"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MANŞET

Anlaqsız Nikol, yaxud Ermənistan üçün “Yeni il hədiyyəsi”

30 Dekabr 2022 - 13:28
in MANŞET
FacebookVatsap

Ermənistanın baş naziri Nikol Paşinyanın sonuncu sərsəmləmələri rəsmi İrəvanın Rusiya sülhməramlılarının müvəqqəti müşahidə zonasına daxil olan Azərbaycan ərazilərində yaşayan ermənilərlə bağlı bütün oyunlarını detallarına kimi gün işığına çıxarıb. Şübhəsiz ki, rəsmi İrəvanın həm Rusiyaya, həm də digər regional və qlobal aktorlara münasibətdə sərgilədiyi bütün manipulyativ davranışlarının, Paşinyan və “sorosçu” komandasının bölgəyə regiondankənar qüvvələrin cəlb edilməsi ilə bağlı üzərilərinə götürdükləri öhdəlikləri gerçəkləşdirmək cəhdlərinin ən incə detallarına kimi ifşa olunmasında Azərbaycanın Qeyri-Hökumət Təşkilatlarının və ictimai fəallarının artıq 18 gündür ki davam edən etiraz aksiyasının müstəsna rolunu qeyd etmək lazımdır. Baş nazir Paşinyanın hökumətin toplantısında qəbul edilən qərarlarla bağlı ictimailəşdirdiyi məqamlar, dilə gətirdiyi ziddiyyətli fikirlər rəsmi İrəvanın nə qədər çaşqın durumda olduğunu sübuta yetirir. Görünən odur ki, Nikol və himayəçiləri Azərbaycanın vətəndaş cəmiyyəti insitutlarının etiraz aksiyasının by qədər uzunmüddətli və effektiv olacağını gözləmirmiş…
Bu çaşqınlığı ifadə edən məqamlardan biri də baş nazirin müavini Tiqran Xaçatryanın rəhbərliyi altında Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki “humanitar böhran”la bağlı “işçi qrupu”nun yaradılması və Paşinyanın hökumətin toplantısında açıqlamağa ehtiyac duymadığı məqsədlər üçün əlavə olaraq, 4 milyard erməni dramının (17,5 milyon manat) ayrılmasıdır. Bütün bunlar Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərindəki separatçıların birbaşa rəsmi İrəvanın, erməni diasporunun və Fransanın siyasi institutlarının koordinə olunmuş diqtəsi ilə hərəkət etdiklərini, Ermənistanın Azərbaycanın ərazi bütövlüyü və etnik ermənilərlə bağlı bütün bəyanatlarının vaxt qazanmaq üçün yayındırıcı manevrlər olduğunu bir daha sübuta yetirir. Ermənistan 44 günlük müharibədə acınacaqlı məğlubiyyətə uğradığına baxmayaraq, Fransanın və digər himayəçilərinin dəstəyi ilə prosesi “yenilənmiş Madrid prinsipləri” müstəvisinə qaytarmaq, 2020-ci ilin 10 noyabrından, Azərbaycanın qələbəsindən sonra bölgədə yaranmış reallıqların təsir gücünü minimuma endirmək istəyir. Bölgədə Ermənistanın və təlimatçılarının hədəflərini ifadə edən başqa bir reallıq isə, “sorosçu”ların hakimiyyəti dönəmində rəsmi İrəvanın siyasətində hər hansı bir dəyişikliyin baş verməyəcəyi, hər dəfə sülh prosesinin bir addımlığından geri dönüş üçün ən müxtəlif bəhanələrin gətiriləcəyi perspektividir. Bu səbəbdən də, Ermənistana qarşı güc və “yumşaq güc” siyasəti daha sərt, daha çevik və dinamik şəkildə davam etdirilməli, İrəvanın və Xankəndinin gündəmi yeni-yeni