"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home XƏBƏR LENTİ

Apteklərdə nə baş verir? – REPORTAJ, FOTOLAR

07 Aprel 2015 - 18:08
in XƏBƏR LENTİ
FacebookVatsap
Ölkənin apteklərində nə baş verir? - REPORTAJ, FOTOLAR

Manatın devalvasiyası ölkədəki bir çox aptekləri də boş qoyub. Xatırladaq ki, devalvasiyanın ilk günlərində apteklərdəki vəziyyətlə bağlı məlumat vermişdik. Üzərindən bir aydan artıq vaxt keçdiyini nəzərə alaraq, durumun hansı istiqamətdə dəyişdiyini öyrənməyə çalışdıq.
Xüsusən də dövlət apteklərində dərman qıtlığı yaşanır. Əlinizə bir resept alıb, paytaxtdakı bir neçə aptekə baş çəksəniz, bu deyilənlərin şahidi ola bilərsiniz. Bəzi apteklərdə xaricdən gətirilən dərmanlar yoxa çıxıb. Alıcılar 4-5 növ dərman almaq üçün bir neçə apteki gəzməli olurlar. Bu vəziyyət daha çox dövlət apteklərində müşahidə olunur.
Ölkənin əczaçılıq bazarındakı durumu öyrənmək üçün “Neftçilər” metrosu yaxınlığındakı bir neçə aptekə baş çəkdik. Onu da deyək ki, aptek işçiləri alıcı kimi yaxınlaşanda bir cür, jurnalist kimi yaxınlaşanda isə başqa cür cavab verirlər. Birmənalı şəkildə demək olar ki, dövlətin balansında olan apteklərdə alıcı göz dəymir. Günorta saatları olmasına baxmayaraq, baş çəkdiyimiz apteklərin əksəriyyəti boş idi, alıcı göz dəymirdi.
Çalışdığı aptekin adının çəkilməməsi şərtilə danışan əczaçı təqdim etdiyimiz reseptdəki dərmanların heç birinin onlarda olmadığını və bir aya yaxındır ki, əksər firma dərmanlarını, xaricdən gətirilən əczaçılıq məhsullarını depolardan ala bilmədiklərini dedi.
Onun sözlərinə görə, əczaçılıq məhsullarının ticarəti ilə məşğul olan sahibkarlar dolların bahalaşmasından sonra gözləmə mövqeyinə keçiblər və dərman preparatlarını apteklərə köhnə qiymətlə verməkdən imtina edirlər. Bu, həm apteklərin alıcılar qarşısında çətin vəziyyətə düşməsinə, həm də gəlirlərinin azalmasına səbəb olur.
Onu da qeyd edək ki, apteklərin əksəriyyəti əczaçılıq məhsullarını “Avromed” MMC-dən alır. Paytaxtda “Avromed” MMC-yə məxsus apteklərdə isə əksinə olaraq, alıcılığın artması müşahidə edilirdi. Dövlət apteklərində dərmanları tapa bilməyən alıcılar özəl apteklərə üz tutduğundan burada sıxlıq müşahidə olunurdu.
“Avromed” MMC-yə məxsus apteklərdən birində çalışan əczaçı xanım isə hələ ki, ciddi qiymət artımına gedilmədiyini bildirdi: “Bahalaşma var, ancaq çox cüzi məbləğdə… Bəzi dərmanların qiymətində 20-30 qəpik artım var. Ancaq bu, hiss olunacaq dərəcədə böyük deyil”.
Qeyd edək ki, dövlət apteklərindən fərqli olaraq, “Avromed” MMC-nin balansında olan apteklərin əczaçılıq məhsulları ilə təminatında problem nəzərə çarpmır. Onlar lazım olan dərmanları depolara sifariş verdiklərini və sifarişlərini də vaxtında aldıqlarını bildirirlər.
Aptekdən çıxan alıcılarla da söhbət etdik. Onlar özəl apteklərin dövlət apteklərinə nisbətən bahalı olduğunu və son zamanlar qiymətlərdə artım müşahidə edildiyini dedilər.
“Bundan sonra əczaçılıq məhsullarının qiymətində artım gözlənilirmi”, sualına cavab verən aptek işçiləri qeyd etdilər ki, əgər depolardan dərman baha gəlsə, onlar da qiymətləri artırmağa məcbur olacaqlar. Dərmanı baha alıb, ucuz satmaq heç kimə sərf etmir. Əczaçılıq sahəsi də olsa, bu, bir ticarətdir.
