Sentyabrın 14-də sərhəddə Türkiyə və Ermənistanın müvafiq idarələrinin nümayəndələri arasında iki siyasi sazişin icrasını müzakirə etmək üçün görüş keçirilməli idi. Lakin həmin vaxt Ermənistan-Azərbaycan sərhədində baş vermiş toqquşmalara görə Türkiyə tərəfinin istəyi ilə görüş təxirə salındı.
Elchi.az xəbər verir ki, bunu Ermənistan parlamentinin vitse-spikeri, Ermənistan və Türkiyə arasında normallaşma istiqamətində danışıqlar üzrə xüsusi nümayəndə Ruben Rubinyan deyib.
O, Türkiyənin xüsusi nümayəndəsi Sərdar Kılıç ilə sonuncu görüşünün iyulun 14-də keçirildiyini xatırladıb:
“Görüşün hansı müddətə qədər təxirə salındığı barədə dəqiq tarix yoxdur”.
Zakir Həsənov Türkiyəyə başsağlığı verib
Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Türkiyə Respublikasının milli müdafiə naziri Yaşar Gülerə başsağlığı verib. Bu barədə Elchi.az-a Müdafiə...





















Son şərhlər