"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home aktual-banner

Araz Ağalarov ABŞ-ın sanksiyalar siyahısına niyə düşdü?

31 Yanvar 2018 - 10:42
in aktual-banner, Banner, Cebhe-banner, MANŞET
FacebookVatsap

Putinə yaxın oliqarxın Trampla seçkiqabağı təmasları gündəmdə

Bunu da oxuyun

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

Tramp: İran çökməkdə olan bir ölkədir

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Xəbər verildiyi kimi, ABŞ Dövlət Departamenti yanvarın 29-da Rusiya hakim elitasının və Kremlə yaxın oliqarxların siyahısını gələcəkdə sanksiyaların tətbiq edilməsi üçün Konqresə təqdim edib. Siyahıda Azərbaycan əsilli Rusiya milyarderlərindən Qod Nisanov, Araz Ağalarov, Fərhad Əhmədov və Vahid Ələkbərov da var.

Qeyd edək ki, ABŞ prezidenti Donald Trampın dostluq münasibətlərində olduğu Araz Ağalarovun adının sanksiya tətbiq olunacaqlar siyahısına salınması ziddiyyətli qarşılanıb: bir çoxları buna təəccüblənsə də, ötən ilin yayından Rusiyanın Amerikadakı prezident seçkilərinə müdaxiləsi ehtimalı üzrə okeanın o tayında başladılan istintaq prosesini izləyənlər üçün bu, gözlənilən bir addımdır.

Araz Ağalarov 1955-ci il noyabrın 8-də Bakıda anadan olub. Ali təhsilini də Bakıda – Politexnik İnstitutunda alıb, bir müddət partiya strukturlarında çalışdıqdan sonra Moskvaya – Həmkarlar İttifaqları Təşkilatında işləməyə gedib. Yenidənqurma dövründə “Zəfəran” adlı kiçik kooperativ yaradıb, sonra bu kooperativ Amerika-Rusiya birgə müəssisəsinə çevrilib. 1990-cı ildə Rusiyada kompüter texnologiyaları üzrə ilk sərgini təşkil edib. Sərgi “Comtech” adlanırdı. 1995-ci ildə onun sərgiləri Las-Veqasda “Comdex” və Hannoverdə keçirilən “Cebit” sərgilərindən sonra dünyada statusuna görə üçüncülük qazanıb. A.Ağalarov sonralar “Comtech”dəki payını bir ingilis şirkətinə sataraq vəsaiti “Krokus Siti” layihəsinə yatırıb. 1991-ci ildə ilk eksklüziv ayaqqabı mağazası açıb. Daha sonra tikinti biznesi ilə məşğul olmağa başlayıb və 1992-ci ildə Moskvanın mərkəzində indi də ən elitar, bahalı ev olan “Ağalarov evi”nin tikintisini başa çatdırıb. Yenə həmin il Rusiyada 66 min kvadratmetr sahasi olan ilk hipermarketi tikib. Bu hipermarketdə eyni vaxtda 400 min adda mal satılır. 2000-ci ildə Moskva dairəvi yolunun üzərində 75 hektar sahəsi olan “Krokus siti” şəhərciyinin tikintisinə başlayıb. Ticarət, əyləncə, biznes və sərgi meydançalarının vahid kompleksdə birləşdiyi “Krokus siti” son onilliyin ən irimiqyasli və maraqlı layihələrindən sayılır.

Araz Ağalarov iqtisad elmləri doktorudur. “Krokus intenəşnl” Şirkətlər Qrupunun prezidenti, “Krokus-Bank” idarə heyətinin sədri, Rusiya istehsalçilar və idxalçilar ittifaqının prezidenti, Moskva Beynəlxalq Bizness Assosiasiyasının və “Opora Rossii” ictimai təşkilatının vitse-prezidenti, “Biznes i vıstavkı” jurnalının baş redaktorudur. “Forbes”ə görə, hazırda iş adamı Araz Ağalarovun sərvəti 1,7 milyard dollar təşkil edir.

Onu da qeyd edək ki, A.Ağalarovun adı Azərbaycanda oğlu Emin Ağalarov ölkə prezidentinin qızı ilə evləndikdən sonra tanınmağa başlayıb. Maraqlıdır ki, A.Ağalarovun Rusiya prezidenti Vladimir Putinlə yaxın münasibətlərinin də məhz bu evlilikdən sonra yarandığı deyilir. Hər halda, Rusiya mətbuatı belə yazır. Elə Ağalarovların adamı hesab olunan rusiyalı vəkilin ABŞ prezidenti Donald Trampın adamları ilə seçkiqabağı görüşünün arxasında da bu yaxınlığın dayandığı bildirilir.

