"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Apteklərdə dərmanların baha və keyfiyyətsiz olmasının sirri

04 Fevral 2016 - 10:46
in XƏBƏR LENTİ
FacebookVatsap
Apteklərdə dərmanların baha və keyfiyyətsiz olmasının sirri

Adil Qeybulla: “Dərmanlar müvafiq tələb olunan şəraitdə saxlanılmadıqda təsir gücünü itirir”

Bunu da oxuyun

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Apteklərdə dərmanların qiymətində artım müşahidə edilir. Alıcılar bir sıra dərmanların həm baha, həm də keyfiyyətsiz olmasından gileylənir. Baş çəkdiyimiz apteklərdə əczaçılardan dərmanların qiymətindəki artımın səbəblərini soruşsaq da, tutarlı  cavab ala bilmədik.
Mövcud vəziyyətə öz etirazını bildirən alıcı Sərdar Məmmədov dərmanların bahalı olduğunu deyib bir sıra xəstəliklərini “türkəçarə” ilə müalicə etdiyini dedi:“Dərman elə bir şeydir ki, bəzən onu almaq çörək, su qədər vacib olur. Ancaq gəlib qiymətləri görəndə adam şoka düşür. Balaca bir həb 20-25 manat. Dünyanın heç yerində, məncə, belə qiymətlər yoxdur. Bəzən baha qiymətə aldığımız dərmanların heç təsiri də olmur. Ona görə də dədə-babalarımızdan qalan türkəçarələrə baş vururam. Nə edim, od qiymətinə keyfiyyətsiz dərmanı alıb ac qalım?!”
Xatırladaq ki, bugünlərdə süni qiymət artımı ilə bağlı “AVİS” aptek şəbəkəsinin direktoru həbs edildi.
Parlamentin son iclasında çıxış edən Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev də “Dərman vasitələri haqqında” Qanuna iki mühüm dəyişiklik edilməsini-dərman vasitələrinin əlavə dəyər vergisindən  (ƏDV)  azad edilməsi və ya bunun minimuma endirilməsini təklif edib. Deputat həmçinin dərmanların saxlanması üçün gömrükdə vəziyyətin yaxşı olmadığını, buna görə də dərmanların keyfiyyətinin itdiyini bildirib.  “Manatın devalvasiyası ilə bağlı son 1 ayda dərman vasitələrinin qiymətlərində 45-50 faiz artım müşahidə edilib. Bu da ehtiyacı olan insanlara çətinlik yaradır. Azərbaycana idxal olunan dərman vasitələri gömrükdə terminalda saxlanılır. Onlar tərkibi və keyfiyyəti Səhiyyə Nazirliyinin laboratoriyasında yoxlanıldıqdan sonra satışa buraxılır. Təcrübə göstərir ki, bu ekspertiza və sənədlərin dəqiqləşdirilməsi 6 aya qədər çəkir. Lakin dərmanların saxlanması üçün gömrükdə vəziyyət yaxşı olmadığından keyfiyyət itir və bu, insanların haqlı narazılığına səbəb olur. Məsələn, deyirlər ki, bizim dərmanların keyfiyyəti xaricdəkilərdən aşağıdır. Bunun da səbəbi qeyd etdiyim səbəblərdir. Təklif edirəm ki, dərmanlar terminalda deyil, topdansatış anbarında saxlanılsın və sonra satışa buraxılsın”.
Maraqlıdır, doğrudanmı, dərmanların keyfiyyətinin itməsinə səbəb onun gömrükdə əlverişsiz şəraitdə saxlanılmasıdır? 
Əslində dərmanlar necə saxlanmalıdır?
Səhiyyə Nazirliyinin 02.10.2006-cı il tarixli 153 saylı əmri ilə təsdiq edilmiş “Aptek təşkilatının yaradılması və fəaliyyəti üzrə” və “Dərman vasitələrinin topdansatışına olan” tələblərə görə anbarda olan bütün dərmanlar hündürlüyü 14,5 santimetrdən az olmayan altlıqlarda yerləşdirilməlidir. Bütün dərman vasitələri orijinal qablaşmada etiketi çöldə olmaqla yerləşdirilməlidir. Vaxtı keçmiş dərmanlar aktlaşdırılıb, ayrıca saxlanılmalıdır. Dərman preparatları istehsalçı müəssisə tərəfindən göstərilmiş şərtlərlə, hərarət, nəm və işıqlıq rejiminə riayət olunmaqla, onların fiziki-kimyavi xüsusiyyətlərini nəzərə alaraq ayrı saxlanılmalıdır. İşıqdan qorunmalı olan dərman vasitələri qaranlıq otaqda və içərisi qara rəngə boyanmış kip qapıları olan şkafda və ya kip vurulmuş yeşiklərdə yerləşdirilməlidir. Rütubətdən qorunmanı tələb edən dərman vasitələri sərin yerdə, rütubəti keçirməyən materiallardan (şüşə, metal, alüminium, plastmas) hazırlanmış hermetik bağlanan qablarda saxlanılmalıdır.
Tibb elmləri doktoru, professor Adil Qeybulla dərmanlarla bağlı mövzunun hazırda çox ciddi xarakter aldığını dedi: “Hazırda dərmanlarla bağlı məsələ ciddiləşir və əlavə dəyər vergisindən azad olunması məsələsi ortaya çıxır. Bəzi dərman preparatlarının ola bilər ki, qiymətlərində müəyyən dəyişikliklər olsun. Hazırda dərman  vasitələrinin qiymətinə çox ciddi nəzarət həyata keçirilir. Çünki əhali arasında narazılıqlar çoxdan var. Bununla bağlı da artıq bir neçə şirkətin işi yoxlanır. Dərmanların qiymətinin enməsi prosesi gedəcək. Ancaq bir məsələ var ki, həddən artıq bahalı olan keyfiyyətli, Avropa istehsallı dərmanlar var ki, onların qiymətinin aşağı salınması real deyil. Ümumiyyətlə, əhalinin daha çox istifadə etdiyi dərmanların qiymətində ucuzlaşma tendensiyası var və onların ucuzlaşması üçün də Tarif Şurası ciddi şəkildə nəzarət edir. Amma dərmanların həddən artıq ucuz satılması da real deyil. Çünki sahibkar bu dərmanları alıb gətirir və onun burada nəsə marağı olmalıdır. Dərmanların qiymətinin aşağı düşməsi üçün gömrük rüsumlarının aşağı salınması, əlavə dəyər vergisindən azad edilməsi kimi konkret tədbirlər görülməlidir ki, qiymətlər  endirilə bilsin”.
Dərmanların gömrükdə əlverişsiz şəraitdə saxlanılıb keyfiyyətinin itməsi məsələsinə gəlincə isə A.Qeybulla dərmanlar müvafiq tələb olunan şəraitdə saxlanılmadıqda onun təsir gücünün itdiyini dedi: “Dərmanlar ilkin istehsal yerindən götürüldükdə müvafiq temperaturda saxlanılır və başqa-başqa qablaşdırıcı vasitələrlə ölkəyə gətirilir. Bu dərmanların gömrükdə və ya haradasa qalmasından asılı olmayaraq o şərait təmin olunmalıdır. Mən gömrükdə dərman vasitələrinin nə qədər qaldığını, qəsdən saxlanıldığını deyə bilmərəm. Amma hər halda, harada saxlanmasından asılı olmayaraq dərman vasitələrinin saxlanma şəraitinə riayət olunmalıdır. Əgər buna riayət olunmursa, aşağı temperaturda saxlanılmalı olan vaksinlər öz təsirini itirir. Ona görə də bu qaydalara yalnız gömrükdə deyil, hər yerdə riayət olunmalıdır”.
Previous Post

