"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Aqşin Yeniseydən ilginc açıqlamalar | MÜSAHİBƏ

23 Dekabr 2014 - 11:51
in CƏMİYYƏT
FacebookVatsap

“Xəstəxanadan çıxandan sonra Həmid Herisçiyə baxdırdım…”aqshin yenisey azvision pl

Bunu da oxuyun

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

Bakıda iməcilik keçirilib – FOTO

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

 

Tanınmış şair Aqşin Yenisey xəstəxanadan çıxandan sonra da diqqət mərkəzindədir. Çünki çoxlarının hələ də ona aid sualları var. Şair AzVision.az-ın redaksiyasnda olub və ilk böyük müsahibəsini verib. Elchi.az  AzVision.az-a istinadən həmin müsahibəni təqdim edir.

– Xəstəxanada olanda Mirşahinə verdiyiniz müsahibə, daha doğrusu, Mirşahinin sualları birmənalı qarşılanmamışdı…

– O müsahibə üçün təklif ANS telekanalından, Mirşahin bəydən gəldi. Həmin ərəfədə həkimlər ölüvaylığıma görə mənə hətta danışmağı da qadağan etmişdilər. Sadəcə, Mirşahinlə şəxsi münasibətimiz var və hesab edirəm ki, o, Azərbaycanın televiziya publisistikasında ən istedadlı jurnalistlərdən biridir. Xəstə olub-olmamağımdan asılı olmayaraq, onun televiziyada hansısa məsələ ilə bağlı münasibəti mənə həmişə maraqlıdır, həmişə publisistikasını izlədiyim adamdır. Xəstəxanada olanda mənə zəng edib nə baş verdiyini soruşdu və dedi ki, hər şeyi öz dilimdən eşitmək istəyir, həkimlərin razılığı ilə müsahibə verdim.

O ki qaldı onun suallarına, mənə elə gəlir ki, ən yaxşı həkim xəstə ilə qəddar rəftar edən həkimdir. Xəstənin nazı ilə oynayan həkim onun ölümünə məsuliyyətsiz yanaşır. Mirşahin məni ölüm ayağında yaxalamışdı, hətta düşünürəm ki, daha qəddar suallar verməliydi. Mənim xəstələnməyimin ictimai, mental səbəblərini ortaya çıxarıb gənc nəsilə xəbərdarlıq edə bilərdi. Niyə Azərbaycanın az-çox imzası tanınan şairi bu günə düşüb? Mənim o hala düşməyimin çox dərin nihilist səbəbləri vardı. Bu səbəblər nə içki düşkünlüyü ilə bağlı idi, nə də mənim yaradıcı gərginliyimlə. Mən mental avamlığımızın təntənəsi qarşısında acizliyimi başa düşmüşdüm.

Mirşahin mənim saçımı sığallamağa gəlməmişdi və düz də eləmişdi. Mən özümü o yaşda, o təfəkkürdə hiss etmirəm ki, ölüm ayağında belə kiminsə təsəllisinə ehtiyacım olsun.

– O müsahibədə ən çox yadımda qalan “ölümdən sonra nə olacaq?” sualına “Heç bir şey” deyə cavab verməyiniz oldu. İnsanlar, adətən, bundan qorxurlar. Xüsusən də dindarlar. Bunu düşünmüsünüz? Olmamaq, yox olmaq sizin üçün qorxuludur?

– Sözün açığı, ən çətin məqamlarda da psixi durumum həddindən artıq sakit idi. Yanıma gələn adamlar, həkimlər bu sakitliyə məəttəl qalırdı ki, hər an komaya düşüb ölə biləcəyini bilən adam öz halına necə belə biganə yanaşır. Maraqlı bir təsadüfü də deyim; mənə xəstəxanada ilk iynəni vuran tibb bacısı Yusif Vəzir Çəmənzəminlinin nəvəsi idi. Xəstəxanadan çıxandan sonra Həmid Herisçiyə baxdırdım, dedi, mistik əlamətdir, o qadın özü də bilmədən babası Çəmənzəminlinin sahibsiz qalan istedadını sənin qanına köçürüb, Çəmənzəminli məhz səndə zühur etmək istəyib.

