"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur- Səy-səy danışdıqı üçün

08 Fevral 2017 - 17:50
in XƏBƏR LENTİ
FacebookVatsap

Bunu da oxuyun

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur- Səy-səy danışdıqı üçün
Fəzail Ağamalı: “Genetik kodlarının ona diktə etdiyi davranışdır”; Adil Əliyev: “Bəzi səy-səy fikirlər söyləyən sapı özümüzdən olan baltalar olmasa…”
Bəxtiyar Sadıqov: “Xalqın heysiyyətinə toxunmaqdır”

ASDP sədri, deputat Araz Əlizadənin Osmanlı İmperiyası və Nuru Paşa haqqında söylədiyi aşağılayıcı fikirlərə reaksiyalar səngimək bilmir. Simasını bir daha ortaya qoyan deputatın ünvanına cəmiyyətin bütün təbəqələrindən ciddi tənqidlər gəlməkdə davam edir.

Deputat həmkarları tərəfindən də sərt şəkildə qınanır. Son olaraq, millət vəkili Adil Əliyev həmkarını sərt tənqid edib. O, facebook səhifəsində yazıb: “Son günlər başım kikboksinq çempionatlarına qarışdığı üçün mətbuatda Türkiyə və Nuru Paşa əleyhinə səslənən fikirləri izləyə bilməmişəm. Ancaq bu cür təbliğat aparanlara qısa olaraq belə cavab verərdim. Qəhrəman Nuru Paşa və Qafqaz-İslam Ordusu Türk xalqının qəlbində dərin iz buraxıb. Təəssüflər olsun ki, bəzi səy-səy fikirlər söyləyib, gündəmə gəlmək istəyən, sapı özümüzdən olan baltalar olmasa, biz daha çox irəli gedə bilərik. Həmin qüvvələr unutmasınlar ki, gec-tez Türk birliyi güclənəcək. Və tarix bu cür insanları öz siyahısından siləcək”.

Deputat Nizami Cəfərov da məsələ ilə bağlı modern.az saytına danışıb. O, A.Əlizadənin Osmanlı İmperiyası ilə bağlı fikirlərini əsassız sayır: “Nəyə görə əsassız sayıram? Çünki orada elə məsələlər var ki, onu müzakirə etmək olar. Araz Əlizadə də kifayət qədər məlumatlı və düşüncəli adamdır. O, boş yerə, təsadüfi söz də deməz. Amma bununla yanaşı, orada gərək bütün məsələlər nəzərə alınsın. Təsadüflər yox. Mənə elə gəlir ki, Araz müəllim mahiyyəti nəzərə almalıdır. Həmin dövrün mürəkkəb şəraitində nələrin baş verdiyi Tarix İnstitutu tərəfindən təhlil olunur. Mən hesab etmirəm ki, Ermənistanın Azərbaycan torpaqları hesabına dövlət qurması Osmanlı İmperiyasının günahıdır. Mən buna inanmıram. Çünki Osmanlı İmperiyasının o zaman elə bir gücü yoxuydu. Çünki Birinci Dünya müharibəsindən məğlub çıxmışdı. Həmin vaxtda da Atatürkün komandanlığı altında yeni hərəkat başlayırdı”.

Deputat bildirib ki, Qafqaz İslam Ordusunun komandanı Nuru Paşanın Azərbaycana gəlməsi və xalqa kömək etməsi hansısa fərdi, subyektiv maraqlarla bağlı deyildi: “Bu, hərbi nazir Ənvər Paşanın ideallarından biri idi. Nuru Paşa Azərbaycana Turan dövləti yaratmaq, bütün Türk dünyasını birləşdirmək ideyası və marağı ilə gəlmişdi. Təbii ki, Azərbaycanda müəyyən problemlər oldu. Qafqaz İslam Ordusuna köməklik də olundu. Müəyyən qədər çətinliklər də oldu. Qafqaz İslam Ordusu burada lazımi qədər əsgər də yığa bilmədi. Müəyyən şeylərə inam itmişdi. Çünki dünya müharibədən çıxmışdı və bu, regiona da təsir etmişdi. Amma Nuru Paşanın burada şəxsi məqsədlərini, ideyaların həyata keçirməyinə inanmaq mümkün deyil”.

Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı həmkarı barədə sərt danışdı: “Araz Əlizadə hər zaman fikirlər söyləyəndə etik normaları pozaraq, düşündüyünü hətta korrektə etmədən gündəmə gətirən bir insandır. Bu baxımdan, onunla bu və ya digər şəkildə qarşı-qarşıya gəlmək niyyətində deyiləm. Çünki səviyyəmiz arasında çox böyük fərq var. Həmçinin söykənmiş olduğumuz dəyərlərdə də çox böyük fərq var. Amma bir məsələ var ki, Araz Əlizadənin Azərbaycan türkünə, eyni zamanda türk dünyasına böyük nifrəti var. Hər zaman bu və ya digər şəkildə bunu ifadə edib. Görünür, bu da genetik kodlarının ona diktə etdiyi davranışdır”.

Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev isə “Yeni Müsavat”a açıqlamasında dedi: “Türkiyə ilə əlaqələr qanla yoğurulub, türk qardaşlarımız yüzlərlə şəhid verib bizim torpaqlar uğrunda veriblər. Çanaqqalada azərbaycanlılar yüzlərlə şəhid veriblər. Türkiyə dövlətinin varlığı, daim ayaqda olması bizim uğurumuzdur, eyni zamanda Azərbaycanın müstəqil qalması qardaş ölkənin uğuru kimi qəbul olunur. Nəinki millət vəkillərimiz, hər bir vətəndaşımız belə fikirlər səsləndirəndə diqqətli olmalıdırlar. Çox təəssüf edirəm ki, belə ifadələri həmkarım işlədir. Hesab edirəm ki, tarixçilərin həmin tarix barədə cəmiyyətə ətraflı məlumat vermələri çox vacib olardı. Araz bəy fikirlərində redaktələr etməlidir. Parlament üzvü olan bir şəxs qardaş ölkənin ünvanına bu cür fikirlər səsləndirməsi doğru deyil. Münasibətləri qurmaq əvəzinə, ona xələl gətirəcək açıqlamalar verilməməlidir. Yerində olmayan ifadələrdir. Deputat istənilən məsələyə öz münasibətini bildirə bilər. Amma indi çox həssas zamandır. Artıq Azərbaycanın dost-düşmənləri bəllidir və səngərləşmiş formadadır. Hansı dövlətin ölkəmizə qarşı hansı münasibətdə olduğu ortadadır. Ölkəmiz üçün hər şeyi etməyə hazır olan Türkiyə və onun sərkərdələri barədə bu cür fikirlər səsləndirmək heç zaman doğru olmaz. Belə məsələlərə həssas yanaşmaq lazımdır”.

“Azərbaycan” qəzetinin baş redaktoru, deputat Bəxtiyar Sadıqov hər bir deputatın bir məsələyə münasibət bildirməsinin onun şəxsi işi olduğunu qeyd etdi: “O şey ki, bizim tariximizdir, tariximizdə baş verən ağrılı məsələ ilə bağlıdır, o haqda danışanda son dərəcə ehtiyatlı olmaq lazımdır. Unutmaq lazım deyil ki, tariximiz uzun zaman saxtalaşdırılıb, arxivlərdə gizlədilib. Bir çox hadisələr barədə düzgün olmayan informasiyalar yayılıb. Bu, SSRİ-nin məqsədyönlü siyasəti idi. Azərbaycan-Türkiyə qardaşdır, böyük müttəfiqdirlər. Çanaqqalada bizimkilər döyüşüblər, şəhid olublar. Bakının erməni-daşnak qüvvələrindən təmizlənməsində türk əsgərlərinin qəhrəmanlıqları olub. Bu arada qeyd edim ki, ”Azərbaycan” qəzetinin ilk sayı Gəncədə buna həsr olunub və xalq bu xəbəri çox sevinclə qarşılayıb. Nuru Paşanın və Türkiyənin o zamankı yardımına hər zaman böyük hörmətlə yanaşmışıq. Onları xilaskarımız kimi qəbul etmişik. Kimsə onun haqqında mənfi danışırsa, nəzərə almalıdır ki, bu, xalqın heysiyyətinə toxunmaqdır. Belə məsələlərdə son dərəcə ehtiyatlı olmaq lazımdır. Arxivə gedib, ilkin mənbəyə baxıb, düzgün danışmaq lazımdır”.

Hazırda Araz Əlizadənin deputat olduğu Xətai rayonunun 15 il millət vəkili olan Ümid Partiyasının sədri İqbal Ağazadə qısa danışdı: “Bu barədə ona görə çox danışmadım ki, qərəz kimi görünə bilərdi. Ona görə də mövqeyimi facebook səhifəmdə bir cümlə ilə ifadə etdim. Başqa fikirlər səsləndirsəydim, deyəcəkdilər ki, seçkidən dolayı qərəzli danışır. Cəmiyyət onsuz da kifayət qədər ciddi reaksiya verir”.

A.Əlizadənin artıq mandatının əlindən alınması ilə bağlı çağırışlar da səslənməyə başlayıb.

