"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Aqil Səmədbəyli: “Həmin dairədə Elçibəydən başqa ancaq ABŞ prezidenti qalıb”-MÜSAHİBƏ

26 İyun 2016 - 16:19
in XƏBƏR LENTİ
FacebookVatsap

 

Bunu da oxuyun

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

aqil

Bütöv Azərbaycan Birliyinin (BAB) Rəyasət Heyətinin sədri, mərhum prezident Əbülfəz Elçibəyin kürəkəni Aqil Səmədbəyli Tezis.az-ın suallarını cavablandııb:

 – Aqil bəy, hər il Əbülfəz Elçibəyin doğum günü Kələkidə bayram kimi qeyd olunur. Ənənə bu il davam etdi? Elçibəyin ailəsi, deyəsən hazırda Bakıdadır, ailə Əbülfəz bəyin ad gününü necə keçirdi?

– Hər zaman olduğu kimi ailə üzvləri ilə bir yerdə Bəyi səhər tezdən əbədigahında ziyarət etdik. Sonra evə gəldik, qohumlar, dostlar gəldi, çay içib çörək yedik, Əbülfəz bəyi xatırladıq, xatirələr danışıldı. Kələkidə isə iyunun 24-ü Ramazan ayına rast gəldiyi üçün axşam məsciddə iftar süfrəsi açıldı.

– Bakıya ad günü ilə əlaqədar gəlmisiniz, yoxsa tətildə həmişə Azərbaycana qayıdırsınız?

– Hər il yay tətilinə gəlirik, amma xüsusilə Bəyin doğum günündə iştirak eləmək üçün birbaşa Bakıya gəldik, sonra Kələkiyə gedəcəyik.

– 3 ildən çoxdur Türkiyədəsiniz, övladlarınız qardaş ölkənin mühitinə adaptasiya olubmu, iş tapıb işləyə bilirsiniz?

– Türkiyə elə bizim öz ölkəmizdir, Azərbaycandan heç bir fərqi yoxdur. Gəncliyimin xeyli hissəsi, tələbəliyim orada keçib. Övladlarımın adaptasiya problemi olmadı, hər şey normal, həyat qaydasında davam edir. Türkiyə Azərbaycandan sonra bizim üçün ikinci vətəndir. Orada darıxmırıq, dostlarımız var, ətrafımız genişdir. Fəaliyyətimiz Türkiyədə davam edir, toplantı və konfranslar keçiririk, işə gedib gəlirəm. Böyük oğlum 10-cu sinfi bitirdi.

– Elturan ali təhsilini Türkiyədə davam etdirməyi düşünür?

– Orada orta məktəb 12 illikdir. Liseydə 2-ci sinfi, bizim sistemlə 10-cu sinfi qurtardı, inşallah 2 il sonra universitet tələbəsi olacaq. Balaca Alpərin 5 yaşı tamam olacaq, hələ bağçaya gedir.

– Bu yaxınlarda Türkiyənin “Hürriyyət” qəzetində Əbülfəz bəylə bağlı yazı yayımlanmışdı, 1992-ci il iyunun 24-də Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının sammitində protokoldan kənara çıxdığı, konfrans başlayan saatlarda Topqapı sarayını seyr etməyə getdiyi deyilir. Sizcə, belə bir iddianın yer aldığı yazı niyə indi ortaya çıxıb?

– O yazını oxudum, xeyli təhriflər vardı, kimsə haradansa eşidib, detalları bilməyib deyə məsələni səhv yazıb. O hadisəni özüm dəqiqliklə bilirəm. Rəhmətlik İlqar Qədirquliyev o əhvalatı bizə danışmışdı. Həmin hadisə zamanı Bəyin yanında İlqar bəy olub. Əvvəla, Elçibəy protokolu pozan adam deyildi, o, mənəviyyat aləminin insanı idi. Gəncliyindən, hələ Misirdə işlədiyi dövrdən protokol qaydalarının nə olduğunu gözəl bilirdi. Əbülfəz Elçibəy üçün İstanbulda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının yaranma ərəfəsində Çırağan sarayında boğaz mənzərəli xüsusi dairə ayrılmışdı. Onu da qeyd edim ki, həmin dairə Elçibəydən əvvəl yalnız bir dəfə ABŞ prezidentinə ayrılıbmış, ondan sonra heç kəs o dairədə qonaq edilməyib. Bu da Elçibəyə olan xüsusi hörmətin əlaməti idi. Elçibəy rəhmətlik İlqar bəyə deyib ki, bacıoğlu, bəlkə İstanbulu gəzək? O da qayıdıb ki, Bəy, necə məsləhət bilirsiniz, elə də olsun. İlqar bəy də maşın çağırıb, maşını idarə edən də əmniyyət müdirlərindən biri olub. Sonra həmin əmniyyət müdiri ilə görüşdüm də. Maşına minib boğazı gəziblər, səhərə yaxın otelə qayıdıblar. Orada heç bir protokol pozuntusu olmayıb. Gecə saat 3-4-də nə toplantı ola bilərdi ki? Dincəliblər, səhər də tədbirə qatılıblar. Məlumatsızlıqdan və ya başqa niyyətlə yazıda təhriflər olmuşdu. Toplantı keçirilən zaman mən də İstanbulda idim, Əbülfəz Elçibəy o toplantının ulduzu idi, bütün prezidentlər Elçibəyə yaxın oturmaq, şəkil çəkdirəndə onun yanında durmaq üçün bir-biri ilə yarışa girmişdilər. Süleyman Dəmirəl özü belə Əbülfəz Elçibəylə məsləhətləşirdi, birmənalı şəkildə Bəyin dedikləri konfrasda həlledici olurdu.

