"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
RU
EN
No Result
View All Result
"ELÇİ"
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə
No Result
View All Result
"ELÇİ"
EN RU
No Result
View All Result
Home MƏDƏNİYYƏT

Anar 41 il qabaq Aşıq Ədalət haqqında nə yazmışdı?

30 Sentyabr 2017 - 16:17
in MƏDƏNİYYƏT
FacebookVatsap
Kulis.az Anarın “Çan kiminçün çalınır, saz kiminçün çalınır” adlı məqaləsini təqdim edir: 

Yazıçılar Birliyiylə bağlı mənasız və yersiz qalmaqalın tüğyan etdiyi günlərdə məni həqiqətən sarsıdan və ağrıdan xəbər böyük sənətkar Ədalət Nəsibovun ölüm xəbəri oldu.

Bunu da oxuyun

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

“Odissey”in kitab satışları 1400 faiz artdı

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

Ədalətlə dəfələrlə görüşmüşdük, söhbət etmişdik. Təkrarsız çalğısını canlı ifasında  böyük zövqlə dinləmişdim. Sevdiyim ifaçıların – Qədir Rüstəmovun, Habil Əlityevin ölümləri kimi Ədalətin vəfatı da sənətimizçün də,  şəxsən mənimçün də  ağır itkidir. Ədalət bizim nəslə mənsub idi və ingilis şairi Con Donnun sözləri yadıma düşdü: bir kəs ölərkən soruşma ki, əcəl çanı kiminçün çalınır? Çan səninçün çalınır.

O da yadıma düşdü ki, düz qırx bir il bundan qabaq “Ulduz” jurnalında (1976, №12) Ədalət haqqında yazı yazmışdım, o vaxtkı əlifbamızla –  kirillə çap olunmuş bu yazını sonralar heç yerdə nəşr etməmişəm. Ədalətə Allahdan rəhmət diləyərək həmin yazını 41 il qabaq yazıldığı  şəkildə, bir sözünü dəyişmədən oxuculara təqdim edirəm.

Məlumdur ki, aşıq sənəti vəhdətdir – söz – şeir, musiqi – bəstə və ifaçılıq. İfaçılıq deyəndə biz ilk növbədə oxumağı, yəni insan səsinin ifasını nəzərdə tuturuq. Bu ifanı saz müşayiət edir.

Ədalət də oxuyur: aşıq havaları ifa edir. Amma mənim fikrimcə, onun aşıq sənətimizdə xüsusi yeri – sözsüz ifaçılığı, saz çalmasıdır. Ədalətin xidməti ondadır ki, o, sazın – müşayiət aləti olan tək bir sazın, aşıq sənətinin bütün zənginliyini ifadə etməyə qadir olduğunu sübuta yetirmişdir. Ədalət sazının heç bir sözə, oxumağa ehtiyacı qalmır. Bu saz öz-özlüyündə, təkbaşına bütün duyğuları – yanıqlı kədəri də, həzin qəmi də, məğrur nikbinliyi də  öz diliylə, doqquz teliylə canlandıra bilir. Sazı  muğam  sənətində tarın, kamançanın tutduğu mövqeyə Ədalət çatdıra bilmişdir. Bu məharət isə ondan doğur ki, ifaçı bütün varlığı ilə çaldığı alətə qovuşur.

Ədaləti dinləyərkən ifaçıyla sinəsindəki sazın sərhədini  təyin etmək olmur – insan barmaqları çaldığı alətin tellərinə harada keçir, saz harda  insan qəlbinin ən dəruni titrəyişlərinə səs verir? İş onda deyil ki, Ədalət sazı istədiyi şəkildə, hətta nümayişkaranə ədalarla çala bilir: boynunun ardında, qoltuğunun altında – sazdan yalnız simli alət kimi yox, yeri gələndə zərb aləti kimi də istifadə edir. İş ondadır ki, Ədalət bu aləti ram etmiş, öz iradəsinə tabe etmişdir. Çünki o, sazın hər bir sirrinə vaqifdir, bütün imkanlarına bələddir.

