Aprel ayında qlobal sərnişin dövriyyəsi keçən ilin eyni ayı ilə müqayisədə 45,8% artaraq epidemiyadan əvvəlki səviyyənin 90,5%-nə çatıb.
Elchi.az xəbər verir ki, Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyası (IATA) aprel ayı üzrə qlobal sərnişin daşıma statistikasını özündə əks etdirən bazar təhlilini dərc edib.
2022-ci ilin eyni ayı ilə müqayisədə aprel ayında bir kilometrə düşən sərnişin daşıma gəliri beynəlxalq səyahətlərdə 48%, daxili səyahətlərdə isə 42,6% artıb.
Beynəlxalq səyahətlərdə Asiya-Sakit Okean regionu hava nəqliyyatında bərpaya rəhbərlik etmişdir.
Asiya-Sakit Okean regionunda hava səyahətləri aprel ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 192,7% artarkən, Avropa və Yaxın Şərqdə müvafiq olaraq 22,6% və 38% artıb.
Bu dövr ərzində hava yollarının artımı Şimali Amerikada 34,8%, Latın Amerikasında 25,8% və Afrikada 53,5% təşkil edib.
Nuranə Məmmədova