Texnologiya nəhəngi Apple şirkətində idarəetmə dəyişikliyi gündəmdədir. ABŞ mediasının məlumatına görə, Apple şirkətinin baş direktoru Tim Kukun gələn ilin əvvəlində vəzifəsindən gedə biləcəyi açıqlanıb. Şirkət hazırda Kukun varisini müəyyənləşdirməyi planlaşdırır.
Elchi.az xəbər verir ki, Financial Times qəzetinin məlumatına görə, Apple şirkətinin direktorlar şurası və yüksək vəzifəli rəhbərləri mümkü n keçidə hazırlaşırlar. İddia olunur ki, Kuk şirkətin illik maliyyə nəticələrinin yanvar ayının sonunda açıqlanmasından sonra istefa verə bilər.
Tim Kuk 2011-ci ildə baş direktor təyin edilib və Apple şirkətinin həmtəsisçisi Stiv Cobsun yerinə keçib. 65 yaşlı Kuk 14 ildir ki, bu vəzifədə çalışır.
Bu müddət ərzində Apple şirkətinin bazar kapitallaşması 33 milyard dollardan 4 trilyon dollara yüksəlib və bu, onu dünyanın ən dəyərli şirkətlərindən birinə çevirib.
Media xəbərlərinə görə, Kuk vəzifəsindən gedə biləcəyi təqdirdə Apple şirkətinin aparat mühəndisliyi üzrə baş vitse-prezidenti Con Ternus baş direktor vəzifəsinə əsas namizəddir. Tim Kukun istefası ilə bağlı şayiələr əvvəllər də yayılıb, lakin şirkət rəsmi açıqlama verməyib. Apple rəhbərliyi hələlik məsələ ilə bağlı şərh verməyib.
Şayəstə





