Xatırladaq ki, rusiyalı vəkil Nataliya Veselnitskaya 2016-cı ilin iyununda Nyu-Yorkda – Trump Towerdə oğul Donald Tramp, kürəkən Cared Kuşner və ata Trampın seçki qərargahının rəhbəri Pol Manafordla görüşüb. Görüşdə Trampın rəqibi olan Hillari Klintona qarşı kompromatlar müzakirə olunub. Rusiya baş prokuroru Yuri Çaykanın yaxın adamı sayılan vəkillə bu görüş Amerikada böyük skandala səbəb olub – Rusiyanın prezident seçkilərinə müdaxiləsinin əsas sübutlarından biri hesab edilib. Bu görüş barədə məlumat ötən ilin iyulunda “Nyu-York Times”da oğul Trampın istintaqa verdiyi ifadələr əsasında dərc edilib.

Araz Ağalarov Trump ile ilgili görsel sonucu

Bəs vəkil Veselnitskayanın Ağalarovlarla nə əlaqəsi var? Məsələ burasındadır ki, bu əlaqə uzunmüddətli əməkdaşlığa əsaslanır. Belə ki, N.Veselnitskaya uzun müddət ABŞ-da Ağalarovların – yəni “Crocus Group”un vəkili işləyib. Dünya mətbuatı görüş barədə yazarkən diqqəti ilk növbədə məhz bu fakta yönəldib. Bildirilib ki, A.Ağalarov oğlunun evliliyi, həmçinin Vladimir Vionkur vasitəsilə Putinə yaxınlaşa bilib. Vinokur isə bu “yaxşılığının” əvəzində Ağalarova olan 4 milyon dollarlıq borcunu ödəməkdən azad olub.

 

Beynəlxalq KİV-lər Ağalarovun məhz Putinə yaxınlaşdıqdan sonra Rusiyada irihəcmli dövlət sifarişləri aldığına diqqət çəkib. Bu sifarişlər Asiya-Sakit okean İqtisadi Əməkdaşlığı sammiti üçün Uzaq Şərq Universitetinin, Rusiyada keçiriləcək futbol üzrə dünya çempionatı üçün 2 stadionun tikintisidir. Düzdür, A.Ağalarov özü müsahibələrində dəfələrlə təkrarlayır ki, dövlət sifarişlərini heç bir xeyir götürmədən icra edir, lakin aydın məsələdir ki, bütün biznesmenlər kimi o, da gəliri olmayan işə uzağı bir dəfə girişə bilər.

Ağalarovların seçkiqabağı dövrdə Trampla əlaqələrini təsdiqləyən daha bir faktı yenə oğul Tramp açıqlayıb. O, özünün twitter hesabında keçmiş musiqi şərhçisi olan Rob Qoldstounla 2016-cı ilin iyununda apardığı yazışmalarını yayıb. Daha sonra isə məlum olub ki, həmin Qoldstoun Emin Ağalarovun PR meneceridir.

Araz Ağalarov ile ilgili görsel sonucu

Qoldstounun yazdıqlarından belə məlum olur ki, Ağalarovlar ailəsi Tramplara “Rusiyanın dövlət prokuroru”ndan onlara verilmiş Klinton əleyhinə kompromatlarla tanış olmağı təklif ediblər. Kompromatları isə Tramplara N.Veselnitskaya çatdırmalı imiş. Kiçik Tramp bəyan edir ki, görüş baş tutub, lakin N.Veselnitskaya onlara hansısa kompromat təqdim etmək əvəzinə ABŞ-ın Rusiyaya qarşı sanksiyalarından, yetimlər haqqında qanundan danışıb.

Maraqlıdır ki, dünya mətbuatında Ağalarovun əlində Trampa qarşı materialların olduğu, buna görə də onu görüşə razı sala bildiyi iddiaları da yer alır. Dünya mətbuatının yazdığına görə, Ağalarov nəinki D.Trampın köhnə biznes ortağı, həm də Kremlin ən etibarlı oliqarxlarından biridir. Hətta bəzi mənbələr Trampı Putinlə məhz onun tanış etdiyini deyirlər.

Araz Ağalarov Trump ile ilgili görsel sonucu

Ağalarovların Trampla tanışlığının isə Eminin öz klipinə qəhrəman axtarışı ilə başladığı deyilir. Bu axtarışların nəticəsi olaraq “Dünya gözəli – 2012″ Eminin klipinə çəkildi, Ağalarovların Trampla dostluğunun əsası qoyuldu. Onlar müsabiqənin ”Crocus City” Hallda keçirilməsi barədə 7 milyon dollarlıq razılığa gəldikdən sonra isə Tramp twitter vasitəsilə Putini də tədbirə dəvət etdi. Lakin Putini tədbirdə işlər müdiri Vladimir Kojin təmsil etdi. Putinin özü isə Trampla telefonla danışıb, daha sonra ona Nyu-Yorka hədiyyə göndərib. Yeri gəlmişkən, tədbirin VİP qonaqları arasında Kremlin yaxın adamlarından olan yumorist Vladimir Vinokur da vardı.

