Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən minatəmizləmə əməliyyatları barədə həftəlik məlumatı açıqlayıb.
ANAMA-dan Elchi.az-a bildiriblər ki, aprelin 17-dən 22-dək Tərtər, Ağdam, Xocavənd, Laçın, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilan rayonlarının ərazilərində aparılmış minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 13 mina, tank əleyhinə 12 mina və 39 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.
Həftə ərzində 303 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib.
Masazırda avtomobilləri yandıran şəxslər həbs edilib
Oktyabrın 10-da Abşeron rayonu Masazır qəsəbəsində avtomobilləri yandırmaqda təqsirləndirilən şəxslər həbs edilib. Elchi.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşları...






















Son şərhlər