Qeyd edək ki, 20 manatlıq bir dərmanın qiyməti hər aptekə görə 2-3 manat fərqlə dəyişir. Satıcılar isə bunu normal hesab edirlər. Onların sözlərinə görə, dərman firmaları ilə razılaşmalara görə, qiymətlər fərqli təyin oluna bilər.
Dərman bazarındakı durumu dəyərləndirən Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov bildirdi ki, bazara inzibati yola müdaxilə arzulunmaz nəticələrə və monopoliyanın genişlənməsinə səbəb ola bilər:“Mən bu gün 3 distribüter firmanın nümayəndəsi ilə danışdım. Onların rəyini dinlədikdən sonra hökumətin Azad İstehlakçılar Birliyinin də iştirakı ilə həyata keçirmək istədiyi qiyməti sabitləşdirmə siyasətinin nəyə gətirib, çıxaracağı mənə məlum oldu. Azad İstehlakçılar Birliyi istəyir ki, bir qrup dərmanın qiyməti sabit olsun, dəyişməsin və istehlakçılar bundan yararlansınlar. Lakin firma nümayəndələrinin mənə verdiyi məlumatdan sonra məlum oldu ki, əgər qiymət sabitləşməsi getsə, bazarda yalnız iti dərman distibüterləri qalacaq. Orta və kiçik biznes demək olar ki, çökəcək. Burada heç bir inzibati metoddan istifadə olunmur, yalnız bazar strategiyasından istifadə etməklə, bazarda hökmran mövqe əldə edəcəklər. Hazırda vəziyyət belədir ki, böyük dərman distibüterləri əhaliyə lazım olan dərmanları öz aptek şəbəkələrinə verirlər, alıb-satan distibüterlərə isə vermirlər. Bundan öncə isə belə idi ki, böyük dərman distibüterləri öz apteklərinə daha ucuz, digərlərinə isə baha verirdilər və onlar da baha satmağa məcbur olurdular. Bu da digər apteklərin sıradan çıxmasına gətirib çıxarır”.
QHT sədrinin sözlərinə görə, manatın devalvasiyasından sonra hökumətin əczaçılıq sahəsində apardığı qiyməti sabitləşdirmək siyasəti Azad İstehlakçılar Birliyinin də diqqətindədir: “Mən qərara gəlmişəm ki, orta və kiçik dərman distribüterlərini toplayım və onların fikirlərini dəyərləndirib, dövlət orqanlarına çatdırım. Hazırda bu sahədə çox gərgin bir vəziyyətdir. Bəzi apteklər dərmanları gizlədir, bəziləri iş vaxtından tez bağlayıb, gedir. Qiymətlərin sabitləşməsi bazarda monopoliyanın yaranmasına gətirib, çıxarmamalıdır. Əgər, distribüterlərin mənə verdiyi məlumat doğrularsa, ikimərhələli proses baş verəcək. Birinci mərhələdə kiçik və orta sahibkarlıq yox olacaq, bazar bir qrupun əlinə keçəcək. İkinci mərhələdə isə dərmanların qiyməti artırılacaq. Bu isə bir qrup şəxs arasındakı karter sövdələşmələri ilə müəyyən olunacaq. Baxmayaraq ki, ölkə başçısı dəfələrlə karter sövdələşmələrinin olduğunu və buna qarşı mübarizə aparmağın vacibliyini gündəmə gətirib”.
Ekspert dövlət qurumları tərəfindən qiymətlərin inzibati yolla tənzimlənməsini də qeyri-düzgün addım hesab etdiyini vurğuladı: “Hökumət dərmanların qiymətini aşağı salmaq üçün bu məhsullara qoyulan gömrük rüsumunu azalda, lisenziyanın qiymətini aşağı sala, əlindəki iqtisadi rıçaqlardan istifadə edə bilər. Ancaq inzibati yolla bazara müdaxilə arzuolunan nəticəni verməyəcək. Bu, çox primitiv yanaşmadır ki, apteklərə gedib, yoxlama aparırlar ki, “sən bunu niyə baha satırasan?” Qiymətləri belə tənzimləmək doğru deyil”.
Nərgiz Liftiyeva,
Fotolar müəllifindir.