`Dindar dostlarım halıma sevinirdilər`

İlk günlər hamı artıq mənimlə bir ölü kimi, bir yox kimi rəftar edirdi. Amma məndə heç bir psixi sarsıntı yox idi, çünki özümü hərtərəfli şəkildə o yoxluğa hazırlamışdım. Daha hansısa xəstəlik təfəkkürümün, dünyagörüşümün, emosiyalarımın dəyişməsinə səbəb ola bilməzdi. Mən artıq ölüm xofunu yaşayıb qurtarmışdım.Yanıma gələn bir çox dindar dostlarım var idi, sevinirdilər ki, şükür Allaha, Aqşin ölməyib sağ qalsa mütləq dinə, haqq yoluna gələcək. Guya, mən indiyə qədər haqq yolunda deyildim, haqq yolu ancaq dində və dindarlıqda imiş. Mənim isə əksinə, yanıma vidalaşmağa gələnlərin bəzilərinə yazığım gəlirdi ki, adamlara bax, bu yaşa gəlib çatıblar, cəmiyyətdə insanlara ağıl öyrətmək statusuna sahibdirlər, amma Allahla, təbiətlə öz şəxsi məsələlərini hələ də çözə bilməyiblər.

Hələ də həyatın sonu haqqında bədgümandılar, insanın öləndən sonra hansısa varlığa çevrilib yaşayacağı ilə bağlı müti fantaziyaları var və şükür edirlər ki, öləndən sonra da var olacaqlar. Bir özlərinə sual verməyiblər ki, insan kimi zırrama məxluqu şəkildən-şəkilə salıb əbədi yaşatmaqda Tanrının, Təbiətin məqsədi nədir? Onlar bu əbədiliklə nəyi qorumaq istəyirlər? Məncə, əbədilik yanğısı insanın dərin dünyagörüşünün olmamasının, ibtidai təfəkkürdən hələ də uzaqlaşa bilməməsinin nəticəsidir. İbtidai insanlar özlərini qorxuya nəzərən idarə edirdilər.

Mənim yox olmaqla bağlı heç bir qorxu hissim yox idi, bəlkə də, psixi toxdaqlığım da əbədiliyə yerikləyən teokratik acgözlüyümün olmaması ilə bağlıydı. Hətta sevinirdim ki, yaşadığım şeyləri bir də hardasa, yenidən, başqa şəkildə yaşamayacağam. İndi də bu fikirdəyəm ki, yoxluq mənə gec-tez istədiyim azadlığı bəxş edəcək. Mütləq azadlıq deyilən anlayış yoxluğa aiddir. İnsan nə qədər varsa, onun azadlığı hallüsinasiyadır, xoşagəlimli illüziyadır. Həqiqi azadlığa qovuşmaq üçün yox olmaq lazımdır.

`Dəyər adına bizə soxuşdurulmuş təcavüz altında yaşayırıq`

– Hamı birmənalı deyirdi ki, Aqşin içdiyinə görə xəstələndi. Amma siz bayaq dediniz ki, əsl səbəb içki deyildi. Nə idi o səbəblər?

– Mental basməmmədizm, ailə-məişət həsənsoxduluğu, mədəni-elmi lazımsızlıq, dini-mistik xortdanizm… bütün bu gümrah bədbəxtliklərdən doğan səbəblər. Uşaqlığımdan qarşıma çıxan qranitləşmiş dəyərlər var idi ki, mən insanların niyə bu dəyərlərlə yaşadığını heç vaxt başa düşmürdüm, heç indi də başa düşmürəm. Biz dəyər adına bizə soxuşdurulmuş təcavüz altında yaşayırıq və ölüm ayağında anlayırıq ki, bütöv bir ömrü Tanrının, Təbiətin bəşəriyyətə bəxş etdiyi gözəlliklərin əleyhinə yaşamışıq.

