"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home İQTİSADİYYAT

Araz Ağalarov yol tenderinə niyə buraxılmadı?- Fotolar

19 Noyabr 2014 - 10:09
in İQTİSADİYYAT
FacebookVatsap

Rusiyanın avtomobil yolları şirkəti “Avtodor” məşhur azərbaycanlı biznesmen Araz Ağalarovun 51904şirkətini Moskva Dairəvi Avtomobil Yolunun növbəti 96 kilometrlik hissəsinin tikintisinə dair tenderə buraxmayıb.

Bunu da oxuyun

Qaytarıla bilməyən kreditlər bağlanacaq

Azərbaycanda qaz istehlakı azalıb

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

“Qafqazinfo” virtualaz.org-a istinadən xəbər verir ki, bu iri infrastruktur layihəsinin dəyəri təqribən 1,8 milyard dollardır.

A.Ağalarovun “Crocus Group” şirkəti yolun 42,8 milyard rublluq hissəsinin tikintisinə dair tender komissiyasına ərizə təqdim etsə də “Avtodor” hesab edib ki, şirkətin irihəcmli yol-infrastruktur layihələrinin həyata keçirilməsində kifayət qədər təcrübəsi yoxdur və tenderə buraxıla bilməz.

“Avtodor” tenderə 5 şirkəti buraxıb. Tender iki hissədən ibarət olmaqla keçiriləcək və nəticələri dekabrın 15-dən gec olmayaraq açıqlanacaq.

Bildirilir ki, “Crocus Group” müsabiqəyə sənəd təqdim edərkən indiyədək 23,7 milyard rubl həcmində yol tikintisini həyata keçirdiyini göstərib. Lakin “Avtodor”un tender komissiyası bu sübutu inandırıcı hesab etməyib və Ağalarovun şirkətinin cəmi 3,3 milyard rublluq yol tikintisi həyata keçirdiyini təsdiqləyib.

Tenderin şərtlərinə görə, müsabiqəyə ən azı 13 milyard rublluq yol tikintisi həyata keçirmiş şirkətlər qatıla bilərlər.

Araz Ağalarovun “Avtodor”un qərarına münasibəti bəlli deyil. Lakin bu, birinci dəfə deyil ki, Araz Ağalarovun və onun oğlu Emin Ağalarovun ortaq şirkəti olan “Crocus Group” Moskva Dairəvi Avtomobil Yolunun tikintisindən kənarda saxlanılır. Bu ilin yazında “Avtodor”  Moskva Dairəvi Avtomobil Yolunun 49,5 kilometrlik hissəsinin çəkilməsi ilə bağlı tenderdə ən aşağı qiymət təklif etməsinə baxmayaraq “Crocus Group”u yox, ərəb əsilli multimilyonçu Ziyad Manasirin “Stroyqaqzkonsaltinq” şirkətini qalib elan etmişdi.

Bu da Ağalarovun etirazına səbəb olmuşdu. Belə ki, “Crocus” şirkəti bu yol tikintisini 47,5 milyard rubla həyata keçirməyə hazır idi. Lakin  tender komissiyası A.Ağalarovun şirkətinin bu cür iri yol infrastruktur layihələrində təcrübəsinin olmadığını əsas gətirərək onu tenderdən çıxarıb. Layihə tikintini 48,9 milyard rubla həyata keçirməyə hazır olan “Stroyqazkonsaltinq”ə verilib.

Qeyd edək ki, “Avtodor” layihənin ilkin qiymətini 51 milyard rubl həcmində müəyyənləşdirmişdi.

Rusiya mediası yazırdı ki, tenderin belə nəticələnməsinin arxasında ciddi korrupsiya maraqları dayana bilər. Ekspertlər “Avtodor”un rəhbəri Sergey Kelbaxın Ziyad Manasirlə korrupsiya sövdələşməsinə girməsindən şübhələnirlər. Ekspertlər hesab edirlər ki, Ziyad Manasir bu iri tenderi udmaq üçün S.Kelbaxa ya pul şəklində “haqq” verib, ya onu öz biznesinə şərik edib.

Vaxtilə Z.Manasir “Qazprom”dan yaxşı sifarişlər almaq üçün bu şirkətin rəhbəri Viktor Çernomırdinin ailə üzvləri ilə öz biznesini bölüşürdü.