– Hər il iyun ayında müxtəlif iddialar mətbuatda yer alır, müzakirələr açılır. Belə fikirlər səslənir ki, Elçibəyin Bakını tərk edib Kələkiyə getməzdən əvvəl sonuncu qəbul etdiyi  parikli bir şəxs olub. O, prezidentin Kələkiyə getməsi təklifini irəli sürüb. Belə iddialara münasibətiniz necədir? Nə dərəcədə ağlabatan iddiadır?

– İnsanlar bəzən özlərindən nələrsə uydururlar. Əbülfəz Elçibəy Kələkiyə getməzdən öncə kimlərlə görüşübsə, Prezident Aparatında göz qabağında olub. Bunlar hamısı mətbuatda da yazılıb, xatirələr və kitab şəklində də var. Son həftələrdə Əbülfəz bəylə bağlı müsbət və ya mənfi mənada bir çox yazılar gündəmə gəlib. Açığı, bunu müsbət hal kimi qiymətləndirirəm. Çünki cəmiyyətdə Əbülfəz bəydən başqa danışılacaq mövzu yoxdur. Əbülfəz Elçibəy elə böyük şəxsiyyətdir ki, onun Azərbaycanın bugünkü vəziyyətində nə qədər lazımlı olduğunu hər kəs dərk edir. Elçibəy zamanı qabaqlamış şəxsiyyət olduğuna görə zaman keçdikcə onun böyüklüyü tədricən dərk olunur. Hələ Elçibəyin böyüklüyü bu gün tam dərk olunmayıb, amma hər keçən gün bu, daha çox dərk edilir. Onlarla adam tanıyıram ki, bir neçə il əvvəl Əbülfəz Elçibəyi ümumiyyətlə qəbul etmirdilər, ancaq bu gün onlar Elçibəy sevdalısı olublar. Etiraf edirlər ki, bir neçə il əvvəl onu başa düşmürdük.Deyirlər ki, dünyada, Güney Azərbaycanda, Türkiyədə gedən prosesləri göz önünə gətirəndə Elçibəyin nə qədər uzaqgörən olduğuna şahid oluruq. Ona görə də Əbülfəz Elçibəylə bağlı məsələlər gündəmə gəlir. Təbii olaraq Elçibəy adından narahat olan, Azərbaycanı sevməyən qüvvələr var ki, Əbülfəz Elçibəy adına ləkə vurmağa çalışırlar. Amma Nizaminin gözəl beyti var, deyir Günəşi örtsə də qara buludlar, onun günəş adlı bir qüdrəti var.Yəni buludlar müvəqqətidir, günəşin qabağına keçə bilərlər, amma onu heç vaxt birdəfəlik örtə bilməzlər, çəkilib gedəcəklər, günəş yenə öz qüdrətini saxlayacaq. Əbülfəz Elçibəy də belə bir şəxsiyyətdir. “Heydər Əliyevi Elçibəy hakimiyyətə gətirdi” fikirləri səslənir. Bu fikri səsləndirənlərin birinci qrupu məlumatsızlıqdan belə deyir, yerliçilik xəstəliyinə tutulmuş adamlardır, özləri o xəstəliyə mübtəla olublar, hesab edirlər ki, Elçibəy də yerliçilik xəstəliyinə tutulmuş ola bilər. İddia edirlər ki, Elçibəy yerlisi olduğu üçün Heydər Əliyevi hakimiyyətə gətirdi. İkinci qrup isə Elçibəy şəxsiyyətinə kölgə salmaq niyyətindədirlər. Bu isə mümkün olan şey deyil. Bu məsələlərlə bağlı çox geniş və faktlara əsaslanan, bütün iddiaları çürüdən bir kitab üzərində işləyirəm. Əbülfəz Elçibəyin hakimiyyətdən getməsinin əsas səbəbi o idi ki, o, Azərbaycan xalqını dünyanın ən xoşbəxt xalqı etməkdə qətiyyətli idi. Azərbaycanın sərvətlərinin qətiyyən talan etdirmək niyyətində deyildi. Azərbaycanın neftində ölkəmizin tamamilə söz sahibi olması üçün mübarizə aparmışdı və istədiyini də qəbul elətdirmişdi. Bircə faktı deyim ki, Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dönəmdə neft müqavilələri ilə bağlı hazırlanan layihədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti söz sahibi idi. Bizim Dövlət Neft Şirkətinin icazəsi olmadan heç bir şirkəti payını başqasına sata, dövr edə  bilməzdi. Son söz bizim Neft Şirkətinin idi, Azərbaycanın payı 30 faiz idi. Elçibəyin hakimiyyətdən getməsinin arxasında çox böyük qüvvələr dayanırdı.