Əkinçi şumlayıb əkdiyi torpağın hər sirrinə – isti-soyuğa dözümünə, çovğun-qar sınağına, bərəkətinin gücünə və verimliliyinin həddinə bələd olan kimi, əfsanəvi, yaxud real igidlər atının hər addımını – yerişini, yürüşünü, duruşunu, yorğasını, dördnalasını, yoxuşu çıxmasını, enişə enməsini bildiyi kimi, susuzluğunu, aslığını, sürətini və etibarını duyduğu kimi – Ədalət də sazın bütün mahiyyətini, məğzini, həddini hiss edir. Sədaların, pərdələrin ahəngini, aralarını, sükutların müddətini o qədər dəqiq ölçüb-biçir ki, bir səs sönməmiş, amma sönə-sönə ikinci səs onun rezonansına, əks-sədasına calanır, səslərin uğultusu havada əriməmiş yeni melodik naxışlar ilmələnir. Adama elə gəlir ki, çalınan təkcə bir saz deyil, çoxsəsli orqandır, ya da çox alətli orkestr.

Qaracaoğlandan, Qurbanidən aşıq Ələsgərə qədər aşıq şeirinin minlərlə incisi gəlib bizə çatıb. Koroğlunun, Kərəmin, Dilqəmin, Hüseynin adları aşıq havalarının neçə-neçəsində yaşayır. Bəs tarix hansı saz çalanın adını qoruyub hifz edib? Sazın ulu babası qopuz ustalarından bu günə  qədər hansı ifaçının sənəti bizə gəlib çatıb? Ədalətin xoşbəxtliyi ondadır ki, lent yazıları ixtira olunan bir zamanda yaşayır. Onun ifasının yalnız sədaları deyil, zahiri görümü də, tamaşası da maraqlıdır. Yaxşı ki, axır vaxtlar  Ədalət sənəti kinomuza daha sıx-sıx cəlb olunur. Bu sənətkar haqqında xüsusi film çəkilməlidir. Onun sənəti bütün cəhətləriylə əks olunmalı və çox uzaqlarda belə yayılmalı, tanıtdırılmalıdır. Bu həm indiki, həm də gələcək nəsillər qarşısında nəsib xidmət olardı.

41 il qabaq yazılmış bu sözlərə yalnız onu əlavə etmək istəyirəm ki, çan ölülərçün, Ədalətin sazı dirilərçün çalınır.

Previous Post

Anar 41 il qabaq Aşıq Ədalət haqqında nə yazmışdı?

Next Post

Universitetdə yoxlama

Bənzər yazılar

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

Regionlardakı dövlət teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edilib

04 Avqust 2026 - 16:39

Mədəniyyət Nazirliyi region teatrlarında direktor vəzifəsi üçün müsabiqə elan edib. Elchi.az-a bu barədə Mədəniyyət Nazirliyindən məlumat verilib. Qeyd olunub ki,...

“Odissey”in kitab satışları 1400 faiz artdı

“Odissey”in kitab satışları 1400 faiz artdı

31 İyul 2026 - 22:39

Dünyaşöhrətli rejissor Kristofer Nolanın Homerin məşhur “Odissey” dastanı əsasında çəkdiyi film Böyük Britaniyada qədim yunan mifologiyasına marağı kəskin artırıb. Filmin...

Qəbələ Beynəlxalq Musiqi Festivalının üçüncü günündə zəngin konsert proqramı təqdim olunub – FOTO

31 İyul 2026 - 19:17

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyinin, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və “Gilan”ın dəstəyi ilə keçirilən XV...

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

XV Qəbələ Beynəlxalq Musiqi Festivalında balet qala-konserti olub – FOTO

30 İyul 2026 - 09:46

Heydər Əliyev Fondunun təşəbbüsü və təşkilatçılığı, Mədəniyyət Nazirliyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası və “Gilan”ın dəstəyi ilə baş tutan...

Next Post

Universitetdə yoxlama

Universitetdə yoxlama

Son xəbərlər

Kimlər adını dəyişə bilməz? – Rəsmi

Kimlər adını dəyişə bilməz? – Rəsmi

07 Avqust 2026 - 15:43
Avqustda Günəş və Ay tutulmaları baş verəcək

Avqustda Günəş və Ay tutulmaları baş verəcək

07 Avqust 2026 - 15:30
Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

Rəşad Məcid deputatla jurnalistə müraciət etdi: Barışın getsin!

