Elchi.az “Haber Global”a istinadən xəbər verir ki, bu barədə Antalya valisi Hulusi Şahin bildirib.
“İlkin məlumata görə, avtobus qəzasında səkkiz vətəndaşımız ölüb, 26 nəfər yaralanıb”, – vali deyib.
Qəza bu gün səhər saat 10:30 radələrində Antalya-İsparta magistral yolunda baş verib. Belə ki, sərnişin avtobusu Antalyanın girişində əsas yoldan çıxaraq aşıb və xəndəyə düşüb.





