Araz Ağalarov ile ilgili görsel sonucu

D.Tramp prezident seçiləndən sonra Ağalarovlarla Tramp ailəsi arasındakı münasibətlər barədə Eminin “Forbes”ə müsahibəsi də xeyli müzakirələrə səbəb olub. Belə ki, həmin müsahibədə Emininin dediyi “İndi-seçilib və qalib gələndən sonra da Tramp öz dostlarını unutmur” cümləsi uzun müddət dünya mətbuatında müzakirə olunub.

Həmin müsahibədən aydın olur ki, Tramp seçki prosesinə qoşulmasaydı, o və atası Rusiyada Tramp qülləsi tikməyə başlayacaqdılar. Lakin Donaldın seçki marafonuna qoşulması planın yarımçıq qalmasına gətirib çıxarıb.

Göründüyü kimi, A.Ağalarovun adının ABŞ-ın sanksiya paketində görünməsi üçün yetərli səbəblər var. Və bu səbəblər barədə məlumatlı olanlardan kimsəyə siyahı gözlənilməz görünmür…

Previous Post

Araz Ağalarov ABŞ-ın sanksiyalar siyahısına niyə düşdü?

Next Post

Sərkisyana iki bəd xəbər…

Bənzər yazılar

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

İrandan ölkələrə çağırış: ABŞ sanksiyalarına əməl etməyin

28 Avqust 2026 - 16:46

Bütün müstəqil ölkələr ABŞ-nin İrana qarşı iqtisadi müharibəsində iştirak etməkdən imtina etməli və İrana qarşı sanksiyalarının heçbirini tanımamalıdır. Elchi.az xəbər...

Tramp: İran çökməkdə olan bir ölkədir

Tramp: İran çökməkdə olan bir ölkədir

28 Avqust 2026 - 10:42

ABŞ prezidenti Donald Tramp İranın "dağılan ölkə" olduğunu iddia etdi. Elchi.az xəbər verir ki, Tramp sosial media hesabında İran haqqında paylaşımlar etdi....

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

Aqrar sektoru və kadr potensialını birləşdirən məkan – Dövlət Aqrar Universiteti

27 Avqust 2026 - 17:17

Ölkədə qeyri-neft sektorunun inkişafı, ərzaq təhlükəsizliyinin təminatında kənd təsərrüfatı mühüm rol oynayır. Bu sahənin inkişafında isə əsas amil aqrar sektorun...

ABŞ hələlik İranla danışıqlar aparmır

ABŞ hələlik İranla danışıqlar aparmır

27 Avqust 2026 - 17:07

ABŞ Prezidenti Donald Tramp administrasiyası münaqişənin dinc yolla nizamlanması üçün hələlik İranla danışıqlar aparmır. Elchi.az xəbər verir ki, bu barədə Ağ...

Next Post
Sərkisyana iki bəd xəbər…

Sərkisyana iki bəd xəbər...

Sərkisyana iki bəd xəbər…

Sərkisyana iki bəd xəbər...

Son xəbərlər

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

Naxçıvanda Türkiyənin Zəfər bayramı qeyd olunub

29 Avqust 2026 - 11:30
Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

Azərbaycan neftinin qiyməti 93 dollara yaxınlaşıb

29 Avqust 2026 - 11:11
Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

Antalyada güclü yanğın: 20-dən çox gəmi külə döndü

29 Avqust 2026 - 10:54
FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

FHN-in qurumları arasında cüdo çempionatına yekun vuruldu – FOTO

29 Avqust 2026 - 10:35
BDYPİ sürücülərə xəbərdarlıq edib

BDYPİ sürücülərə xəbərdarlıq edib

29 Avqust 2026 - 10:21
“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

“Bitcoin”in qiyməti 78 min dollardan aşağı enib

29 Avqust 2026 - 10:00
Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

Azərbaycanın 6 idmançısı çimərlik güləşi üzrə Dünya Seriyasının IV mərhələsində yarımfinala yüksəlib

29 Avqust 2026 - 00:04
Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

Türkiyənin iki vilayətində meşə yanğınları baş verib

29 Avqust 2026 - 00:01
Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

Tramp ABŞ Kosmik Akademiyasının yaradılması haqqında fərman imzalayıb

28 Avqust 2026 - 23:58
Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

Əraqçi: İran mehriban qonşuluq münasibətləri istəyir

28 Avqust 2026 - 23:10
İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

İstanbulda avtobus qəzaya uğrayıb, ölən və 20-yə yaxın yaralı var

28 Avqust 2026 - 20:30
Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

Berlində hakerlər hökumət idarələrinə kiberhücum edib, 30 bitkoin tələb edirlər

28 Avqust 2026 - 20:29
Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

Azərbaycan və Belarus XİN arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib

28 Avqust 2026 - 19:27
XİN Azərbaycan xalqını bu sözlərlə təbrik etdi

Polşa səfiri XİN-ə çağırılıb, etiraz notası təqdim edilib

28 Avqust 2026 - 19:19
Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

Anar Əliyev Qəbələdə vətəndaşları qəbul edib

28 Avqust 2026 - 19:10
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.