A.Ağalarov bu tenderdən kənarda qalsa da büdcə vəsaitləri hesabına həyata keçirilən infrastruktur layihələrinə qatılmaq üçün yeni tenderlərə qatılmaq niyyətində olduğunu bildirmişdi. Ancaq göründüyü kimi, Rusiyanın ən korrupsioner məmurlarından biri kimi tanınan S.Kelbax A.Ağalarovun şirkətini bu dəfə qapıdan qaytarıb və tenderə qatılmaq icazəsi verməyib.

Azərbaycanda olduğu kimi Rusiyada da büdcə vəsaitləri hesabına iri yol-nəqliyyat infrastrukturu layihələrinin həyata keçirilməsi bu işə məsul olan məmurlar üçün kifayət qədər gəlirli işdir. Bu baxımdan “Avtodor”un rəhbəri Sergey Kelbax barəsində Rusiya mənbələrində çoxsaylı korrupsiya faktlarına rast gəlmək olar.

Previous Post

Araz Ağalarov yol tenderinə niyə buraxılmadı?- Fotolar

Next Post

Bakıda kriminal dəstə tutulub

Bənzər yazılar

Qaytarıla bilməyən kreditlər bağlanacaq

Qaytarıla bilməyən kreditlər bağlanacaq

02 Noyabr 2026 - 14:07

"Azərbaycanda işsizlikdən sığorta təminatı verən daha bir məhsul istifadəyə veriləcək. Kredit risklərinin sığortalanması təsdiq olunacaq qaydalarda nəzərdə tutulan hallar baş...

Azərbaycanda qaz istehlakı azalıb

Azərbaycanda qaz istehlakı azalıb

02 Noyabr 2026 - 12:48

Bu ilin III rübündə Azərbaycanda 2 274 953 000 kubmetr təbii qaz istehlak olunub. Elchi.az SOCAR-a istinadən xəbər verir ki,...

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

Diplomatik danışıqlara ümidlər fonunda neft ucuzlaşıb

02 Noyabr 2026 - 12:20

ABŞ Prezidenti Donald Trampın aralıq seçkilərdən sonra İrana qarşı hücumların bərpa edilməsi ilə bağlı qərar verməzdən əvvəl diplomatik səylərə daha...

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr – Beynəlxalq Əmanət Günüdür

31 Oktyabr 2026 - 12:42

Hər il oktyabrın 31-də dünyada Beynəlxalq Əmanət Günü qeyd olunur. Bu günün məqsədi əhali arasında qənaətcillik mədəniyyətini təşviq etmək, maliyyə...

Next Post

Bakıda kriminal dəstə tutulub

Bakıda kriminal dəstə tutulub

Son xəbərlər

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

Oktyabrda 80 aptekdə yoxlama keçirilib, 24-də nöqsan aşkarlanıb

02 Noyabr 2026 - 16:09
Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

Melaniya Tramp Rusiyaya minnətdarlığını bildirib

02 Noyabr 2026 - 16:00
Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

Təhsil işçiləri metro və avtobuslardan 1 qəpiyə istifadə edəcəklər

02 Noyabr 2026 - 15:53
Tramp Vyetnamdakı qələbəsinə əmindir

Tramp Vyetnamdakı qələbəsinə əmindir

02 Noyabr 2026 - 15:44
“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

“Sabah”ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?

02 Noyabr 2026 - 15:30
Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

Keçən il 3 manat idi – Qiyməti kəskin düşdü

02 Noyabr 2026 - 15:16
Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

Yeni Konstitusiya layihəsi bu ay dərc olunacaq – Paşinyan

02 Noyabr 2026 - 15:08
Bolqarıstanda yeni prezident seçildi

Bolqarıstanda yeni prezident seçildi

02 Noyabr 2026 - 15:00
25 gün meteor yağışı olacaq

25 gün meteor yağışı olacaq

02 Noyabr 2026 - 14:52
Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

Qarabağda bir ayda 799 mina, 3 mindən çox sursat tapıldı

02 Noyabr 2026 - 14:43
Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər saxlanılıb

02 Noyabr 2026 - 14:30
178 min mənzilə istilik veriləcək

178 min mənzilə istilik veriləcək

02 Noyabr 2026 - 14:14
Qaytarıla bilməyən kreditlər bağlanacaq

Qaytarıla bilməyən kreditlər bağlanacaq

02 Noyabr 2026 - 14:07
Kreml ABŞ seçkilərinə münasibət bildirib

Kreml ABŞ seçkilərinə münasibət bildirib

02 Noyabr 2026 - 14:00
Azərbaycan mətbuatından oğurlanan pullar

Azərbaycan mətbuatından oğurlanan pullar

02 Noyabr 2026 - 13:51
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Noyabr 2026
BE ÇA Ç CA C Ş B
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30  
« Okt    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.