"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home CƏMİYYƏT

Ankarada Xocalı soyqırımı müzakirə olundu

21 Noyabr 2014 - 15:49
in CƏMİYYƏT
FacebookVatsap
Son yüz ilin ən dəhşətli və qanlı vəhşiliklərindən biri olaraq qəbul edilən Xocalı faciəsinin beynəlxalq hüquqiimg1685022 baxışla bağlı Avrasiya İqtisadi Əlaqələr Dərnəynin (EkoAvrasiya), Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin, Avrasiya İctimai Əlaqələr və Əməkdaşlıq Dərnəyinin birgə təşkilatçılığı ilə keçirilən tədbirdə Xocalı qətliamı müzakirə olunub.
Ankaranın “Riksos” hotelində keçirilən tədbirə TBMM Konstitusiya Komissiyasının sədri, prof. Dr Burhan Kuzu,Türkiyə-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, millət vəkili prof.Dr Necdet Ünüvar, Türkiyə Parlamentlər Birliyinin sədri Nevzat Pakdil, Avrasiya İctimai Əlaqələr və işbirliyi Dərnəyinin sədri, millət vəkili, Dr. İsmail Safi, millət vəkili Oktay Ekşi, Dünya Azərbaycanlıları Konqresinin Azərbaycan nümayəndəliyinin rəhbəri, Dünya Azərbaycanlıları Əlaqələndirmə Şurasının üzvü Səftər Rəhimli, Diaspor Jurnalistləri Birliyinin İdarə Heyətinin üzvü,BayMedia saytının redaktoru Elnur Eltürk, Dünya Türk Gəncəri Dostluq və Dayanışma Dərnəyinin sədri Sedat Adakan, Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədr müavini Murad Davudoğlu, tanınmış şairə Könül Ordubadi, Gənc Diplomatlar Birliyinin Türkiyə təmsilçisi Söhrab İsmayıl daxil olmaqla, ekspertlərin, jurnalistlərin iştirakı ilə müzakirə olunub.
“Yüzilliyin dəhşəti: Xocalı soyqırımına beynəlxalq hüquqi baxış” adlı tədbiri giriş sözü ilə açan Doç. Dr Kürşad bu soyqırımın beynəlxalq hüquqi baxımdan önəmini diqqətə çəkib. TOBB Universitetinin dosenti,doç.Dr Toğrul İsmayıl və “Xocalıya ədalət” kampaniyasının Türkiyə təmsilçisi Gözde Kılıç Yaşın çıxışları ilə Xocalı hadisəsinin başvermə səbəblərini qeyd ediblər. Toplantıda Xocalı qətliamı ilə bağlı qısa sənədli film iştirakçıları duyğulandırıb.
Çıxış edən Avrasiya İqtisadi Əlaqələr Dərnəyinin sədri Hikmet Eren Xocalı qətliamının əsrlərdir davam edən xaç yürüşlərinin bir bənzəri və davamı olduğunu bildirib: “Ermənilər dünyanın gözü önündə 26 fevral 1992-ci il tarixində 613 müsəlman soydaşımızı vəhşicəsinə qətlə yetiriblər. Bundan gözləri doymayan Ermənistan Azərbaycanın 20% torpaqlarını işğal edərək, minlərlə soydaşımızı öldürüb. 2015-ci ildə əsassız və saxta erməni soyqırımı iddialarının 00 illiyi yaxınlaşır. Bunun üçün Türkiyə və Azərbaycan gərək Amerikada və gərəksə Avropada ortaq diaspor fəaliyyətləri yürütməlidirlər”. H.Eren çıxışında Xocalı xaricində Anadolu torpaqlarında ermənilərin müsəlman türklərə qarşı törətdikləri qətliamın izlərinin olduğunu söyləyib: “1980-ci il və 1990-illərdə Ərzurum Alaca kəndi,Yeşilyayla və Tımar kəndlərində aparılan qazıntılar zamanı ermənilərin müsəlman türklərinin toplu məzarları tapıldı. Qars, İğdır və Vanda ortaya çıxarılan qətliam məzarları da gözümüzün önündədir. Bu qətliamları dünyanın dörd bir tərəfinə çatdırmalıyıq. Bəzən bu gerçəkləri anlatdığımız üçün bizi “Türkün türkə” təbliğatı aparmasında ittiham edirlər. Bəli, Türkiyədə 80 milyon insan yaşayır, amma əksər gənclərimizin bu məzarlıqlardan xəbəri varmı?”.
Sonra Xocalı faciəsinin canlı şahidi və 40-dan çox qohumunu itirən Soyqırımı Həqiqətlərinin Tanıdılması İctimai Birliyinin sədri Ceyhun Ələkbərova söz verilib: “Xocalı qətliamı insanlıq tarixinin ən acı soyqırımılarından biridir. Faciənin dəhşətini yaşayan biri olaraq, üzərindən 22 il keçsə də Xocalı qətliamının acısı hələ də təzədir və həmişə belə qalacaq. Xocalı qətliamı o günü yaşayan hər kəs kimi məndə də dərin izlər buraxıb. Yüzlərcə qadın və uşaq gözümüzün önündə erməni əsgərləri tərəfindən qətlə yetirildilər. Xocalı qətliamı erməni faşistlərin düşündüyü kimi sadəcə türk və müsəlmanlara qaşı deyil, bütün insanlığa qarşı işlənmiş bir toplu cinayətdir. Xocalı qətliamı bu gün bir çox ölkənin parlamenti tərəfindən gündəmə gəlib və soyqırımı olaraq tanınıb. Bunlardan Meksika, Pakistan, Kolumbiya, Bosna, Peru, Sudan, Honduras və İslam Əməkdaşlıq Təşkilatı Parlamentlər Birliyi Xocalı qətliamını tanıyıb. Fəqət, Xocalı faciəsini qardaş Türk cümhuriyyətlərinin parlamentləri tərəfindən tanınmasını arzu edərdik”.
Onu qeyd edək ki, Ceyhun Ələkbərovun çıxışı zalda əyləşənləri təsirləndirib.
Avrasiya Sivil Toplum İşbirliği Dərnəyinin sədri və millət vəkili Dr. İsmail Safi isə Xocalı vəhşəti kimi bu cür önəmli mövzuların dövlətlərin və tarixçilərin məsələsi olduğuna diqqəti çəkib: “Amma bugünkü dünyaya baxdığımızda bu cür tarixi hadisələr QHT-lərin də məsələsidir. Çünki əslində bu, lobbiçilik fəaliyyəti sahəsinə aiddir. Amma təəssüf ki, Türkiyədə bu mövzunun yetərsiz olduğuna şahid oluruq. Bu məqsədlə “biz bu mövzuda nə edə bilərik?” istiqamətində 1 ildir fəaliyyət göstəririk. 10 universitetdə dəyirmi masa və konfranslar düzənlədik. 2015-ci ildə də çalışmalarımıza davam edəcəyik və bu məsələni xaricdə də qaldıracağıq”.
Qeyd edək ki, tədbirin yekununda iştirakçılar tərəfindən qərar qəbul olunub. Qərara görə, Xocalı hadisəsi açıq bir soyqırımıdır, Xocalı soyqırımı və qondarma erməni soyqırımı iddiaları ilə bağlı diaspor, elmi və lobbi fəaliyyətləri birlikdə koordinasiya edilməli və birlikdə iş aparılmalıdır. Sənəddə həmçinin bildirilir ki, Türkiyə-Ermənistan sərhədi Dağlıq Qarabağ münaqişəsi həll olunmayanacan əsla açıla bilməz və açılmamalıdır.

