Afrikalı immiqrantlarını İtaliyaya daşıyan gəminin Liviya sahillərində batması nəticəsində 224 nəfər itkin düşüb.
Axar.az Radikal-a istinadən xəbər verir ki, gəmi paytaxt Tripolinin şərqində batıb. Məlumata görə, gəmidəki 250 nəfər heyətdən yalnız 26 nəfəri xilas etmək mümkün olub.
Tripoli-Liviya Donanmasının sözçüsü Əyub Qəssam bildirib ki, dənizdə üzən çoxlu cəsəd var: “Aralarında qadınların çoxluq təşkil etdiyi immiqrantları daşıyan gəmidə əksəriyyət afrikalılardan ibarət olub”.
Xatırladaq ki, İtaliya hökuməti 2014-cü ildə 100 mindən çox immiqrantın İtaliya sahillərinə çatdığını bildirmişdi. Avqust ayında bənzər bir gəmi qəzasında isə 100-dən çox afrikalı immiqrant həyatını itirmişdi.
– See more at: http://axar.az/news/29504#sthash.1lB5xS6A.dpuf