Çoxları heç öləndə də bunu anlamır. Televiziyaya baxırıq, mətbuatı oxuyuruq, hər yerdə adam xırda bir istisna axtarırıq ki, yüngülvari toxtaqlıq tapaq. Belə cəmiyyət, belə millət olmaz. Biz bir millət kimi öz həyatımızın mənəvi tarazlığını saxlamaq üçün hər şeydə istisnalara borcluyuq, kortəbii, intiutiv baş verən istisnalara. Bu da dini dnüyagörüşümüzdən irəli gəlir. Məsələn, mənim böyüdüyüm kənddə xeyir-şər məclislərində dünyagörmüşlər dünyagörməmişlərə cənnətə getmək üçün hansı mərhələlərdən keçmək laızm olduğundan danışırdılar. Yadıma gəlir, ağsaqqallar deyirdilər ki, guya, indiyə qədər cənnətə təkcə bir kişi gedə bilib, o da İsfahanda hansısa kənddə yaşayıb, filan işləri gördüyü üçün cənnətlə mükafatlandırılıb. Bunun arxasınca da kənd itoynadanlarının lətifəsi başlayırdı ki, guya, o kişi də cənnətdə tək olduğu üçün darıxıb və ərizə yazaraq özünü cəhənnəmə, qohum-əqrəbasının yanına “perevod” elətdirib.

Ola bilər kimsə desin ki, mən sənin kəndində böyüməmişəm, valideyinlərim “qa” deyəndə ağzıma ət, “qu” deyəndə su veriblər. Yəni mən azad və xoşbəxtəm. Cəfəngiyyatdır, peyinlikdə hamı bərabərhüqüqludur. Bir sözlə, bu cəmiyyətdə yeganə rahatlığım, etiraf etdiyim kimi, acizliyim ucbatından da olsa, içki idi, bu da mənə öz hisslərimi keyitməyə kömək edirdi. Yaxşı ki, daha pis vərdişlərə qurşanmamış canımı zədələdim.

Mənim xoşbəxtliyimin səbəbinə baxın. Belə cəmiyyətlərdə ağlı başında olan adam içmirsə, onun mənəviyyatında, psixologiyasında ciddi problem var. Gör, bu adam bu qədər narahat cəmiyyətdə özünü necə də rahat hiss edir?! Bədbəxtlər adasında özünü necə də xoşbəxt görür?! İçkini dopinq kimi qəbul edirdim. Asılı deyildim, istəyəndə içməyə bilirdim. Amma içkisiz halda şəhərə çıxanda gizlənməyə yer axtarırdım ki, heç kimin üzünü görməyim. Mən 1960-70-ci illərdə Qərb gəncliyinin keçdiyi “the big sleep” dövrünü yaşayırdım.

– Həm ölümdən qorxmursuz, həm də içki içirdiniz. Ziddiyyət yaranır…

– İntiharın aktiv və passiv növləri var. Aktiv intihar emosiyanal aktdır, mənlik deyil. Mənim xəstəliyim passiv intihar idi, beynin özünəqəsdi. Bu “xəstəliyə” çox yaradıcı adamlar tutulub. Özüm bilirdim ki, bunun axırı belə olacaq. Bu proses öz ixtiyarıma buraxılsaydı ölümlə başa çatacaqdı. Lakin dünyada hələ də bir-birilərindən xəbərsiz yaxşı insanlar yaşayır. Dövlətimizin də ədəbiyyata, mədəniyyətə olan qayğısından mənə də bir pay düşdü. Özüm də gözləmədən, bilmədən ölməyə qoymadılar. Bundan sonra, ən azı, mənə kömək edənlərə borcumu qaytarmaq üçün yaşamalıyam.

– Sağalandan sonra özünüzü mənəvi olaraq necə hiss edirsiz?