həmlələrlə zəbt olunmalı, rəsmi İrəvanın müxtəlif manevrlərlə qazanmağa çalışdığı vaxt onun öz əleyhinə işləməlidir. Bu xüsusda, Ermənistanın baş nazirinin müavini Tiqran Xaçatryanın və onun “işçi qrupu”nun Azərbaycan ərazisinə daxil olmalarına yol verilməməlidir. Azərbaycan Rusiya sülhməramlılarına bununla bağlı xəbərdarlıq etməli, rəsmi İrəvanın hər hansı bir nümayəndəsinin bölgəyə daxil olmağa cəhd göstərəcəyi təqdirdə, Laçın yolunun tamamilə nəzarətə götürüləcəyi maraqlı tərəflərin diqqətinə çatdırılmalıdır.
Bununla yanaşı, düşünürəm ki, Azərbaycan Laçın yolunun yaxınlığında, həm də qısa müddət ərazində modul tipli xəstəxanalar, humanitar yardım məntəqələri yarada bilər. Çox yaxşı olardı ki, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan Azərbaycan ərazilərində yaşayan ermənilərin humanitar və sosial problemlərinin həlli ilə bağlı layihələrin həyata keçirilməsinə də maliyyə dəstəyi versin. Arzi edərdim ki, 2023-cü il üçün elan ediləcək müsabiqələrdə bununla bağlı istiqamətlər də yer alsın.
Əgər Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altındakı Azərbaycan ərazilərində yaşayan ermənilərin, həqiqətən də humanitar və sosial dəstəyə ehtiyacları varsa, buyursunlar bunu həmin ərazilər üzərində suveren hüququ olan dövlətdən – Azərbaycandan alsınlar.
Şübhəsiz ki, Paşinyanın hökumətin iclasında Laçın yolu ilə bağlı səsləndirdikləri mülahizələrin, o cümlədən əllaməçi baş nazirin 10 noyabr bəyanatının prinsiplərinin pozulduğu barədə iddialarının heç bir əsası olmadığı üçün, onun bu istiqamətdə səsləndirdiyi cəfəng mülahizələrə də vaxt ayırmaq niyyətində deyiləm. Üçtərəfli bəyanatın pozulmasına qalarsa, sözügedən sənəddə Ermənistanın pozmadığı nəinki “cümlə”, heç “hərf” belə yoxdur – “A”-dan “Z”-ya nə varsa pozub.
Paşinyanın Rusiya sülhməramlılarına “BMT-nin mandatının verilməsi” ilə bağlı mülahizələrinə gəldikdə isə, hesab edirəm ki, Rusiya Xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova baş nazirin cavabını verib və Nikolun “dünyadakı reallıqları anlamadığını” bildirib. Yəni demək istəyib ki, ya özünü klassik erməni qanmazı yerinə qoyub, ya da anlaqsız vəziyyətdədir.
Qənaətimə görə, Rusiyanın Ermənistanın baş nazirinin iddialarına ən yaxşı cavabı, sülhməramlıların missiyası və mandatı ilə bağlı Azərbaycanla ikitərəfli müqavilə imzalaması ola bilər. O zaman Ermənistanın baş nazirinin Rusiya sülhməramlılarının missiyası ilə bağlı 10 noyabr 2020-ci ilə bəyanatına istinadına da zəmin qalmaz. Hüquqi baxımdan da belə yanaşma daha doğru olar. Çünki Rusiya sülhməramlılarının müvəqqəti müşahidəsi altında olan ərazilər Azərbaycan Respublikasının suveren əraziləridir və bu ərazilərdə Rusiya sülhməramlarının fəaliyyəti ilə bağlı bütün məqamlar Azərbaycanla razılaşdırılmalıdır.
P.S. Ermənistana “Yeni il hədiyyəsi” verilməsinin əsl zamanıdır…
Elçin Mirzəbəyli