– Kitabınızı nə zaman ictimaiyyətə təqdim edəcəksiniz?

– Çalışırdım Elçibəyin doğum gününə qədər çapdan çıxsın, amma Ramazan ərəfəsinə rast gəldiyi üçün Türkiyədə çap işi gecikdi. Avqustun 19-da Türkiyədə Bəylə bağlı byük anım tədbirimiz olacaq. Çalışacağam ki, o tədbirədək çatdıraq. Əbülfəz Elçibəyin hakimiyyətdə olduğu dövr, görülən işlər, Bəyin hakimkiyyətdən getmə səbəbləri və onu devirən qüvvələrlə bağlı yaxın siyasi tariximizə aydınlıq gətirəcək əsər olacaq.

– Türkiyənin indiki durumu və Milliyyətçi Hərəkat Partiyasında baş verən proseslərlə bağlı fikirləriniz nədən ibarətdir?

– Türkiyə böyük və böyüməkdə olan dövlətdir. Bütün bu sancılar da onunla bağlıdır. Türkiyənin böyüməsi bir çox qüvvələri narahat edir. Ona görə Türkiyənin başını qatmağa çalışırlar ki, xarici siyasətə çox vaxt ayıra bilməsin, xüsusilə Suriya və İraqdakı məsələlərə müdaxilə eləməsin. PKK-dan bu mənada istifadə edirlər. Bir şeyi də xüsusi olaraq vurğulayım ki, artıq Türkiyədə bu gerçəyi görməyə başlayıblar ki, PKK ermənilərin qurmuş olduğu təşkilatdır. Kürdlər sadəcə olaraq ad olaraq istifadə olunur, ermənilər liderlik edir. Kürdlərin içərisində də aldadılmış qisim də var ki, onlar da ermənilərin əlində alətə çevrilib. Bütövlükdə Türkiyədə kürd xalqı özü PKK və HDP-nin əleyhinə çıxış edir, ittiham edirlər ki, biz ev-eşiyimizdə rahat yaşayırdıq, siz gəldiniz, bizi didərgin saldınız. Bu mənada çox yaxşı proses gedir. Türkiyə hökuməti proseslərə nəzarət edir. Türkiyənin güclü ordusu var. Əslində Türkiyənin özünün içərisində PKK adı altında ölkəyə qarşı böyük müharibə aparılırdı. Türkiyə ordusu təxminən 10 minə yaxın terroristi məhv edib. Öldürülənlər xüsusi hazırlıq keçmiş Türkiyəni çökdürmək üçün hazırlanmış professional terroristlər idi. Türkiyə ordusu çox qəhrəmancasına onları təmizləyir, düzdür şəhidlərimiz də olur. Böyük dövlət və millətsənsə, dövlət və millətin varlığı üçün şəhid vermək məcburiyyətindəsən. Türkiyənin hərbi sənayesində çox güclü proseslər gedir, yaxşı irəliləyişlər var. Türkiyə böyük dövlətdir, terroristlərlə Türkiyəni çökdürmək istəyənlər səhv edirlər, onun gücünü yaxşı hesablamırlar. MHP-də gedən proseslərə gəlincə, Türkiyə demokratik cəmiyyətdir, haqlı olaraq hər kəs narazılığını açıq şəkildə bildirir. Hazırda MHP-nin içərisində tam demokratik mübarizə gedir. Hesab edirəm ki, nəticədə güclü bir MHP ortaya çıxacaq və o  da Türkiyənin daha da güclənməsinə xidmət edəcək.

