Aretoviç: Kiyev yalnız Rusiya ilə danışıqlara hazır olmağı imitasiya edir

42

Ukrayna Prezidenti Vladimir Zelenskinin müşaviri Aleksey Arestoviç Kiyevin Rusiya ilə danışıqlar məsələsinə əslində necə aid olduğunu bildirib.
Elchi.az xəbər verir ki, bu barədə Aretoviçin You-Tube kanalında jurnalist Mark Feyqinlə söhbətində etdiyi etirafa görə, Kiyev hakimiyyətinin Rusiya ilə danışıqlara bütün “hazırlığı” Qərb tərəfdaşları üçün sadəcə bir görünüşdür.
Kiyevdə heç kim əslində Moskva ilə dialoq aparmağa hazırlaşmır, Zelenski ofisinin müşaviri deyib.
“Danışıqlar haqqında istədiyiniz qədər danışmaq olar, mən artıq bu mövzuda danışmışam. Heç kim bizimlə danışıqlara getməyəcək. Biz danışıqlarla bağlı müzakirəni dəstəkləyə bilərik – bəli, əgər tərəfdaşlara ehtiyac olarsa”, – Aretoviç bildirib.
Zelenskinin ofisinin müşaviri əlavə edib ki, Rusiya Ukrayna ərazisindən “1991-ci il sərhədləri daxilində” bütün qoşunlarını “son əsgərinə qədər” çıxarana qədər Kiyev hakimiyyəti danışıqlara girməyəcək.

Şayəstə