07 Avqust 2026 - 15:14
Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

Rusiya NATO ölkəsinə hücum edə bilər – WSJ

07 Avqust 2026 - 15:00
Çimərliyə gedənlərin nəzərinə!

Çimərliyə gedənlərin nəzərinə!

07 Avqust 2026 - 14:49
Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

Ronaldo bu həftəsonu evlənir – Toyun detalları məlum oldu

07 Avqust 2026 - 14:38
Azərbaycan Malayziyaya yeni səfir təyin edib

Azərbaycan Malayziyaya yeni səfir təyin edib

07 Avqust 2026 - 14:29
Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

Azərbaycan Beynəlxalq İnvestisiya Forumunun Təşkilat Komitəsi yaradılıb – SƏRƏNCAM

07 Avqust 2026 - 14:14
Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

Çin ABŞ-ın yeni nüvə strategiyasını şərh etdi

07 Avqust 2026 - 14:00
Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

Jurnalist vəsiqəsinə görə 20 manatlıq ödəniş ləğv edildi

07 Avqust 2026 - 13:53
Media və Yayım Şurası yaradılıb

Media və Yayım Şurası yaradılıb

07 Avqust 2026 - 13:48
Sabah hava necə olacaq?

Sabah hava necə olacaq?

07 Avqust 2026 - 13:30
Prezident bu dəyişiklikləri təsdiqlədi

Prezident bu dəyişiklikləri təsdiqlədi

07 Avqust 2026 - 13:14
“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

“Tam və qeyd-şərtsiz atəşkəsə ehtiyac var” – Quterreş

07 Avqust 2026 - 13:00
Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

Azərbaycanın UEFA-nın reytinqində 26-cı yerdədir

07 Avqust 2026 - 12:53
Prev Next

Son şərhlər

  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Tahir Səfərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Ceyhun Ələkbərov
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün Təmkinə Həsənova
  • “Zelenski dünyanı Kiyevin qanlı maliyyə maxinasiyalarından yayındırmağa çalışır” – Zaxarova üçün İlhamə Bəkirova
  • Zelenskidən ETİRAF: “Dünyada vəziyyət Rusiyanın əlindədir” üçün Namiq Abbasov
  • “Azeri Light” neftinin ucuzlaşması davam edir üçün Tunar Qarayev
  • Azərbaycanda Daşınmaz Əmlakın Vahid Kadastr İnformasiya Sistemi yaradılacaq üçün Sadiq Qafarov
  • Bakıda NATO-nun mobil təlim qrupu tərəfindən seminar-məşğələ keçirilir üçün Tunar Vəliyev
  • Metronun “Həzi Aslanov-Əhmədli” sahəsində interval 5 dəqiqə azaldılıb üçün Xədicə Abdullayeva
  • FIFA Afrika Millətlər Kubokunda iştirak edəcək futbolçuların klublarından ayrılması üçün tarixi uzadıb üçün Rüfət Həsənov
Facebook

Haqqımızda

"ELÇİ"

📌 Hüquqi məlumatlar
Onlayn media subyektinin adı:
“ELÇİ” qəzeti
VÖEN:
1400672691
Domen adının sahibi:
“ELÇİ” qəzeti redaksiyası
Məsul redaktor:
Həziquluyev Əli Səvindik oğlu
Fəaliyyət ünvanı:
Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 60
Əlaqə vasitələri:
📞 +994 55 205 10 99

Avqust 2026
BE ÇA Ç CA C Ş B
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31  
« İyl    

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.

WP2Social Auto Publish Powered By : XYZScripts.com
No Result
View All Result
  • ANA SƏHİFƏ
  • SİYASƏT
  • GÜNDƏM
  • CƏMİYYƏT
  • İQTİSADİYYAT
  • SOSİAL
  • MÖVQE
  • DÜNYA
  • HADİSƏ
  • Əlaqə

© 2017-2023 Elchi.az – Hazırladı Emblem.az.