Binəqədi rayonunda dəhşətli qətl hadisəsi baş verib.
Elchi.az APA-ya istinadən xəbər verir ki, hadisə Alıbəyli küçəsi 22 ünvanında baş verib.
Belə ki, 1971-ci il təvəllüdlü Vaqif Hüseynov bibisi qızı olan həyat yoldaşı, 40 yaşlı Təranə İsmayılovanı bıçaqlayıb.
Daha sonra V.Hüseynov bibisi, 85 yaşlı Luiza İsmayılovanı – qayınanasını bıçaqlayıb.
Hər iki şəxs hadisə yerində ölüb.
Qətli törədən V.Hüseynov hər iki meyitin üzərinə neft tökərək onları yandırıb.
Özü isə hadisə yerindən qaçarkən “Azadlıq” prospektində onu sərnişin avtobusu vurub. V.Hüseynov 1 saylı şəhər xəstəxanasına yerləşdirilib.
Binəqədi Rayon Polis İdarəsinin əməkdaşları hadisə yerində araşdırma aparır.
Baş Prokurorluq: Hərbi hissəni özbaşına tərk edən Azərbaycan hərbçisi Ermənistanda saxlanılıb, cinayət işi açılıb
"Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb". Elchi.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun...





















Son şərhlər