– Sadəcə, özümü ev dustağı etmişəm. Son bir ayda ikinci dəfədir ki, evdən çıxıram.

– Həyatınızda iki böyük dəyişiklik oldu. İçkiyə vidalaşdınız və övladınız dünyaya gəldi. Bunlar sizin şəxsiyyətinizi, düşüncələrinizi, baxışlarınızı dəyişə biləcək hadisələrdirmi?

– Bunlar, sadəcə, mənim emosiyalarıma təsir göstərə biləcək şeylərdir. Şəxsiyyətimə, düşüncələrimə yalnız yaradıcı uğurlarım, yaxud uğursuzluqlarım təsir edə bilər. Mən sirroz olmaya da bilərdim, yaxud övladım dünyaya gəlməyə də bilərdi. Görün tariximizdə və ətrafımızda nə qədər yaradıcı adam var ki, onların nə övladları dünyaya gəlib, nə də qaraciyər xəstəsi olublar, amma bu, onların şəxsiyyətlərinə, yaradıcılıqlarına heç bir problem gətirməyib. İgidayın dünyaya gəlməsini özümə və ocağımıza metafizik hədiyyə kimi qəbul edirəm.

`Tənhalıq – itkilərin cəmidir`

– Bu cəmiyyətdə yaşamağın sizin üçün çətin olduğunu deyirsiz. Müsahibədən əvvəlki söhbətimizdə də bir yazınıza görə dindarların sizi ölümlə hədələdiyini söylədiniz. Niyə mühacirət etmədiz?

– Həmin yazıda kəskin heç nə yox idi. İbrahim peyğəmbərin Qurban bayramında apardığı dini islahatlardan və avam kütləni bu islahatlara inandırma üsullarından yazmışdım, sadəcə olaraq, yazı dini zümrəyə yanlış təqdim olunmuşdu. Hətta axundlardan biri ilə debatımda məlum oldu ki, məni peyğəmbəri təhqir etməkdə ittiham edənlərin özləri belə həmin yazıdan xəbərsizdir. Axundun misal çəkdiyi cümlələr adı vayqanlı olan həmin yazıya yox, 3 il əvvəl yazılmış başqa bir yazıya aid idi.

Qaldı mühacirət məsələsinə, mən heç vaxt Azərbaycandan çıxıb getməyi, hansısa Avropa ölkəsində yaşamağı düşünməmişəm. Bu mənada mən “vətən xaini” yox, “vətən məhkumuyam”. Bəlkə də, coğrafiya üzrə təhsil almağımla bağlıdır, özümü dünyanı gəzib gəlmiş adam kimi hiss edirəm. Fikri səyyahlığımın hüdudları daha genişdir, daha rahatdır, nəinki İtaliyanın Milan şəhərində pizza yeyib, şəkil çəkdirmək. Mən getməyimlə yox, qalmağımla daha səmimiyəm. Ömrümdə bircə dəfə İstanbula getmişəm, indiyə qədər də peşmanam. Xəyalımdakı İstanbul daha gözəl idi, nəinki gedib gördüyüm tarixi tör-töküntü.

Avropanın qaçqın düşərgələrində “işgüzar fəaliyyətsizlik” içində rahat yaşamaqdansa, Azərbaycanda hansısa yanan barmağa ilk tibbi yardım göstərməyi üstün tuturam. Hara rahatdırsa, ora vətəndir əxlaqı qaraçılara xasdır.

– Praqa ehtirasının axırı necə oldu?

– O ehtirası məndə Kafka yaratmışdı. Mən Kafkanı çox erkən yaşlarımda oxumağa başlamışdım, o yaşlarda istər-istəməz oxuduğun yazıçının təsirinə düşürsən. Praqa şeirini də Kafkanın təsiri ilə yazmışdım, o da ömrü boyu Praqadan kənara çıxmayıb. Məsələn, Nizami Gəncəvi də Gəncədən kənara çıxmayıb. Yəni bu məhkumluq vərdişi tək məndə deyil, yaradıcı adamların çoxunda yuvasına, zatına bağlılıq olur. O şeir yeniyetməlik dövrünün gəldigedər havası idi, bəlkə də, mən Praqaya yox, Kafkaya can atırdım.

