Arılar stress yaşayırmı? İngiltərədə tədqiqatçılar eşşəkarıların DNT-sini araşdırıblar. Müəyyən edilib ki, arılar iqlim dəyişikliyinə görə stress keçirirlər, bu da bədənlərinin formasının dəyişməsinə səbəb olur.
Elchi.az xəbər verir ki, bu barədə London İmperial Kolleci Universitetinin tədqiqatçıları arıların DNT-sini tədqiq ediblər.
Tədqiqat üçün Londondakı Təbiət Tarixi Muzeyinin həşərat kolleksiyasından istifadə edilib. Kolleksiyada olan 100-dən çox eşşəkarısının DNT-si analiz edilib.
Arıların yaşadıqları stressin səbəbləri araşdırılıb. Araşdırma nəticəsində məlum olub ki, iqlim dəyişikliyi heyvanlarda stress yaradır.
Bədən formaları və qanadların asimmetriyası heyvanların stresini müəyyənləşdirir
Tədqiqatçılar onların bədən formasında və qanadlarında asimmetriyanın stress göstəricisi olduğunu düşünürlər.
Qanadlardakı asimmetriya və arıların yaşadığı dövrün meteoroloji məlumatları müqayisə edilib.
İqlim dəyişkənliyi arılara mənfi təsir edir və onların bədən quruluşunu dəyişir.
qırıldığı aşkar edilmişdir.
Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının məlumatına görə, dünyada qida istehsalının üçdə biri arılardan asılıdır. Çünki tozlanma dünyadakı ekosistem üçün vacibdir.
Bu işi daha çox arılar yerinə yetirirlər. Belə mühüm mövqedə olan arıların sayı 10 ildir ki, azalır. Bunun ən mühüm səbəbi pestisidlərin və parazitlərin istifadəsinin artmasıdır.
Şayəstə