan sonra məlum olur ki, sürücü Pərvin Fətullayev həddi buluğa çatmamış və sürücülük vəsiqəsi olmayan 16 yaşlı İlham Əsgərliyə sükanı qanunsuz verərək özü arxada əyləşib. Sənan Mirzəyev də qabağa keçərək İlhamın yanında oturub. Hadisənin sonu təsdiq edir ki, Pərvin Fətullayev İlham Əsgərlinin avtomobili necə idarə etməsinə sonra heç nəzarət etməyib. İlham Əsgərli avtomobili böyük sürətlə idarə edib və Qəbələ rayon sakini Əhliman Süleymanovun idarə etdiyi “Hovo” markalı yük maşınına arxadan çırpıb. Hadisədən dərhal sonra İlham Əsgərli 1 saylı Şəhər Kliniki (Semaşko) xəstəxanasına, oradan isə Ankaraya aparılıb. Pərvin Fətullayev və Sənan Mirzəyev Sabunçu Xəstəxanasına aparılıb. Lakin qısa zamanda Pərvin Fətullayevi də buradan çıxararaq 1 saylı Şəhər Kliniki xəstəxanasına aparıblar. “McDonalds” – Azərbaycan şirkətinin icraçı direktoru Maqsud Mirzəyevin oğlu Sənan Mirzəyev isə Sabunçu xəstəxanasında qalıb və orada dünyasını dəyişib. Hələ o zaman Səbail rayon İcra Hakimiyyətinin başçısı olan Asif Əsgərov öz oğlunun və ailə sürücüsünün həyatını xilas etmək üçün hərəkətə keçsə də, oğlunun “öldürdüyü” 16 yaşlı Sənan Mirzəyevin yaşaması üçün heç nə etməyib. Daha sonra ictimai qalmaqala səbəb olan bu hadisə Asif Əsgərovun oğlunun həbs olunması ilə nəticələndi. Amma bir insanın ölümünə səbəb olan başçının oğlu qanunvericilikdə nəzərdə tutulan cəzadan çox yüngül cəzaya məhkum edildi. Daha sonra onun həbsxanada azadlıqda olanlarımızdan daha yaxşı yaşadığına dair faktlar ortaya çıxdı. Bu faktlar Asif Əsgərovun dövlət büdcəsindən mənimsədiyi pulların çox az qismi də olsa müəyən hissəsini nəyə xərclədiyini göstərdi. Məhz həmin hadisədən sonra o, Nəsimi rayonuna başçı təyin olundu. Əslində gözləntilərə görə, Asif Əsgərov bu hadisədən dərs çıxarmalı, dövlət başçısının onu ümumiyyətlə uzaqlaşdırmayıb yenidən etimad göstərməsini doğru dəyərləndirməli idi. Amma görünür onun “dəyər ölçüsü” büdcənin pulları ilə özünə “lüks həyat” qurarkən xarab olub. Əks təqdirdə bir il öncə təyin olunduğu Nəsimi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsini xalqın xidmətçisi olaraq icra edərdi. Asif Əsgərov isə özünü “xalqın ağası” hesab edir.

Nihad Barış

Previous Post

Asif Əsgərov özünü “xalqın ağası” hesab edir

Next Post

Şamaxıda kişi dağda donaraq ölüb

Bənzər yazılar

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39

Tehranın "ağır zərbələr"lə bağlı xəbərdarlığından sonra ABŞ Prezidenti Donald Tramp İrana qarşı sərt bəyanatlar verərək, ölkəni tamamilə məhv etməklə hədələyib....

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

Bakıda yağış yağacaq, bəzi rayonlara dolu düşəcək

20 Sentyabr 2026 - 12:41

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin axşam bəzi şəhərətrafı ərazilərdə qısamüddətli...

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

Azərbaycan XİN: Dövlət suverenliyinin bərpası regionda yeni siyasi reallıq yaradıb

20 Sentyabr 2026 - 10:38

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Dövlət Suverenliyi Günü ilə bağlı bəyanat yayıb. Elchi.az xəbər verir ki, bəyanatda 20 sentyabr tarixinin...

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

Azərbaycan BMT-də mina qurbanlarının hüquqları ilə bağlı müzakirə təşkil edib

18 Sentyabr 2026 - 22:41

Azərbaycanın Cenevrədəki Daimi Nümayəndəliyi BMT İnsan Hüquqları Şurasının 63-cü sessiyası çərçivəsində mina qurbanlarının hüquqlarının müdafiəsinə həsr olunmuş xüsusi tədbir təşkil...

Next Post
Şamaxıda kişi dağda donaraq ölüb

Şamaxıda kişi dağda donaraq ölüb

Azərbaycanda mənzillərin qiymətini internetlə öyrənmək imkanı yaradılıb

Azərbaycanda mənzillərin qiymətini internetlə öyrənmək imkanı yaradılıb

Son xəbərlər

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

Region gənclərinin virtual məşğulluğuna dəstək göstəriləcək

21 Sentyabr 2026 - 11:47
İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

İrandan yeni təhdid: Müharibənin coğrafiyasını dəyişəcəyik

21 Sentyabr 2026 - 11:41
Arıqlama dərmanları restoranlara da təsir edir

Arıqlama dərmanları restoranlara da təsir edir

21 Sentyabr 2026 - 11:33
Lerikdə 15 kq narkotik aşkarlanıb

İnqilabi kəşf: İnsan beyni əslində iki ayrı orqandır

21 Sentyabr 2026 - 11:21
Lerikdə 15 kq narkotik aşkarlanıb

Lerikdə 15 kq narkotik aşkarlanıb

21 Sentyabr 2026 - 11:14
Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

Şri-Lankada kütləvi məzarlıq: 572 nəfərin qalıqları aşkar edilib

21 Sentyabr 2026 - 10:57
Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

Yaponiyada güclü tayfun xəbərdarlığı elan edilib

21 Sentyabr 2026 - 10:48
Tramp: “Bütün İranı havaya uçura bilərəm”

Tramp: “Bütün İranı havaya uçura bilərəm”

21 Sentyabr 2026 - 10:39
İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

İran İslam İnqilabı Keşikçiləri Korpusu: Hörmüz boğazında MQ-1 pilotsuz uçuş aparatı vurulub

21 Sentyabr 2026 - 10:27
Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

Zakir Həsənov hərbi polis idarəsinin ön əməliyyat bazasında olub – VİDEO

21 Sentyabr 2026 - 10:16
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlandı

Milli Məclisdə xarici dövlətlərdə Azərbaycan dilinin vəziyyətinə dair ictimai dinləmə keçiriləcək

21 Sentyabr 2026 - 10:05
Messi mövsümdə 20-yə, karyerasında 930-a çatdı

Messi mövsümdə 20-yə, karyerasında 930-a çatdı

21 Sentyabr 2026 - 09:53
Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

Ucarda narkotik tərkibli bitkilər yetişdirən şəxs saxlanılıb

21 Sentyabr 2026 - 09:44
“Kahı” və “kərəviz” yükündə 79 kq narkotik vasitə aşkarlandı

“Kahı” və “kərəviz” yükündə 79 kq narkotik vasitə aşkarlandı

21 Sentyabr 2026 - 09:36
FHN küləkli və yağıntılı hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

FHN qüvvələri tərəfindən ötən həftə ərzində 20-si azyaşlı olmaqla 62 nəfər xilas edilib

21 Sentyabr 2026 - 09:28
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.