– Bir müddət şeirləriniz A.Kuş imzası ilə çıxırdı…

– O imza universitet illərində dəvədəlləyinə oxşayan bir qızın mənə müraciət forması idi – “Akuş”. Yazılışını bir az dəyişib, “A.Kuş” eləmişdim.

– Kafka heyranlığı keçdi getdi, yoxsa qalır?

– Mən Kafka yaradıcılığına heyranam. Çünki o, mənim mənəviyyatımın sütunlarından biridir. O vaxtlar Kafkanın təsiri ilə ilk hekayələrimi, pritçalarımı yazırdım. Sonradan Kafkanı yenidən oxuyub öz yazdıqlarımla tutuşdurdum, gördüm ki, cızmaqaralarım həddən artıq bərbad yazılardır. Yazıçı əxlaqı olan adam belə şeyləri çap eləməz. Hamısı kənddəki evimizdə, tələbə vaxtı kirayə qaldığım künclərdə, yataqxana üfunətlərində çürüyüb getdi.

– Gənclərin bir qismində belə bir hal müşahidə etmişəm. Bədbəxtliyi, tənhalığı tərənnüm edən yazılar oxuyub bədbəxt olma arzusuna qapılırlar ki, o yazılanın ona da aiddiyyatı olsun. Sanki xoşbəxtlikdən imtina edirlər. Sizdə nə vaxtsa belə bir hal olubmu?

– Söhbət öz ədəbiyyatımızdan gedirsə, bizim ədəbiyyatımızdakı tənhalıq mövzu qıtlığından, istedad bozluğundan yaranan tənhalıqdır. Bu, bütün dövrlərdə olub. Hətta beş-altı şairimiz kitablarının adını eləcə “Tənha” qoyublar. Yəni üç tuz! Tənhalıq insanın istəmədiyi, amma ona məhkum olduğu bir şeydir. Əsgərlik kimi. Məsələn, 5 yaşlı uşaq “məni əsgər aparın” deyib ağlasa, gülməli görünər. Bizim yazıçıların, şairlərin tənhalıq yanğısı da beş yaşlı uşağın əsgərliyə can atması kimidir, yəni “dünyada üç tənha varsa, onun ikisi mənəm” və s. Mənim dünyagörüşümə görə tənhalıq – arzuolunmaz itkilərin cəmi deməkdir. Şair tanışlarım var ki, bahalı maşınları, masaj salonları, mebel dükanları var, 3-4 arvad alıb-boşayıblar, 5-6 yerdə qız saxlayırlar, hər cür təmin olunublar, amma di gəl ki, şeirdə ölümcülcəsinə tənhadırlar, yazdıqları şeirləri oxuyanda istəyirəm metro kartımı da çıxarıb verim ki, bu qədər yalqız olduqlarını unutsunlar (gülür).

Mənim öz ailəmdə oxucum yoxdur. Nəslimizdə kimisə görməmişəm ki, götürüb bir kitabımı, ya da mətbuatda gedən hansısa yazımı oxusun. Ancaq televizorda görəndə məndən xəbər tuturlar, onda da zəng vurub danlayırlar ki, sən nə vaxt əyninə kostyum geyinib, qalstuk taxacaqsan? Əlbəttə, mənim bu sadə tənhalığım tanışlarımın məşəqqətli tənhalıqlarının yanında muştuluqdur. Tənhalıq kimi üçün şeir mövzusudur, kimi üçün tale.