Apteklərdə dərmanların baha və keyfiyyətsiz olmasının sirri

Next Post

30 metrlik asteroid Yerə yaxınlaşır – Kosmik agentlikdən xəbərdarlıq

Bənzər yazılar

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 27 Sentyabr – Anım Gününə həsr olunmuş “İlham Əliyev tarixi Zəfərin qalibi və...

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09

Fransanın məşhur aktrisası, müğənnisi və yazıçısı Marina Vladi 88 yaşında vəfat edib. Elchi.az xəbər verir ki, bu barədə Fransa mediası...

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla F-35 qırıcıları ilə bağlı müzakirələri davam etdirir. Elchi.az xəbər verir ki,...

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04

Azərbaycan milliləri Özbəkistanın Səmərqənd şəhərində təşkil olunan 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını keçiriblər. Elchi.az -ın məlumatına görə, kişilərdən ibarət...

Next Post

30 metrlik asteroid Yerə yaxınlaşır – Kosmik agentlikdən xəbərdarlıq

30 metrlik asteroid Yerə yaxınlaşır – Kosmik agentlikdən xəbərdarlıq

Son xəbərlər

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

Anım Gününə həsr edilmiş konfrans təşkil olunub

24 Sentyabr 2026 - 21:22
Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

Fransanın məşhur aktrisası Marina Vladi 88 yaşında vəfat edib

24 Sentyabr 2026 - 21:09
Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

Maka Boçorişvili: Gürcüstan Rusiya ilə münaqişənin sülh yolu ilə həllinə sadiqdir

24 Sentyabr 2026 - 21:06
ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

ABŞ, Kanada və NATO Ukraynaya təhlükəsizlik zəmanətləri verməyə hazırdır

24 Sentyabr 2026 - 21:03
Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

Ərdoğan: F-35 proqramına qayıdışla bağlı konkret addımlar gözləyirik

24 Sentyabr 2026 - 20:58
Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

Ümumdünya Şahmat Olimpiadası: Azərbaycan milliləri VIII turda heç-heçə ediblər

24 Sentyabr 2026 - 20:04
Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

Azərbaycan Fələstinin dövlətçiliyinə dəstəyini bir daha təsdiqləyib

24 Sentyabr 2026 - 20:02
Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

Ermənistan və ABŞ TRIPP layihəsinin icrasını müzakirə edib

24 Sentyabr 2026 - 19:59
“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

“Birliyin Gücü – 2026”: Şərti terrorçuların ələ keçirdiyi gəminin və girovların azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 - 19:57
Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

Ərdoğan: Türkiyə Yunanıstanın düşməni deyil, qonşusudur

24 Sentyabr 2026 - 19:54
Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

Azərbaycan bu ölkə ilə 400 milyonluq layihələrə başladı

24 Sentyabr 2026 - 19:29
Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

Ceyhun Bayramovla Moldovanın XİN rəhbəri görüşdü

24 Sentyabr 2026 - 19:14
Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

Əfqanıstanda ölümcül qəzadan sonra dörd rusiyalı turist saxlanılıb

24 Sentyabr 2026 - 19:03
“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

“Birliyin Gücü – 2026” təlimində helikopterlərlə tapşırıqlar yerinə yetirilib – VİDEO

24 Sentyabr 2026 - 18:51
Sabirabadda baş verən qəzada ölən və yaralanan var

Sabirabadda baş verən qəzada ölən və yaralanan var

24 Sentyabr 2026 - 18:48
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Sentyabr 2026
BE ÇA Ç CA C Ş B
 123456
78910111213
14151617181920
21222324252627
282930  
« Avq    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.