Bunu da oxuyun

Putin etiraf etdi: Yanacaq böhranı var, ixracatı dayandıra bilərik

Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır – FAKTİKİ HAVA

Previous Post

Anlaqsız Nikol, yaxud Ermənistan üçün “Yeni il hədiyyəsi”

Next Post

Bayden bəzi Gizli Xidmət agentlərinə etibar etmir

Bənzər yazılar

Putin etiraf etdi: Yanacaq böhranı var, ixracatı dayandıra bilərik

Putin etiraf etdi: Yanacaq böhranı var, ixracatı dayandıra bilərik

29 İyun 2026 - 10:24

Rusiya Prezidenti Vladimir Putin ölkədə sürücülər və müəssisələr üçün yanacaq təchizatı ilə bağlı problemlərin davam etdiyini bildirdi. Putin həmçinin davam...

Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

Ölkə ərazisinin əksər yerlərində şimşək çaxır, yağış yağır – FAKTİKİ HAVA

28 İyun 2026 - 13:45

Saat 12:00-a olan məlumata əsasən ölkə ərazisinin əksər yerlərində arabir şimşək çaxır, yağış yağır. Elchi.az  xəbər verir ki, bu barədə...

Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır – FAKTİKİ HAVA

Azərbaycanda bəzi yerlərə intensiv yağış yağır – FAKTİKİ HAVA

28 İyun 2026 - 11:10

Azərbaycan ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti davam edir, ayrı-ayrı yerlərdə yağıntı intensiv və güclüdür. Elchi.az  xəbər verir ki, bu...

Zelenski Rusiyaya qarşı 40 günlük əməliyyat əmri verdi

Zelenski Rusiyaya qarşı 40 günlük əməliyyat əmri verdi

26 İyun 2026 - 11:35

Ukrayna Prezidenti Volodimir Zelenski Təhlükəsizlik Xidməti (SBU) ilə məsləhətləşmələrdən sonra "təcavüzkar dövlətə müharibəni dayandırmaq üçün təzyiq göstərmək" üçün Rusiya hədəflərinə...

Next Post
Bayden bəzi Gizli Xidmət agentlərinə etibar etmir

Bayden bəzi Gizli Xidmət agentlərinə etibar etmir

Bayden bəzi Gizli Xidmət agentlərinə etibar etmir

Bayden bəzi Gizli Xidmət agentlərinə etibar etmir

Son xəbərlər

Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADI

Bakı-Xırdalan-Sumqayıt sürət qatarı nə vaxt fəaliyyətini bərpa edəcək? – ADY AÇIQLADI

29 İyun 2026 - 14:53
Tokayev İlham Əliyevə təşəkkür etdi

Tokayev İlham Əliyevə təşəkkür etdi

29 İyun 2026 - 14:45
“ƏDV geri al” ilə bağlı YENİ TƏKLİF

“ƏDV geri al” ilə bağlı YENİ TƏKLİF

29 İyun 2026 - 14:36
Azərbaycanda hansı dərmanların reklamı qadağandır? – RƏSMİ

Azərbaycanda hansı dərmanların reklamı qadağandır? – RƏSMİ

29 İyun 2026 - 14:27
Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – SƏBƏB NƏDİR?

Bakı və Sumqayıtın bəzi ərazilərini qurbağalar basdı – SƏBƏB NƏDİR?

29 İyun 2026 - 14:18
Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

Azərbaycanda kriptoaktivlərlə bağlı metodologiya hazırlanıb

29 İyun 2026 - 14:09
“Kommunizmi ABŞ üçün ən böyük təhlükədir” – Tramp

“Kommunizmi ABŞ üçün ən böyük təhlükədir” – Tramp

29 İyun 2026 - 14:00
Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək

Türk Dünyası Həftəsi ərzində Xankəndidə xüsusi konfrans keçiriləcək

29 İyun 2026 - 13:53
1000-dən çox abonentin qazı kəsiləcək

1000-dən çox abonentin qazı kəsiləcək

29 İyun 2026 - 13:44
“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif

“Qarabağ”dan ayrılan Ramil Şeydayev üçün yeni təklif

29 İyun 2026 - 13:35
Yer kürəsində maqnit qasırğası bürüyəcək

Yer kürəsində maqnit qasırğası bürüyəcək

29 İyun 2026 - 13:26
Naxçıvanda avtobuslar kart sisteminə keçir

Naxçıvanda avtobuslar kart sisteminə keçir

29 İyun 2026 - 13:13
“Ərdoğan İsraili məhv etməyə çağırır” – Netanyahu

“Ərdoğan İsraili məhv etməyə çağırır” – Netanyahu

29 İyun 2026 - 13:00
Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

Universitetlərdə diplomlar bu ildən elektron veriləcək

29 İyun 2026 - 12:52
Sabahın HAVA PROQNOZU

Sabahın HAVA PROQNOZU

29 İyun 2026 - 12:45
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

İyun 2026
BE ÇA Ç CA C Ş B
1234567
891011121314
15161718192021
22232425262728
2930  
« May    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.