Antarktidada daha bir rekord qeydə alınıb.
Elchi.az xəbər verir ki, peyklərlə aparılan ölçmələr Antarktidanı əhatə edən dəniz buzunun 1979-cu ildən bəri görülən ən aşağı səviyyəyə çatdığını göstərir.
Antarktidanın sahil suları hər il çox dəyişir. Bundan əvvəl 12 fevral 2022-ci ildə buzlaqların əriməsi rekordu qırılıb. 1,79 milyon km2-nin əriməsi mütəxəssisləri narahat edib.
Antarktida ətrafındakı dəniz buzları 21 fevral 2023-cü ildə 1,79 milyon kvadrat kilometrlə ən aşağı səviyyəyə çatıb. Bu, 25 fevral 2022-ci ildə əldə edilən əvvəlki rekord səviyyədən 130 min kvadrat kilometr aşağıdır. Qeyd edək ki, bu fərq Nyu-York ştatının ölçüsündə olan əraziyə uyğundur.
Alimlər buzun 2 milyon kvadrat kilometrdən aşağı düşdüyünü ikinci dəfədir ki, müşahidə edirlər.
Son 7 ildə ən aşağı dəniz buz səviyyələri üzrə rekordlardan üçü 2017, 2022 və 2023-cü illərdə qırılıb.
Peyklərlə ölçmələr isə 1970-ci illərdən aparılır.
Yeganə