(Ardı var)

Fatimə Kərimli
Vüsal Məmmədov

Previous Post

Aqşin Yeniseydən ilginc açıqlamalar | MÜSAHİBƏ

Next Post

İrəvan Ərdoğanın yolunu gözləməsin…

Bənzər yazılar

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

25 İyul 2026 - 14:18

Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2026-ya hazırlıq çərçivəsində Fövqəladə Hallar Nazirliyinin Akademiyasında yanğından mühafizə və xilasetmə üzrə ixtisaslaşmış marşallar...

Bakıda iməcilik keçirilib – FOTO

Bakıda iməcilik keçirilib – FOTO

25 İyul 2026 - 13:53

Yay mövsümündə Bakı səhərinin sanitar-təmizlik səviyyəsinin daha da yüksəldilməsi məqsədilə iyulun 25-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda növbəti daxili...

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 İyul 2026 - 13:09

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi işğaldan azad edilmiş ərazilərdə məşğulluğun təminatı ilə bağlı sakinlərlə növbəti...

Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul 2026 - 12:39

Sabah Azərbaycanda hava necə olacaq? İyulun 26-da gözlənilən hava proqnozu açıqlanıb. Bakıda və Abşeron yarımadasında hava necə olacaq? Milli Hidrometeorologiya...

Next Post

İrəvan Ərdoğanın yolunu gözləməsin...

İrəvan Ərdoğanın yolunu gözləməsin...

Son xəbərlər

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

Ukrayna Təhlükəsizlik Xidməti: Rusiyanın S-400 sistemi, hərbi gəmisi və Xəzər dənizindəki obyektlərinə zərbələr endirilib

25 İyul 2026 - 14:52
Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

Türkiyədə güclü yağış və fırtına nəticəsində bir nəfər ölüb, 35 vilayət üçün xəbərdarlıq edilib

25 İyul 2026 - 14:49
Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

Qlobal əmtəə bazarlarında qızıl bahalaşıb

25 İyul 2026 - 14:47
Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

Bakıda bağlı qapı arxasında qalan uşaq xilas edildi

25 İyul 2026 - 14:26
Hindistanın təhsil naziri tələbə etirazları fonunda istefa verib

Hindistanın təhsil naziri tələbə etirazları fonunda istefa verib

25 İyul 2026 - 14:23
Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb – FOTO

Hacıqabulda avtomobil körpüdən aşıb, 2 nəfər xəsarət alıb – FOTO

25 İyul 2026 - 14:20
FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

FHN Bakı Şəhər Halqası Əməliyyat Şirkəti ilə birgə marşallar üçün təlimlər keçirib – FOTO

25 İyul 2026 - 14:18
Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

Milix Yevdayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

25 İyul 2026 - 14:06
İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

İtaliya Ukraynanın sabiq müdafiə nazirinə müşavir vəzifəsi təklif edib

25 İyul 2026 - 14:03
Bakıda iməcilik keçirilib – FOTO

Bakıda iməcilik keçirilib – FOTO

25 İyul 2026 - 13:53
Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

Tümen neft emalı zavoduna PUA-nın düşməsi nəticəsində yanğın baş verib

25 İyul 2026 - 13:21
Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

Şəmkirdə 12 yaşlı qız qətlə yetirilib, 16 yaşlı bacısı şübhəli kimi saxlanılıb – YENİLƏNİB

25 İyul 2026 - 13:13
Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

Ukrayna Zaporojyenin Rusiyanın nəzarətində olan ərazisində turbazanı vurub, 8 nəfər ölüb, 14 nəfər yaralanıb

25 İyul 2026 - 13:11
Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

Azad edilmiş ərazilərdə növbəti səyyar görüşlər keçirilib

25 İyul 2026 - 13:09
Nazirlik gözlənilən isti, quraq və küləkli hava şəraiti ilə bağlı əhaliyə müraciət etdi

Sabah Bakıda 40, bəzi bölgələrdə 41 dərəcə isti olacaq

25 İyul 2026 - 12:39
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyul 2026
BE ÇA Ç CA C Ş B
 12345
6789101112
13141516171819
20212223242526
2728293031  
« İyn    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.