Bunu da oxuyun

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Previous Post

Apteklərdə nə baş verir? – REPORTAJ, FOTOLAR

Next Post

Yenə gecikdim…

Bənzər yazılar

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00

İtaliya A Seriyasında mübarizə aparan "Milan" portuqaliyalı ulduz Rafael Leaonun qiyməti ilə bağlı dəyişiklik edib. Elchi.az xarici KİV-ə istinadla xəbər...

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10

Bəşəri şərin iki böyük bədii modeli - İnsan bəzən göylərdə şeytan axtarır, halbuki o, çox vaxt öz qəlbinin qapısını açanda...

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

Azərbaycanda yük və sərnişin daşınmaları artıb

14 Avqust 2026 - 15:52

2026-cı ilin yanvar-iyul aylarında nəqliyyat və anbar təsərrüfatı sahəsində 9 206,6 milyon manat məbləğində və ya ötən ilin müvafiq dövrü...

Hesablama Palatasına yeni səlahiyyət verilib

Hesablama Palatasına yeni səlahiyyət verilib

14 Avqust 2026 - 15:43

Hesablama Palatasına yeni səlahiyyət verilir. Elchi.az-nın xəbərinə görə, bu, Prezident İlham Əliyevin tətbiqi barədə Fərman imzaladığı “Hesablama Palatası haqqında” qanuna...

Next Post

Yenə gecikdim...

Yenə gecikdim...

Son xəbərlər

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

İran Qətəri hərbi əsirlərlə bağlı qaydaları pozmaqda ittiham edir

15 Avqust 2026 - 18:16
Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

Ukrayna şirkəti Litvada sursat zavodu tikəcək

15 Avqust 2026 - 17:55
Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

Rusiya MN: Ukrayna son sutkada 1375 hərbçisini itirib

15 Avqust 2026 - 17:39
Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

Mərakeş polisi yüzlərlə miqrantın Seutaya keçməsinin qarşısını aldı

15 Avqust 2026 - 17:22
“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

“Milan” Rafael Leaonun transfer qiymətini endirdi

15 Avqust 2026 - 17:00
Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

Nərimanovda 5 kiloqram narkotik vasitə aşkarlandı – VİDEO

15 Avqust 2026 - 16:13
İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

İndoneziyada yenidən 6,9 bal gücündə zəlzələ baş verib

15 Avqust 2026 - 15:51
Binəqədidə idman zalından oğurluq edən şəxslər saxlanıldı

Mağazadan oğurluq edən şəxs saxlanıldı

15 Avqust 2026 - 15:34
Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verildi

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verildi

15 Avqust 2026 - 15:18
“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

“Qalatasaray” Batrakovun transferi ilə bağlı “Lokomotiv”lə anlaşıb

15 Avqust 2026 - 14:46
Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

Emin Ağalarov “Sea Breeze”dəki hadisə ilə bağlı açıqlama yaydı

15 Avqust 2026 - 14:29
İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

İnsanın içindəki sonsuz məhkəmə: Hötenin “Faust”u və Hüseyn Cavidin “İblis”i – Adəm İsmayıl BAKUVİ

15 Avqust 2026 - 14:10
Ferran Torres PSJ-də

Ferran Torres PSJ-də

15 Avqust 2026 - 13:51
İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

İsveçrədə dondurulmuş Rusiya aktivlərinin həcmi 10,4 milyard dollara çatıb

15 Avqust 2026 - 13:25
Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

Cənubi Koreya Prezidenti Şimali Koreya ilə birbaşa danışıqlar təklif edir

15 Avqust 2026 - 13:09
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.