Elchi.az xəbər verir ki, Ankaranın Kalecik rayonunda sərnişin avtobusu aşıb. Qəza nəticəsində 6 nəfər yüngül xəsarət alıb.
Çandır rayonunda gizli buzlanma səbəbindən sürücünün sükan idarəetməsini itirməsi nəticəsində sərnişin avtobusu yoldan çıxıb.
Qəzada avtobusda olan 15 nəfərdən 6-sı yüngül xəsarət alıb.
Vəziyyətin bildirilməsi üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları göndərilib. Yaralılar sağlamlıq qrupları tərəfindən ehtiyat tədbiri olaraq xəstəxanalara aparılıb.
Aşan avtobus evakuatorla hadisə yerindən çıxarılıb.
Şayəstə





















Son şərhlər