Avropa Parlamentinin deputatları 1916-cı ildə saxlanmaq üçün təhvil verilmiş qızıl ehtiyatlarının Rumıniyaya qaytarılması xahişi ilə Rusiyaya müraciət ediblər. Elchi.az xəbər verir ki, bu barədə RİA Novosti məlumat yayıb.
Avropa Parlamenti (AP) xatırladıb ki, Birinci Dünya Müharibəsi zamanı Rumıniyanın dini dəyərləri, arxivləri və Moskvaya təhvil verilmiş qızıl ehtiyatları ölkəyə qaytarılmayıb. Parlament üzvləri bunu beynəlxalq hüququn pozulması hesab etdiklərini vurğulayıblar.
“Avropa Parlamenti Rusiyanı Rumıniyaya geri qaytarılmamış milli irsini tam şəkildə qaytarmağa çağırır” deyə AP deputatları bildirib.
Qeyd edək ki, noyabrda bildirilmişdi ki, Rumıniya Milli Bankı Rumıniya hakimiyyətinin tələbi ilə Rusiyaya ixrac edilən qızıla hüquqların tələb edilməsinə yönəlmiş kampaniya keçirməyi planlaşdırır.
Rumıniya Milli Bankının qızıl ehtiyatları 1916-cı ilin dekabrında Almaniya və Avstriya-Macarıstan ordularının məğlubiyyəti nəticəsində Buxarestin süqutundan sonra ölkə hakimiyyətinin tələbi ilə Rusiya İmperiyasına saxlanmaq üçün götürülüb. Daha sonra Rumıniya qoşunları Rusiyanın tərkibində olan Bessarabiyanı işğal etdikdən sonra (1918-ci ildə) Sovet hökuməti qızılları qaytarmaqdan imtina edib. Lakin sonradan, İkinci Dünya Müharibəsi başa çatdıqdan və Rumıniya sosialist blokuna daxil olduqdan sonra müsadirə edilmiş malların bir hissəsi geri qaytarıldı.
Havar Şəfiyeva