Daha ətraflı Tezis.az-da:
http://tezis.az/siyasi-elita/2980-aqil-semedbeyli-hemin-dairede-elcibeyden-basqa-ancaq-abs-prezidenti-qalib-musahibe.html – See more at: http://tezis.az/siyasi-elita/2980-aqil-semedbeyli-hemin-dairede-elcibeyden-basqa-ancaq-abs-prezidenti-qalib-musahibe.html#sthash.edEswK7I.dpuf

Previous Post

Aqil Səmədbəyli: “Həmin dairədə Elçibəydən başqa ancaq ABŞ prezidenti qalıb”-MÜSAHİBƏ

Next Post

Beş min girov azad edildi

Bənzər yazılar

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

Ermənistandan gələn məhsullara rüsumu ləğv etdilər

04 Sentyabr 2026 - 15:42

Avropa Parlamentinin Beynəlxalq Ticarət Komitəsi (INTA) Ermənistandan Avropa İttifaqına idxal olunan geniş çeşiddə məhsullara gömrük rüsumlarının müvəqqəti ləğv edilməsini təsdiqləyib....

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

Xaricdən gətirilən maşınlarla bağlı prosedurlar sadələşdirilir

04 Sentyabr 2026 - 14:16

Azərbaycana gətirilən nəqliyyat vasitələri üzərində gömrük nəzarəti və rəsmiləşdirilmənin güzəştli, sadələşdirilmiş qaydası müəyyənləşib. Elchi.az Trend-ə istinadla xəbər verir ki, bununla...

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

Ali məktəblərin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub

03 Sentyabr 2026 - 21:12

Ali təhsil müəssisələrinin boş qalan plan yerlərinə qəbulun nəticələri elan olunub. Bu barədə Elchi.az a Dövlət İmtahan Mərkəzindən məlumat verilib....

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

Floridada təyyarə qəzasında 2 nəfər ölüb

03 Sentyabr 2026 - 20:59

ABŞ-nin Florida ştatının Hillsboro qraflığında kiçik "Lancair Evolution" təyyarəsinin qəzaya uğraması nəticəsində 2 nəfər ölüb. Elchi.az  "Fox 29"a istinadən xəbər...

Next Post

Beş min girov azad edildi

`Düşmən artilleriyası 3 dəqiqədən çox işləyə bilmirdi` - Zakir Həsənov

Son xəbərlər

Uitkoff və Kuşner Moskvadadır

Uitkoff və Kuşner Moskvadadır

05 Sentyabr 2026 - 13:26
Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

Bakıda “ALUFAR IRONMAN 70.3 Baku” beynəlxalq triatlon yarışı start götürüb

05 Sentyabr 2026 - 12:32
Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

Avropa İttifaqı miqrantları Qazaxıstan və Özbəkistana deportasiya edə bilər

05 Sentyabr 2026 - 12:03
Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

Kəlbəcərdə ilk dəfə əmək yarmarkası keçiriləcək

05 Sentyabr 2026 - 11:49
“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

“Bitcoin”in qiyməti 80 min dollardan aşağı düşüb

05 Sentyabr 2026 - 11:25
Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapıldı

Ötən gün itkin düşmüş kimi axtarışı aparılan 3 nəfər tapıldı

05 Sentyabr 2026 - 11:11
Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

Rusiya Ukraynaya “İskəndər”lə zərbə endirdi

05 Sentyabr 2026 - 10:55
Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

Ombudsman: Azərbaycanda saxlanılan erməniəsilli şəxslərlə görüşlər keçirilib, hüquq və azadlıqları izah edilib

05 Sentyabr 2026 - 10:30
Azərbaycan nefti 104.2 dollara ticarət olunur

Azərbaycan nefti 104.2 dollara ticarət olunur

05 Sentyabr 2026 - 10:14
Dünya bazarlarında neft bahalaşıb

Dünya bazarlarında neft bahalaşıb

05 Sentyabr 2026 - 10:01
Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

Sabah bəzi rayonlarda leysan olacaq – XƏBƏRDARLIQ

04 Sentyabr 2026 - 21:55
ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

ABŞ Uitkoffla Kuşnerin səfəri müddətində Ukrayna və Rusiyanı qarşılıqlı zərbələri dayandırmağa çağırıb

04 Sentyabr 2026 - 21:53
Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

Xalq artisti Murad Adıgözəlzadənin müalicəsi nəzarətə götürülüb

04 Sentyabr 2026 - 21:09
MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

MİDA modeli: təhlükəsiz seçimlə əlçatan mənzil

04 Sentyabr 2026 - 21:05
Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

Azərbaycanda son bir həftədə yaşıllıqlara 200 min manata yaxın ziyan vurulub

04 Sentyabr 2026 - 21:03
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.