Bunu da oxuyun

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

Bakıda 16 istiqamətdə sıxlıq var

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Previous Post

Ankarada Xocalı soyqırımı müzakirə olundu

Next Post

Özbəkistan prezidentinin qızı haqqında daha bir korrupsiya iddiası

Bənzər yazılar

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti və Nazirliyin tabeliyində Əmək Bazarı və Sosial Müdafiə Məsələləri...

Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00

Bakıda sıxlıq olan yollar açıqlanıb. Elchi.az DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə (NİİM) istinadən xəbər verir ki, hazırda 1. Bakı-Sumqayıt şosesi,...

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb. Elchi.az xəbər verir ki, bu barədə Dövlət İmtahan Mərkəzi məlumat yayıb. Bildirilib ki, magistraturaya...

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21

Bu gün saat 16:00-a olan məlumata əsasən hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı hava şəraiti müşahidə olunur. Elchi.az xəbər verir...

Next Post

Özbəkistan prezidentinin qızı haqqında daha bir korrupsiya iddiası

Özbəkistan prezidentinin qızı haqqında daha bir korrupsiya iddiası

Son xəbərlər

Lökbatanda dənizdə batan iki qadının meyiti tapıldı

Mingəçevirdə Kür çayında 21 yaşlı gənc batıb – VİDEO

12 Avqust 2026 - 19:23
“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

“Qarabağ”ın bəlli bir sistemi var – Kostyuk

12 Avqust 2026 - 19:06
Suqovuşanda mina partladı – Xəsarət alan var

Xocavənddə buldozer minaya düşüb, xəsarət alanlar var

12 Avqust 2026 - 18:55
Bakıda oğurluq edən şəxslər saxlanıldı

Yasamalda oğurluq edən şəxslər saxlanılıblar

12 Avqust 2026 - 18:31
“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

“Starlink” qalmaqalı: Polşadan Maska sərt reaksiya

12 Avqust 2026 - 18:23
“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

“DOST Müfəttiş” layihəsi üzrə daha 4 müəssisədə diaqnostik qiymətləndirmə aparılıb

12 Avqust 2026 - 18:15
Bakıda 16 istiqamətdə sıxlıq var

Bakıda 16 istiqamətdə sıxlıq var

12 Avqust 2026 - 18:00
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadıldı

12 Avqust 2026 - 17:49
Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

Kolumbiyada şiddətli zəlzələdən sonra üçgünlük matəm elan edilib

12 Avqust 2026 - 17:37
Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

Türkiyədə F-16 qırıcısı qəzaya uğrayıb

12 Avqust 2026 - 17:30
Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

Bəzi yerlərə yağış yağır, şimşək çaxır – FAKTİKİ HAVA

12 Avqust 2026 - 17:21
Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

Pakistan Qırmızı dənizdə dəniz koalisiyasına kömək etməyə hazırdır

12 Avqust 2026 - 17:14
“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

“Əvvəl bilik, sonra birlik” – Erkən nikahlara qarşı yeni kampaniya…

12 Avqust 2026 - 17:09
Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

Magistraturaya qəbul olunanlar üçün qeydiyyat prosesi uzadılıb

12 Avqust 2026 - 17:06
Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

Litva Baş naziri HHM xərclərinin artırılmasını vacib sayır

12 Avqust 2026 - 16:55
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.