Artıq HİMARS-lar Krıma çatır: həlledici mərhələ başladı

45

Xersonun azad edilməsi Ukrayna hərbçilərinə Krıma yaxınlaşan ruslara HİMARS ilə zərbə endirməyə imkan verəcək. Bu, işğalçıların müdafiəsini zəiflədəcək və işğal dairəsinin daha da azaldılmasına təsir göstərəcək.
Elchi.az xəbər verir ki, bunu ABŞ-ın Avropadakı qüvvələrinin keçmiş komandanı Ben Hoces deyib.
“HİMARS tezliklə Xersondan atəş açacaq. Bu, Rusiyanın müdafiəsini zəiflədəcək, əks-hücumun “sol qanadı” isə yanvara qədər Mariupol və Melitopola çatacaq. Bundan sonra kampaniyanın həlledici mərhələsi başlayır – Krımın azad edilməsi…”, – Hoces bildirib.