AĞ Partiya bununla bağlı hökumətə çağırış edib: “Araz Əlizadə qardaş Türkiyə əleyhinə heç bir tarixi faktlara söykənməyən, yalnız iftira və böhtana əsaslanan sayaqlamalarla gündəmə gəlib. Öz keçmişini unutmuş manqurt deputat 1918-ci ildə Azərbaycan xalqını erməni, rus silahlı dəstələri tərəfindən total şəkildə fiziki məhv edilmədən, soyqırımdan xilas edən Qafqaz İslam Ordusu və onun komandanı Nuru Paşaya da həyasızlıq edib. AĞ Partiya Azərbaycanın hüquq-mühafizə orqanlarından tələb edir ki, iki qardaş dövlət arasında nifaq salaraq, süni düşmənçilik zəminində dövlətlər arasındakı münasibətlərə xələl gətirən bu şəxsin əməlinə hüquqi qiymət verilsin və qanunvericilik çərçivəsində lazımi tədbirlər görülsün. Həmçinin Milli Məclisin Nizam-İntizam komissiyasından tələb edirik ki, Araz Əlizadənin bu əməlləri gündəliyə salınsın, müzakirəyə çıxarılsın və bu şəxsin deputatlıq mandatının ləğvi istiqamətində prosedurlara başlansın. Unutmaq olmaz ki, belə vətən xainlərinin nifaq salan fitnələrinə zamanında kəskin hüquqi cavab verilməsə, dövlət maraqlarımız və dövlətçiliyimiz daim təhlükə altında qalacaqdır”.

Previous Post

Araz Əlizadənin deputat mandatının ləğvi tələb olunur- Səy-səy danışdıqı üçün

Next Post

`Azerspace-1` 50 milyon dollar pul qazanıb

Bənzər yazılar

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26

Ötən həftə Hörmüz boğazından keçən tankerlərə edilən hücumların sayı İranla müharibə başlayandan bəri ən yüksək səviyyəyə çatıb. Elchi.az  "Reuters" agentliyinə...

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22

  Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var. Elchi.az  "Haber Global"a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət...

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18

Britaniya kral ailəsinin həkim-terapevti Hanna Terri Böyük Britaniyanın şərqindəki Norfolk qraflığında yerləşən Sandrinqem malikanəsinin kənarındakı evində ölü tapılıb. Elchi.az "The...

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12

Bu ilin sentyabr ayında Azərbaycanda bütün platformalarda (kompüter, mobil cihazlar və planşetlərdə) "Google" axtarış sisteminin bazar payı 97,35 % təşkil...

Next Post

`Azerspace-1` 50 milyon dollar pul qazanıb

Azərbaycan aprel döyüşlərindən daha böyük əməliyyata başlayacaq - Erməni KİV-i

Son xəbərlər

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

İran səfiri etirazlarla bağlı dezinformasiyaya görə Fransa XİN-ə çağırılıb

07 Oktyabr 2026 - 21:30
Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

Hörmüz boğazında tankerlərə hücumların sayı rekord həddə çatıb

07 Oktyabr 2026 - 21:26
AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

AK Parti sözçüsü: Türkiyə və Azərbaycanın arasına girməyə çalışan ölkələr var

07 Oktyabr 2026 - 20:22
Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

Böyük Britaniya kral ailəsinin həkimi evində ölü tapılıb

07 Oktyabr 2026 - 20:18
“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

“Yandex” axtarış sisteminin Azərbaycandakı payı 8 dəfə azalıb

07 Oktyabr 2026 - 20:12
DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

DÇ: Azərbaycan cüdoçusu Zelim Tçkayev finalda məğlub olub

07 Oktyabr 2026 - 19:28
AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

AQTA “Piano Hall” şadlıq evində nöqsanlar aşkarladı

07 Oktyabr 2026 - 19:20
Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

Ceyhun Bayramov Türkmənistanda Orta Dəhlizin artan rolundan danışdı

07 Oktyabr 2026 - 19:12
Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

Azərbaycan cüdoçusu Ömər Rəcəbli dünya üçüncüsü olub

07 Oktyabr 2026 - 18:56
Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

Azərbaycanın C6-nın möhkəmlənməsinə fəal töhfə verməyə hazır olduğu bir daha təsdiqlənib – FOTO

07 Oktyabr 2026 - 18:47
BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

BMT İnsan Hüquqları Şurasında mina ilə bağlı Azərbaycanın dəstəklədiyi qətnamə qəbul edilib

07 Oktyabr 2026 - 18:33
Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

Oyuncaqların təhlükəsizliyinə dair tələblər təsdiqlənib, qadağalar müəyyənləşib

07 Oktyabr 2026 - 18:25
Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

Lavrov: Alyaskada Ukrayna üzrə danışıqlarla bağlı Rusiyanın vicdanı təmizdir

07 Oktyabr 2026 - 18:16
Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

Naxçıvan üzrə oktyabrın pensiya ödənişləri yekunlaşdırılıb

07 Oktyabr 2026 - 17:59
Fransanı şərab böhranı gözləyir

Fransanı şərab böhranı gözləyir

07 Oktyabr 2026 - 17:46
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Oktyabr 2026
BE ÇA Ç CA C Ş B
 1234
567891011
12131415161718
19202122232425
262728293031  
« Sen    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.